Bakalavr dərəcəsi almaq üçün İSTİqaməT: Mühasibat uçotu və audit



Yüklə 151,88 Kb.
səhifə10/17
tarix23.03.2022
ölçüsü151,88 Kb.
#114935
növüXülasə
1   ...   6   7   8   9   10   11   12   13   ...   17
referat 5869

Xüsusi vəsaitlərin mənbələri




Sətrin kodu

İlin əvvəlinə

İlin sonuna

Nizamnamə kapitalı (85)

400

25000

25000

Əlavə kapital (87)

401

24244

24467

Ehtiyat kapitalı (86)

402

5600

5600

Yığım fondları (88)

410







İstehlak fondları (88)

420







Sosial sferalar fondu (88)

430







Keçmiş illərin bölüşdürülməmiş mənfəəti (88)

440

9948

11724

Məqsədli maliyyələşmələr və daxilolmalar (96)

450







İcarə öhdəlikləri (97)

460







Mənfəət:

Hesabat ilində (80)



470







İstifadə edilmiş (81)

471







Hesabat ilində bölüşdürülməmiş mənfəət

472







I böllmə üzrə cəmi

480

64792

66791

Aşağıdakı düsturlarla hesablama apardığımızda;


∆BM = BMhd = 11724min man. – 9948 min man. = 1776 min man.
BMhd = XM1 = 1776min man. = 2700min man. – 840 min man. – 84 min man.

Görərik ki, hesabat dövründə bölüşdürülməmiş mənfəətin artımı 1776 min man. təşkil etmişdir. Bu dövrdə xalis mənfəətin istifadə edilməsi haqqında qərar qəbul edilməmişdir, çünki onun məbləği ilə mühasibat hesabatında verilən xalis mənfəətin məbləği eynilik təşkil edir. Hesabat dövründə 1776min man. dəyərində xalis mənfəət (XM) alınması ancaq 2700 min man. məbləğində mühasibat üzrə mənfəətlə təmin edilmişdir. Hesabat dövründə büdcəyə ödəniləsi mənfəət vergisi (840 min man.), eyni zamanda vergi pozulmalarına görə ödənilməli olan cərimələr və heniyalar (84 mn man.) xalis mənfəətin mühasibat üzrə mənfəətə nisbətən azalması amilləri olmuşdur.

Cədvəl 2.2

Mənfəət və zərər haqqında hesabatdan çıxarış (min manatla)



Sıra sayı

Göstəricilərin adı

Hesabat dövründə

Əvvəlki ilin analoji dövründə

1

Balans mənfəəti (zərər)

2700

2400

2

Təxirə salınməş vergi aktivləri

-

-

3

Cari mənfəət vergisi

(840)

(702)

4

Büdcəyə və büdcədən kənar fondlara ödənilməli olan cərimə və peniyalar

(84)

(22)

5

Hesabat dövrünün xalis mənfəəti (zərəri)

1776

1476

6

Məlumat üçün daimi vergi öhdəlikləri

268

326

Qeyd edək ki, yuxarıda verilmiş rəqəmlər şərti xarakter daşıyır.

Balans mənfəəti (BM) ümumi mənfəətin (ÜM), kommersiya (KX) və idarəetmə xərclərinin (İX), əməliyyat gəlirinin (ƏG), əməliyyat xərclərinin (ƏX), eyni zamanda satışdan kənar gəlirlərin (Gsk) və satışdan kənar xərclərin (Xsk) cəbri toplanması kimi baxıla bilər, yəni ki
BM = ÜM – KX – İX + ƏG – ƏX + Gsk – Xsk (2.7)
2.1.2. Borc kapitalının cəlb edilməsi səmərəliliyinin təhlili
Müəssisəyə borc kapitalının cəlb edilməsinin səmərəliliyinin təhlili zamanı:


  1. borc kapitalının həcmini, tərkibini, strukturunu və onların araşdırılan dövr ərzində dəyişilməsini müəyyən etmək;

  2. borc kapitalını cəlb edilməsi səmərəliliyini qiymətləndirmək;

  3. borc kapitalından istifadə edilməsinin səmərəliliyinə təsir edən amilləri təhlili etmək lazımdır.

Borc kapitalına müəssisənin aşağıdakı öhdəlikləri aiddir:

  1. bankların uzunmüddətli kreditləri, yəni bir ildən artıq müddətə alınmış kreditlər;

  2. uzunmüddətli borclar, yəni borcverənlər (banklardan başqa) tərəfindən bir ildən artıq müddətə verilmiş borclar;

  3. bankların qısamüddətli kreditləri, yəni bir ildən artıq olmayan müddətə alınmış kreditlər;

  4. qısamüddətli borclar, yəni borc verənlər (banklardan başqa) tərəfindən bir ildən artıq olmayan müddətə verilmiş borclar;

  5. uzun və qısamüddətli kreditor borcları.

