Bakı şəhəri Yasamal rayonu
Gigiyena və Epidemiologiya Mərkəzinin
direktoru A. Zamanova
27.03.2016-cı il tarixli
08-14/252-17 nömrəli məktuba
Sizin Səhiyyə Nazirliyinə ünvanladığınız 29.02.2016-cı il tarixli “Tibb qəzeti”ndə verilən elana əsasən orta tibb işçilərin işə qəbulla bağlı müraciət edən 1 nəfər şəxs barəsində məktubunuza baxılmışdır.
Bildiririk ki, Nəsirli Təranə Maarif qızı sanitar-feldşer vəzifəsi üzrə müsabiqədə iştirak edə bilər.
Nəzərinizə çatdırırıq ki, işə qəbul ilə bağlı müraciət edənin elan verildiyi “Tibb qəzeti”nin tarixi, iddia etdiyi müəssisənin struktur bölməsini və vakant vəzifəni göstərməklə şəxsi ərizəsi və sağlamlıq haqqında arayışı sənədlərə əlavə olunmalıdır.
Kadrlar, elm və təhsil
şöbəsinin müdiri Kəmalə Mehdiyeva
Dostları ilə paylaş: |