Bakı şəhəri Suraxanı ray. E. Qaranzade adına 270 saylı tam orta məktəbin

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 26.11 Kb.
tarix21.10.2017
ölçüsü26.11 Kb.

Bakı şəhəri Suraxanı ray. E.Qaranzade

adına 270 saylı tam orta məktəbin

Şagird Özünü İdarəetme Komitəsinin

Nizamnamə və Əsasnaməsi.

Sagird Özunu İdarəetmə Komitəsinin Nizamnaməsi

1. Ümumi müddəalar.

1.1. Şagird Özünü İdarəetmə Komitəsi ( bundan sonra - Komitə adlanır)- Yaradıcılıq ve elmi tefekkür qabiliyyeti olan

şagirdlərin könüllü birliyidir.

1.2. Komitə məktəbin Pedaqoji şurası qarşısında məsuliyyetlidir

2. Komitənin məqsədi .

2.1. Komitə - məktəbin idarə edilməsində əsas və aparıcı qüvvədir.

2.2. Şagirdlərin fəal həyat tərzinə alışdırır , onlarda liderlik keyfiyyətlərini və idarəetmə mədəniyyətini formalaşdırır.

2.3. Məktəbdə müxtəlif mövzularda tədbirlər keçirir və sorgular aparır.

2.4 Hər hansı fənnə xüsusi marağı olan istedadlı şagirdler arasında bilik yarısları keçirir.

2.5. İncəsənət sahəsində xüsusi qabiliyyəti olan şagirdləri araşdırır və məktəb üzrə kecirilən tədbirlərə cəlb edir.

2.6. Məktəbdə səliqə- səhmana nəzarət etməkdə məktəb müdiriyyətinə dəstək olur, yardım edir.

2.7. Məktəbdə birbaşa şagirdlərin marağına toxunan və onların narahatlıgına səbəb olan məsələləri komitə qarşısında qaldırır və problemlərin həllinə nail olur.

3.Komitənin strukturu

3.1. Struktur komitənin əsasını təşkil edir. Struktur vasitəsi ilə iş planı tərtib olunur, işlər qurulur və idarə olunur.

Komitənin strukturuna daxildir:



  1. Komitənin Kuratoru

2. Təlim tərbiyə işləri üzrə direktor müavini

3. U.B.R.

4. Məktəbin psixoloqu

5.Məktəb metodbirləşmə rəhbərləri.

4. Komitənin işinin təşkili.

4.1. Komitə hər sinifdən 1 nəfər olmaqla 58 şagirddən ibarətdir.

4.2. Seçilmiş üzvlər içərisindən səsvermə yolu ilə 1 sədr , 1 katib və

5 müavin seçilib.

4.3. Üzvlərin dəyişməsi daimidir.

4.4. Komitənin işinin təşkilinə nəzarəti kurator həyata keçirir. Kurator komitənin iş fəaliyyətinə istiqamət verir, onun arzu və təkliflərini yerinə yetirmək üçün məktəb rəhbərliyi ilə əlaqə saxlayır.

4.5. Kurator məktəb Pedaqoji şurasının iclasinda seçilib ve məktəb direktoru tərəfindən əmrləşdirilib.

4.6.komitə öz fəaliyyətini məktəbin və özünün iş planı əsasında həyata keçirir.

5. Komitənin sədr və müavinlərinin vəzifələri.

5.1.Komitənin sədri - komitənin seçilmiş üzvləri gizli səsvermə yolu

Ilə komitənin sədri seçilir. Sədr komitəyə sədrlik edir, müavinlər

arasında iş bölgüsü aparır,iclaslar keçirir və ümumi fəaliyyət üçün məsuliyyət daşıyır.

5.2. Sədr məktəb Pedaqoji şurasında, direktoryanı müşavirələrdə, məktəbin təşkil etdiyi müxtəlif tədbirlərdə və başqa təşkilati iclaslarda iştirak hüququna malikdir.

5.3. Sədr müavinləri - komitənin işini təşkil edir, komitənin iş planını hazırlayır və səsvermə yolu ilə təsdiqi üçün komitənin ümumi yığıncağına təqdim edir.

6.Komitənin reqlamenti.

Reqlament – komitənin fəaliyyətini tənzimləyən qaydalardır.

6.1. Kopmitə ayda ən azı bir dəfə olmaqla iclasını keçirir

6.2.sədr ildə 2 dəfə komitə üzvləri qarşısında hesabat verir.

6.3. Ayda 1 dəfə keçiriləck iclaslar səhifələnmiş protokol kitabına yazılır, kitab qaytanlanır və direktor tərəfindən təsdiq olunur.

6.4. Komitənin qərarları və protokolları sədr və müavinlər üçün əsasdır.

6.5 Komitə iclaslarında səsvermə açıq və ya gizli keçirilir. Səs verənlərin hüquqları qorunur.

6.6. İclas zamanı komitənin üzvlərinin etik normalara riayət etməməsi, iclas zalını tərk etməsi yolverilməzdir.