Borc kapitalının həcmi, tərkibi və strukturu təhlil olunan zaman müəssisənin uzunmüddətli və qısamüddətli borc mənbələrinin onun vəsait mənbələrinin ümumi həcmində payı müəyyən olunur. Əgər mənbələrin ümumi həcmində uzunmüddətli borc vəsaitlərinin xüsusi çəkisi çoxdursa və artırsa, bu müsbət hal hesab olunur, çünki hər bir müəssisə cəlb etdiyi vəsaitlər üzrə uzunmüddətli sərəncam verə bilər. Bununla əlaqədar olaraq çox hallarda uzunmüddətli borc mənbələri maliyyə müstəqilliyi əmsalları hesablananda xüsusi vəsaitlərə bərabər sayılır. Eyni zamanda kreditor borclarının, yəni müəssisənin praktik olaraq pulsuz istifadə etdiyi borc vəsaitlərinin xüsusi çəkisi və nisbətən baha olan vəsaitlərin, yəni ki bank kreditlərinin və borclarının da müəssisənin öhdəliklərinin ümumi həcmində payını da müəyyən etmək vacibdir.

Maliyyə linginin təsiri (MLT) müəssisənin borc kapitalının cəlb edilməsinin səmərəliliyinin qiymətləndirilməsində istifadə edilən göstəricilərdən biridir. Onun özünü xüsusi kapitalın borc vəsaitlərindən istifadə edilməsi sayəsində alınan artımında göstərir. Məcmu kapitalın rentabelliyi borc vəsaitlərinin orta dəyərindən yüksək olan zaman maliyyə linginin təsiri müsbət hesab olunur ( bu halda borc vəsaitlərinin dəyərinin borc kapitalının orta dəyərinə nisbəti kimi müəyyən edilir). Əgər məcmu kapitalın gəlirliyi borc vəsaitlərinin orta dəyərindən yüksək olarsa, bu hal xüsusi kapitalın rentabelliyinin artmasına imkan yaratmış olur. Bu şəraitdə maliyyə linginin qolu olan borc kapitalının payının artırılması faydalıdır. Əks halda, məcmu kapitalın rentabelliyi borc vəsaitlərinin orta dəyərindən aşağı olduğu zaman bu hal müəssisəyə fayda vermir, maliyyə linginin təsirinin mənfi olması baş verir, nəticə etibarı ilə isə, xüsusi kapitalın rentabelliyi azalmağa doğru gedir.

Maliyyə linginin təsiri borc vəsaitlərinin cəlb edilməsinin iqtisadi məqsədəuyğunluğunu, səmərəliliyinin, həddini müəyyən edir. Lakin bir şeyi unutmaq olmaz ki, borc vəsaitlərinin payı artan zaman xalis mənfəət azalmağa başlayır, ona görə ki, xalis mənfəətin böyük hissəsi bu zaman faizlərin ödənilməsinə və borc vəsaitlərinin cəlb edilməsi ilə əlaqədar digər xərclərə istifadə edilir. Bununla da sonda ümumi qoyuluşların gəlirliyi (rentabelliyi) azalır və borc vəsaitlərinin orta dəyərində az olur. Təbii ki, sonda bütün bunlar xüsusi kapitalın rentabelliyinin azalmasına səbəb olur.

Xüsusi kapitalın və bütövlükdə məcmu kapitalın rentabelliyinin qiymətləndirilməsi metodikası ilə əlaqədar məsələləri maliyyə linginin təsiri müəyyən edilən zaman ilk növbədə həll edilməlidir. Bu zaman həll olunmalı məsələlər əsasən aşağıdakılardan ibarətdir:



  1. hesablamaya öhdəliklərin hansı növləri qəbul edilməlidir?

  2. borc kapitalının dəyərini hansı tərkibdə xərclər formalaşdırır?

İlkin məsələ ilə bağlı problemlər aşağıda verilənlərdən ibarətdir:

  • hesablamaya ancaq kreditləri və borcları aid etmək və ya da onlarla birlikdə kredit borcunu da nəzərə alıb hesablamaya qəbul etmək

Bir çox mütəxxəsislərin fikirlərinə əsasən kredit borcu borc kapitalına daxil edilməsi düzgün deyildir, çünki o, ödəncsiz mənbədir. Buna baxmayaraq biz deyə bilərik ki, bu müddəa heç də həmişə özünü doğrultmur. Misal üçün söyləyə bilərik ki, kommersiya kreditinin dəyəri kreditlərin və borcların dəyərilə müqayisə edilə, bəzən isə ondan yüksək də ola bilər. Kreditorlarla hesablaşmalar vaxtlı – vaxtında olmadıqda malgöndərənlərə vəsaitlərin və büdcəyə vergilərin vaxtlı – vaxtında köçürülməməsinə görə ödənilən peniyaların məbləğləri ödəniş kimi baxıla bilər. Bizim fikrimizcə isə, burada söhbət bütünlüklə borc kapitalının istifadəsinin səmərəliliyindən gedirsə, təkcə uzunmüddətli və qısamüddətli kreditlər və borclar yox, eyni zamanda kreditor borclar da hesablamaya qəbul edilməlidir.

