Formada eyni zamanda bir neçə yazının çıxarılmasını təşkil etmək olar. Bu rejimə keçək.
Qruplar formasını konstruktor rejimində açın. Formanın xassələri (Properties) pəncərəsini açın. Maket(Format) səhifəsində (Dafault View) siyahısından Ardıcıl formanı (Continuous Forms) seçin. Xassələr pəncərəsini bağlayın.
Ardıcıl formalarda sərlövhələr və qeydlər üçün xüsusi sahələr ayrılır. Formada yazıları ardıcıl ekrana çıxararaq siyahını yuxarı və aşağı hərəkət etdirdikdə sərlövhə və qeyd sahələri sabit qalır. Bu sahələri formaya daxil edin. Görünüş Sərlövhə/Qeyd (View FormHeader/Footer) əmrini seçin. Konstruktorun
pəncərəsində yeni sahələr yaranır. Elementlər lövhəsində düyməsini sıxın. Sərlövhə sahəsində (Form Header) mausla düzbucaqlı çəkin. Qrupların siyahısı mətnini yazın, Esc düyməsilə düzəliş rejimindən çıxın, lakin düzbucaqlı seçilmiş vəziyyətdə qalsın. Yazılmış mətnin şriftini və sərlövhə sahəsinin ölçüsünü dəyişin.
Eyni qayda ilə qeyd sahəsində mətn yerləşdirmək olar. Görünüş düyməsini sıxıb rejimi dəyişin. Gördüyünüz kimi indi formada bir neçə yazı yerləşdirilib. Formada yazılar üzrə hərəkət etmək üçün sürümə zolaqlarından istifadə etmək olar . Sərlövhə və qeyd sahələri dəyişməz qalır.
Dostları ilə paylaş: |