6.7. Komitənin fəaliyyetinin nəticələri hər il tədris ilinin sonunda Komitənin ümumi yığıncağında tehlil olunur və məktəbin pedaqoji şurasının iclasında müzakire edilir.

7 Komitenin qrupları

7.1 Komitədə 4 daimi Qrup fəaliyyət göstərir. Hər bir qrupda əsas 5 üzv iştirak edir. Onlardan biri qrupun sədri , digər 4 nəfər isə qrup üzvlərinin səlahiyyətlərini icra edirlər.

1. Təhsil qrupu

1. Şagirdlərin təhsil muddətində olan problemləri ilə məşğul olur.

2. Tam orta təhsildən yayınma hallarını aradan qaldırır.

3. Psixoloji çətinliklərı olan şagirdlərlə məktəb psixoloqunun köməyilə müntəzəm iş aparır.

4. Məktəbdə keçirilən fənn olimpiadalarının və bilik yarışmalarının təşkilində yaxından iştirak edir.

2. Hərbi vətənpərvərlik qrupu

1.Şagirdlərin hərbi oyunlarda fəal iştirakını təmin edir.

2. Vətənimizin, xalqımızın, dilimizin, adət ənənələrimizin qürur doguran məqamlarını ön plana çəkərək şagirdlərdə məğrurluq, mərdlik, şücaətlik, cəsurluq, dözümlülük, məğlubedilməzlilik kimi nikbin əhval ruhiyyə yaradan tedbirlər keçirir.

3. Bakıda yerləşən hərbi hissələrə getmək və orada hərbiçilərimiz üçün yaradılan şəraitlə yaxından tanış olmaq.

4. Vətən ugrunda şəhid olan qəhrəmanlarımız haqqında tez-tez söhbətlər aparır, şəhid ailələrinə baş şəkir, “Şəhidlər xiyabanına” ziyarətlər təşkil edir və Milli qəhrəmanlarla görüşlər keçirir.

3. Nəzarət təftiş və intizam qrupu

1.Şagirdlərin xarici görünüşünə, geyiminə nəzarət edir.

2. Şagirdlərin dərsə dəvamiyyətinə nəzarət edir.

3. komitədə səsvermə gedişinə nəzarət edir, nəticələr haqqında məlumat verir.

4. Mətbuat xidməti qrupu.

1. Komitənin fəaliyyəti ayda 1 dəfə çıxarılan “ Dunya Bizim Gözümüzlə” adlı divar qəzetində işıqlandırılır.

2. Komitənin sosial şəbəkədə qrupunu( bloqunu) yaradır və həftəlik iş fəaliyyətini internet vasitəsilə şagirdlərə çatdırır.

3. Məktəbin internet saytı ilə daim təmasda olur.

Komitənin əsasnaməsi.



  1. Komitənin hüquqları.

1.Komitə qarşısına qoydugu məqsədləri və vəzifələri sərbəst həyata keçiri

2.Komitənin keçirdiyi bütün tədbirlərdə iştirak etmək.

3.Məktəbdə təlim –tərbiyyənin təşkilində hər hansı məsələ üzrə məktəb rəhbərliyinə müraciət edə bilir.

4.Komitə məktəbin idarə olunmasıda məktəb rəhbərliyinə öz ırad və təkliflərini verə bilir.

5.Nizamnaməyə uyğunn olaraq Komitənin üzvlərindən başqa heç kəsin komitəni təmsil etmək və komitə adından danışmaq hüququ yoxdur.

6.Komitə kurator vasitəsilə məktəbin hesabında olan pulların xərclənməsi ilə tanış olur.

b) Komitənin vəzifələri

1. Komitə şagird hüquqlarının müdafiəsini və onların problemlərini komitə iclaslarında qaldırır, muzakirə edilməsi üçun Pedaqoji şuraya teqdim edir.

2.Uşaq hüquqları ilə bağlı qəbul olunmuş yerli qanunvericilik aktlarını rehber tutaraq ədalətsizliyə və hüquq pozuntusuna qarşı mübarizə aparır

4.Usaq hüquqları haqqında konvensiyanın inkişafı və iştirak hüququ konvensiyasına uygun olraq şagirdlərin tətil günlərində asudə vaxtlarını səmərəli təşkil etmək üçün müxtəlif ərazilərə ekskursiyalar təşkil edir.

5. Şagirdlərdə öz sağlamlıqlarının qeydinə qalmağı, şexsi gigiyena qaydalarına riayət etməyi, sağlamlıq profilaktikası tələblərinə əməl etmək bacarıgını asilamaq məqsədilə tibb işçiləri ilə görüşlər keçirir.

6.məktəbdə , yeməkxanada növbətçiliyin təşkili işində U.B.R. yardım edir.

7.Azərbaycanın milli bayramları, əlamətdar tarixi hadisələri ilə bağlı tədbirlər təşkil edir.

8.Nizamnamə tələblərinə riayət etmək.



9.Komitənin uğurlu fəaliyyəti naminə müvafiq zəmin yaratmaq və komitənin nüfuzuna xələl gətirəcək hərəkətlərə yol verməmək.

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə