İR təmin edilməsi
Təşkilatın ehtiyacı olan namizədlərin axtarılması və tapılması prosesidir. İR təmin edilməsi həm daxili həm də xarici resurslar hesabına ödənilə bilər və mən hər iki üsuldan istifadə etməyi planlaşdırıram.
İşə qəbul – burada əsas məqsəd doğru işçinin doğru işdə işləməsini təmin etməkdir.
İşə qəbul mərhələləri
İlkin görüş. İşçi ilə ilk görüşün keçirilməsi zamanı əsas sualların verilməsidir( işlə bağlı) və diqqət olunacaq əsas nüanslar işçinin ünsiyyət bacarığı, davranışı, diqqətli olması və s.olacaqdır.
Dəyərləndirmə. Burada işçilər arasında uyğun olanların seçilməsi və onların dəyərləndirilməsi nəzərdə tutulur.
3.İmtahan. Hansı namizədlər ki, seçilib onların imtahan edilməsidir. Bu testlərdə əsasən ümümi bilik, psixolojik, bacarıq və işlə bağlı olan suallardan ibarət olacaqdır.
Təlim
Mənə görə şirkətin uğuru həmin şirkətin düzgün strateji planlar həyata keçirməsindən və şirkətdə çalışan işçilərin potensiallarının daim inkişaf etdirilməsindən ibarətdir. Buna görədə şirkət daxilində təlimlərin keçirilməsi həm işçilərin motivasiyasına, karyera inkişafına və işdəki uğurlarına böyük təsirlər edəcəkdir. Bu da şirkətin davamlı inkişafına kömək olacaqdır.
Dostları ilə paylaş: |