Bakı Münaqişələrin İdarəolunması İnstitutunun təqdimatı



Yüklə 6,79 Kb.
tarix30.06.2018
ölçüsü6,79 Kb.
#55385
növüMühazirə




Bakı Münaqişələrin İdarəolunması İnstitutunun təqdimatı

Oktyabrın 11-də Humanitar Tədqiqatlar Cəmiyyətinin (HTC) təsis etdiyi “Bakı Münaqişələrin İdarəolunması İnstitutu” (BMİİ) adlı akademik və araşdırma xarakterli, sistemli proqramının 2012-2013-cü ül ərzində mühazirələr planının təqdimatı oldu.


HTC direktoru Əvəz Həsdənov tədbir zamanı iştirakçılara oktyabr ayında başlayan mühazirə proqramı haqqında məlumat verdi və bildirdi ki, bu proqram 6 ay müddətində davam edəcək, 24 mühazirə və praktik işdən ibarət kursun sonunda dinləyicilərə sertifikatlar veriləcəkdir.
Ə.Həsənov qeyd etdi ki, “kursun əsas məqsədi münaqişələrin həll olunması istiqamətində nəzəri biliklərin artırılması, interaktiv metodlar vasitəsi ilə gənclərin qərar qəbul olunması prosesində vərdişlərinin inkişafına yardım etməkdən ibarətdir”.
BMİİ formatında təqdim olunan biliklər seçilmiş dinləyicilərə münaqişələrin həlli zamanı müxtəlif metodlardan istifadə olunması istiqamətində məlumat əldə etməyə kömək edəcəkdir. Eyni zamanda gənclərə təhsil aldıqları universitetlərdən kənarda yeni nəzəri biliklər əldə etmək və münaqişələrin həlli istiqamətində nəzəri biliklərini praktika ilə reallaşdırmaq üçün şərait yaradılmasını nəzərdə tutur.
Tədbirdə BMİİ-də dərslər konfliktologiya üzrə ixtisaslaşmış yerli və beynəlxalq professorlar tərəfindən canlı və onlayn olaraq tədris ediləcəyi barədə məlumat verildi. Kursu əsasən Azərbaycan, Gürcüstan, Rusiya, Almaniya, Türkiyə, Böyük Britaniya, Avstriya, ABŞ-dan olan ekspertlər tədris edəcəkdir. Tədbirdə çıxış edən Seymur Kazımov (müstəqil jurnalist), Sübhan Talıblı (Şərqşünaslıq İnstitutu AMEA), Vüsalə Hüseynli (Demokratik İslahatçı Gənclər” İctimai Birliyi) Kərim Kərimli (Məcburi Köçkünlər Birliyi), Anar Eyyubov (Tarixçi) Asəf Quliyev (müstəqil jurnalist), Dilarə Əfəndiyeva (D.Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyəti), İlqar Qasımov («Hüquqi yardım» İctimai Birliyi) çıxış edərək kursun tələbələrin münaqişələrin həlli yollarının daha yaxından öyrənmələrinə kömək olacağını qeyd etdilər.



Yüklə 6,79 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin