Bakı şəh., Xəzər ray., Əhmədli qəs., Şıxlinski küç., 1A, m. 133 Zümrüd Məmmədovaya



Yüklə 6,07 Kb.
tarix13.12.2018
ölçüsü6,07 Kb.
#85919



Bakı şəh., Xəzər ray., Əhmədli qəs., Şıxlinski küç., 1A, m.133

Zümrüd Məmmədovaya

Azərbaycan Respublikasının Prezidentinə ünvanladığınız işlə təmin olunma barədə müraciətinizə Səhiyyə Nazirliyində baxılmışdır.

Bildiririk ki, həkimlərin işə qəbulu Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsində vakant vəzifələr barədə verilən elanlara əsasən mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir.

Eyni zamanda məlum edirik ki, xarici ölkədə ali tibb təhsili alan mütəxəssislər baza təhsili haqqında diplomunu Azərbaycan Respublikasının Təhsil Nazirliyində ekvivalentliyini müəyyən (nostrifikasiya) etdikdən sonra Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə müraciət edərək tibb fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə almalıdırlar.

Əlavə olaraq bildiririk ki, Azərbaycanda 2011-ci ildən başlayaraq həkim-mütəxəssis hazırlığı rezidentura səviyyəsində aparılır. İnternatura üzrə həkim-mütəxəssisin hazırlığı rezidentura üzrə hazırlığının müddətinə və təhsil proqramına uyğun olmadığı üçün internatura hazırlığı əsasında tibb fəaliyyəti ilə məşğul olmağa icazə verilmir.

Sizin baza ali tibb təhsili əsasında tibb fəaliyyəti ilə məşğul olmağa buraxılması məsələsinə baxıla bilər. Bunun üçün Siz Səhiyyə Nazirliyinin rəismi internet səhifəsində yerləşdirilən “Elektron xidmətlər” bölməsi vasitəsi ilə müraciət edə bilərsiniz.



Kadrlar, elm və təhsil

şöbəsinin müdiri Kəmalə Mehdiyeva
Yüklə 6,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin