Bakı şəhəri rayon Məhkəməsinin hakimi



Yüklə 9,41 Kb.
tarix21.10.2017
ölçüsü9,41 Kb.
#7877

Bakı şəhəri _______ rayon Məhkəməsinin

hakimi _____________________

Məhkəmənin icraatında olan ______________ saylı mülki iş

üzrə iddiaçı - ________________________ qızı tərəfindən
VƏSATƏT

(əmlak üzərində həbs qoyulması barədə)
İlkin iddia ərizəsində də qeyd edildiyi kimi, iddiaçı ilə cavabdeh - __________ Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış _____________-ci il tarixli, ___ N-li müqavilə əsasında Bakı şəhəri, ________ rayonu, __________ küçəsi __ saylı __ mərtəbəli yaşayış binasının ___ blokunun __-cü mərtəbəsində yerləşən, ümumi sahəsi __ kv.metr olan 3 (üç) otaqdan ibarət mənzil alıb.

Məhkəmə prosesinin gedişi zamanı belə məlum oldu ki, cavabdeh - _______________ Məhdud Məsuliyyətli Cəmiyyəti ____________-cı il tarixli müqavilə ilə sözügedən əmlakı digər cavabdeh - ____________________ qızına satıb.

Hal-hazırda iddiaçı - _____________________ qızı cavabdeh - ____________ Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı yeni iddia tələbi ilə çıxış edərək adıçəkilən şəxslər arasında bağlanmış ___________-ci il tarixli, ____ N-li müqavilənin etibarsız hesab edilməsi və cavabdehdən ümumilikdə _______________ manat məbləğində pulun birdəfəlik qaydada tutularaq iddiaçıya ödənilməsini xahiş edib.

________________ Məhdud Məsuliyyətli Cəmiyyətinin yol verdiyi qanunsuzluq və özbaşınalıqların dərəcəsini nəzərə alaraq, həmçinin iş üzrə məhkəmə araşdırmasının davamlılığını və iş üzrə çıxarılacaq qətnamənin icrasını təmin etmək üçün ______________ Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus əmlak üzərinə həbs qoyulması zəruridir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir.

Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən, məhkəmə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər.



Odur ki, yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47, 157 və 158-ci maddələrinin tələblərini rəhbər tutaraq, Sizdən
XAHİŞ EDİRƏM:
cavabdeh - ______________ Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus əmlak və bank hesabları üzərində iddia tələbi həcmində (ümumilikdə __________ manat məbləğində) həbs qoyulması barədə Qərardad qəbul edəsiniz.
Tarix: “____” _________-cü il
İmza: ________________ qızı



Yüklə 9,41 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin