Azərbaycan Respublikasının tədiyyə balansının saldosu (mln.ABŞ dolları)
Göstəricilər
|
2010
|
2013
|
2014
|
A. Cari əməliyyatlar və kapital hesabı
|
15025
|
13066
|
10424
|
1. Xarici ticarət balansı
|
19730
|
22382
|
18928
|
2. Xidmətlər balansı
|
-1733
|
-4189
|
-6090
|
3. Gəlirlər balansı
|
-3467
|
-4121
|
-2582
|
Ondan birbaşa investisiyalardan gəlirlərin repatriasiyası
|
-3082
|
-4190
|
-2599
|
4. Cari transfertlər balansı
|
509
|
7
|
174
|
5. Kapital hesabı
|
-14
|
-13
|
-7
|
B. Maliyyə hesabı
|
3604
|
6489
|
3419
|
Tədiyyə balansının yekunu (A+B)
|
11492
|
6578
|
7004
|
S. Ölkənin ehtiyat aktivlərinin dəyişməsi (+artım; - azalma)
|
10461
|
3841
|
4194
|
D. Buraxılan səhvlər və nəzərə alınmayanlar
|
-1031
|
-2736
|
-2810
|
Mənbə: Dövlətstatkom və Mərkəzi Bankın məlumatları əsasında müəllif tərtib etmişdir.
2014-cü ildə Azərbaycan Respublikasının tədiyyə balansının cari əməliyyatlar hesabının saldosu müsbət 10.4 milyard ABŞ dollarından çox olmuşdur. Ancaq Azərbaycan Respublikasının ehtiyat aktivlərinin faktiki artımı 4.2 milyard dollara bərabər olmuşdur. Beləliklə, ehtiyat aktivlərinin faktiki artımı tədiyyə balansının saldosundan 2,5 dəfə az olmuşdur. 2014-cü ildə 2010-cu ilə nisbətən tədiyyə balansının “Buraxılan səhvlər və hesaba alınmayanlar” maddəsindəki rəqəm 2,7 dəfədən çox artmış və 2,8 milyard dollar olmuşdur. Başqa sözlə, xarici iqtisadi əlaqələrdə nəzərə alınmış əməliyyatlardakına nisbətən az olmuşdur. Ölkənin ehtiyat aktivləri (dövlətin qızıl ehtiyatı, xarici valyuta ehtiyatları və s.) 4.2 milyard dollara çatmışdır.
Xarici ticarət dövriyyəsinə aid Dövlət Statistika və Dövlət Gömrük Komitələrinin faktiki informasiyaları çox fərqli olur. Məsələn, 2015-ci ildə Dövlət Statistika Komitəsi tərəfindən xarici ticarət dövriyyəsinin 25.8 milyard dollar olduğu göstərilsə də Gömrük Komitəsi bu rəqəmin 20.6 milyard dollar və ya 1.3 dəfə az olmasını göstərir.
Respublika iqtisadiyyatına 2018-cü ildə tətbiq edilən xarici birbaşa kapital qoyuluşları (8049 mln.dollar), xarici ölkə iqtisadiyyatlarına tətbiq edilən investisiyalardan (2209 mln.dollar) 3,5 dəfə artıqdır (cədvəl 2.2.4).
Cədvəl 2.2.4
Dostları ilə paylaş: |