12. Şəxsi keyfiyyətlər:
Nəticəyə yönəlik;
Ünsiyyət qurma bacarığı;
Komandada işləmə bacarığı;
Məsuliyyətli, dəqiq, çalışqan və intizamlı olması;
Öyrənmək qabiliyyəti;
İş dizaynı
Hər bir iş müəyyən bir zaman keçdikdən sonra monoton, adi və sıxıcı ola bilər. Bunu aradan qaldırmaq və işçilərimizin öz iş yerlərində daha pozitiv olmasını təmin etmək, məcbur işləmək yerinə öz işlərini sevərək yerinə yetirmələri üçün bir çox motivasiya üsullarından istifadə edəcik.
1.Rahat iş yeri
2.İşçilərə ailə kimi davranılması
3.Sadəcə mən yox biz ifadəsinin iş yerində tətbiqi ( şirkət rəhbərinin fikirləri ilə yanaşı işçilərin də ideyalarının nəzərə alınması).
4.İşçiləri etdiyimiz hər şeyin mərkəzində tutacıq və onların dəyərli olduqlarını göstərəcik. Öz şirkətimdə sevgi ilə idarəetmə prinsipinə daha çox önəm verəcəm. Çünki mənim fikrimcə işçilərə dəyər verilməsi, onlara hörmət edilməsi, fikirlərinin nəzərə alınması, onlara ailə kimi davranılması, onların işlərində daha məsuliyyətli olmalarına, işi sevərək görmələrinə və şirkət daxilində olan bir işçi kimi yox işi sanki həmin şirkətin sahibi kimi görəcəklərini düşünürəm.
Dostları ilə paylaş: |