Maliyyə linginin təsirinin hesablanması borc mənbələrinin həmin növləri bazasında kreditlər və borc vəsaitlərinin alınması ilə əlaqədar məsələləri həll edən zaman qurulmalıdır.

Borc vəsaitlərindən istifadə edilməsi ilə əlaqədar olan xərclərin tərkibi və həcmi müəyyən edilərkən müəssisənin kreditlərdən istifadə edilməsi ilə əlaqədar banka faizlər ödədiyini nəzərə almaq lazımdır. Amma bank kreditinin dəyəri yalnız faizlərin məbləği ilə deyil, borc verənin hesabına girovun sığortalanması üzrə və kredit alınması ilə əlaqədar olan və onun dəyərini artıran digər xərclərlə müəyyən edilir.

“Borcların və kreditlərin və onlara xidmət edilməsinin uçotu” adlı MUƏ – nin tələblərinə uyğun olaraq həmin əməliyyatlara sərf edilən xərclərə aşağıdakılar aid edilir:



  • ödənilmə üçün hesablanan faizlər;

  • borclar və kreditlər alınması ilə əlaqədar əlavə xərclər (hüquq, məsləhət xidmətləri, ekspertizalar aparılması, rabitə xidmətləri və s.);

  • xarici valyuta yaxud şərti pul vahidlərində alınmış və ya ifadə edilmiş borclar və kreditlər üzrə hesablanmış fazilərə aid edilən kurs və məbləğ fərqləri.

Mal göndərən və podratçılarla hesablaşmalar aparılan zaman, tərəflər arasında bağlanmış müqavilələrdə kreditorların vəsaitlərindən müvəqqəti istifadə edilməsinə görə ödəniş kimi malların, işlərin, xidmətlərin ödənilməsinin vaxtının uzadılması ilə ödəmə nəzərdə tutulmamışdırsa, bu halda müqavilədə göstərilən hesablaşmaların vaxtlı – vaxtında yerinə yetirilməməsinə görə sanksiyalar (cərimə və peniyalar) müzakirə edilə bilər.

Büdcə qarşısında öhdəliklər müəssisənin kreditor borclarının tərkibində xüsusi yer tutur. Qüvvədə olan vergi qanunvericiliyinə əsasən müəssisə tərəfində ödənilən vergilərin gecikdirilməsinin hər gününə dövlət tərəfindən kreditləşdirilmə kimi baxılır və bunun nəticəsində büdcəyə müvafiq peniya məbləği daxil ödənilməsi məcburi haldır.

Borc vəsaitlərinin real dəyərini müəyyən edərkən qüvvədə olan mənfəət vergisinin ona necə təsir etdiyini nəzərə almaq lazımdır. Kredit üzrə ödənilən faizlərin məbləği vergi tutulan mənfəət məbləği müəyyən edilən zaman xərclərə daxil edilir və bununla da ödənilən mənfəət vergisinin azaldılması hesabına müəssisə üçün kreditin dəyərini ucuzlaşdırır. Bu anda, digər bütün şərtlər eyni olduqda, mənfəət vergisinin dərəcəsi nə qədər yüksək olarsa, vergiyə qənaətin həcmi də bir o qədər yüksək olmuş olur.

Yuxarıda qeyd etdiyim kimi, borc kapitalından istifadənin səmərəliliyi qiymətləndirilən zaman təşkilatın aktivlərinə avans verilmiş bütün kapitalın rentabelliyi, xüsusi kapitalın rentabelliyi, borc kapitalının orta dəyər göstəriciləri, borc və xüsusi kapitalın nisbəti əmsalı hesablamalarda istifadə edilir.

Aşağıda verilmiş düsturda xüsusi kapitalın rentabelliyi və vergi linginin təsiri arasında qarşılıqlı əlaqə qeyd olunmuşdur:




= [ RA * (1 – VD) ] + [(RA – DVK) * (1 – VD) * ] (2.8)

MLT


Burada maliyyə linginin təsirinin (MLT) hesablanması qaydasını aşağıdakı kimi verə bilərik:

MLT = ( – ) * (1 – VD) * (2.9)


(2.8) və (2.9) düsturlarından = xüsusi kapitalın rentabelliyidir. Burada: XM-xalis mənfəət; XK, BK – müvafiq olaraq xüsusi kapitalın və borc kapitalının orta dəyəridir; – borc və xüsus kapitalın nisbəti əmsalıdır (maliyyə linginin qoludur); RA = – müəssisənin aktivlərinə avans edilmiş bütün kapitalın rentabelliyidir; A – Aktivlərə avans edilmiş bütün kapitalın orta dəyəridir; C – borc kapitalının cəlb edilməsi ilə əlaqədar xərclərdir; VD – mənfəət vergisi dərəcəsidir.9

Yüklə 151,88 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin