Qanunvericilik təşəbbüsü hüququ
Qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Milli Məclisin müzakirəsinə təqdim etmək hüququ) Milli Məclisin deputatlarına, Prezidentə, Ali Məhkəməyə, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına, Prokurorluğa və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur.
Qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə verilmiş qanun və ya qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və iki ay ərzində səsə qoyulur. Belə qanun və ya qərar layihələrində dəyişikliklər qanunvericilik təşəbbüsü hüququndan istifadə edən subyektin razılığı ilə edilə bilər. Qanun və ya qərar layihəsi təcili elan edibsə, bu müddət 20 gün təşkil edir.
Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası qanunla müəyyən edilir.
Qanun və qərar layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir.
Dostları ilə paylaş: |