Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki



Yüklə 4,15 Kb.
tarix17.07.2018
ölçüsü4,15 Kb.
#57087


Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki
123 saylı ümumtəhsil məktəbi binasının əsaslı təmiri ilə
bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən və 1896-cı ildə məhşur mesenat Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi ümumtəhsil məktəbinin əsaslı təmirə ehtiyacı olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Mərdəkan qəsəbəsindəki 123 saylı ümumtəhsil məktəbi binasının əsaslı təmiri üçün Bakı şəhərinin Xəzər rayonu İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1 (bir) milyon manat vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin.



İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 13 may 2011-ci il. 



Yüklə 4,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin