Baki – 2021 Elmi redaktor: adiU-nun “İqtisadiyyat və idarəetmə “ kafedrasının müdiri: I e. d.,professor Y. Kəlbiyev


II FƏSIL. Azərbaycanin transmilli biznesinin mövcud



Yüklə 0,71 Mb.
səhifə14/55
tarix12.09.2022
ölçüsü0,71 Mb.
#117744
1   ...   10   11   12   13   14   15   16   17   ...   55
279762823 (1)

II FƏSIL.
Azərbaycanin transmilli biznesinin mövcud
durumunun təhlili və dəyərləndirilməsi

2.1 . Azərbaycanın transmilli biznesi və onun strukturu



2.2. Azərbaycanın tədiyyə balansının qiymətləndirilməsi



2.3. Xarici ölkələrin milli şirkətlərinin Azərbaycanda biznes
fəaliyyəti .


Heç bir ölkə, ən böyük bir ölkə də yalnız öz

çərçivəsində iqtisadiyyatını lazımi səviyyədə inkişaf

etdirə bilməz.


H.Ə.Əliyev
II FƏSİL. AZƏRBAYCANDA TRANSMİLLİ BİZNESİN MÖVCUD DURUMUNUN TƏHLİLİ VƏ DƏYƏRLƏNDİRİLMƏSİ


2.1. Azərbaycanın transmilli biznesi və onun strukturu

“Əsrin müqaviləsi” Azərbaycanın transmilli biznesinin formalaşmasının təməlini qoymuşdur. 2018-ci ildə “Əsrin müqaviləsi”nin vaxtı daha 30 ilə qədər uzadıldı. Bu müqavilə “Yeni əsrin müqaviləsi” kimi ictimaiyyət tərəfindən qiymətləndirildi. Yeni müqaviləyə görə “Azəri-Çıraq-Günəşli” yataqları əvvəlki şirkətlər tərəfindən istismar ediləcəkdir. Sazişdə SOCAR-ın layihədə payı əvvəlki 11,65 faizdən 25 faizə çatdırılıb. 2050-ci ilədək bu yataqlar blokuna 40 milyard dollardan çox investisiya qoyuluşu nəzərdə tutulmuşdur. Beynəlxalq tərəfdaşlar Dövlət Neft Şirkətilə 3,6 milyard dollar bonus ödəyəcəklər.


Azərbaycan Respublikası Avropa və Asiya ölkələri arasında tranzit ölkə kimi çox cəlbedici coğrafi mövqeyə malikdir. Burada ölkənin nəqliyyat-logistik sistemi çox vacib rol oynayır. Respublikanın nəqliyyat sektoru çox yüksək templə inkişaf edir. Bu da ölkənin beynəlxalq iqtisadi inteqrasiyasının genişlənməsinə səbəb olur. 2016-cı ildə də nəqliyyat sektorunda yük daşımaları 222 mln. ton təşkil etmişdir ki, bu da 2010-cu illə müqayisədə 13,3 faiz çoxdur.
Tədqiqat işində Azərbaycanda transmilli biznesin mövcud durumunun təhlili dünya ölkələri ilə ticarət əməliyyatlarının hesabı, ölkənin tədiyyə balansı və rəqabət­qabiliyyətlilik indeksi kimi əsas makroiqtisadi göstəricilər əsasında həyata keçirilmişdir.
Xarici ticarət dövriyyəsi 2010-cu ildəki33,2 mlrd.dollardan 2014-cü ildə 39,4 milyard dollara çatmışdır. Lakin sonrakı illərdə xarici ticarət dövriyyəsi 2016-cı ildə 21,7 mlrd.dollaradək aşağı düşmüşdür. 2016-cı il azalma həm ixracın, həm də idxalın hesabına baş vermişdir (cədvəl 2.1.1). Lakin ən çox azalma ixracın hesabına baş vermişdir. Belə ki, 2016-cı ildə 2014-cü illə müqayisədə ixrac 17,1 milyard dollar, idxal ilə 656 mln.dollar azalmışdır. İxracın azalması ixrac neftinin qiymətinin 3 dəfəyə qədər aşağı düşməsi və 2015-ci ildə milli valyutanın devalvasiyası səbəb olmuşdur.
2018-ci ildə Azərbaycan 2,8 min adda məhsul ixrac etməyə nail olmuşdur. 9 ay ərzində qeyri-neft məhsullarının ixracı 13 faiz, kənd təsərrüfatı məhsullarının ixracı 20 faiz artmışdır.
Cədvəl 2.1.1

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin