AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
“İqtisadiyyat və İdarəetmə” fakültəsinin IV kurs 753 saylı qrup tələbəsi Bayramov Bəhruz Əmiraslan oğlunun
Bakalavr dərəcəsi almaq üçün
İSTİQAMƏT: Mühasibat uçotu və audit
İXTİSAS: Mühasibat uçotu və audit
MÜƏSSİSƏNİN MALİYYƏ SABİTLİYİNİ XARAKTERİZƏ EDƏN GÖSTƏRİCİLƏR SİSTEMİ VƏ TƏHLİLİNİN APARILMASI XÜSUSİYYƏTLƏRİ
mövzusunda
BURAXILIŞ İŞİ
Elmi rəhbər:
Kafedra müdiri:
Sumqayıt – 2016
XÜLASƏ
Müasir iqtisadi şəraitdə hər bir təsərrüfat subyektinin fəaliyyəti onun nəticələrində maraqlı olan çoxsaylı bazar münasibətləri iştirakçılarının diqqət obyektinə çevrilmişdir. Əldə edilən hesabat – uçot informasiyalarından istifadə etməklə müəssisənin maliyyə sabitliyi və maliyyə vəziyyətinin qiymətləndirilməsi vacib məsələlərdən birirdir.
“Müəssisənin maliyyə sabitliyini xarakterizə edən göstəricilər sistemi və təhlilinin aparılması xüsusiyyətləri” mövzusunda işlənmiş buraxılış işi giriş, üç fəsil, nəticə, təkliflər və istifadə edilmiş ədəbiyyat sihahısından ibarətdir.
Birinci fəsil “Müəssisənin maliyyə vəziyyətinin nəzəri cəhətdən əsaslandırılması” adlanır. Bu fəsildə müəssisənin maliyyə vəziyyətinin məzmunu, vəzifələri və informasiya mənbələri, müəssisənin maliyyə sabitliyinin iqtisadi göstəricilər sistemi, maliyyə vəziyyəti və onun sabitlik səviyyəsinin qiymətləndirilməsi xüsusiyyətləri mərhələlər üzrə açıqlanmışdır.
İkinci fəsil “Müəssisənin maliyyə sabitliyini xarakterizə edən göstəricilər sisteminin təhlili” adlanır. Bu fəsildə müəssisənin maliyyə sabitliyinə təsir edən amillər – maliyyə sabitliyinin bölüşdürülməmiş mənfəətdən asılılığının təhlili, borc kapitalının cəlb edilməsinin səmərəliliyinin təhlili, debitor və kreditor borclarının təhlili açıqlanmışdır.
Üçüncü fəsil “Müəsisənin dayanıqlı inkişafında maliyyə sabitliyinin rolu və xüsusiyyətləri” adlanır. Bu fəsildə maliyyə əmsallarından istifadə etməklə müəssisənin maliyyə sabitliyinin inkişaf xüsusiyyətləri, xüsusi kapitalın artırılması – müəssisənin maliyyə sabitliyinin yaxşılaşdırılması amili kimi və s. məsələlər açıqlanmışdır.
Sonda ümumi nəticə çıxarılmış, təkliflər qeyd edilmiş və istifadə edilmiş ədəbiyyat siyahısı göstərilmişdir.
Dostları ilə paylaş: |