Komitələr
Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi
Dövlətin hüquqi siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair, habelə dövlət quruculuğuna aid qanun və qərar layihələri üzrə aparıcı komitədir. Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrinin Azərbaycan Respublikasının Konstitusiyasına və başqa qanunlarına uyğunluğu haqqında rəy verir; Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi, Azərbaycan Respublikası Apelyasiya məhkəmələri hakimlərinin, habelə Azərbaycan Respublikasının Baş prokurorunun namizədliklərinə baxır və onlar barəsində rəy verir, habelə Azərbaycan Respublikası məhkəmələri hakimlərinin vəzifədən kənaralaşdırılması barədə məsələlərə baxır və rəy verir. Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər olunması haqqında referendum təyin edilməsi barədə məsələ, habelə Konstitusiya qanunları Azərbaycan Respublikası Milli Məclisinə çıxarıldıqda Hüquq siyasəti və dövlət quruculuğu komitəsi bu haqda rəy verməlidir.
Dostları ilə paylaş: |