Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ünvanladığınız diplomun təsdiqi barədə müraciətinizə baxılmışdır.
Bildiririk ki, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3.0.7.-ci maddəsinə əsasən Azərbaycan Qızıl Aypara Cəmiyyət tərəfindən hazırlanan tibb bacıları yalnız könüllü fəaliyyət göstərə bilərlər. Eyni zamanda Siz tibb müəssisələrində kiçik tibb işçisi kimi fəaliyyət göstərə bilərsiniz.