3.2. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin transmilli biznesinin təhlili və qiymətləndirilməsi Ölkənin enerji ehtiyatlarının və neft-qaz sənayesinin idarəolunması sistemini daha da təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 200 saylı 1992-ci il 13 sentyabr sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) yaradılmışdır. Bu şirkətin təşkilati idarəetmə strukturu ölkə Prezidentinin 1993-cü il 28 fevral tarixli 328 saylı sərəncamı ilə təsdiq edilmişdir.
Bizim pespublikamızın transmilli şirkət səviyyəsində olan ən iri milli şirkəti Azərbaaycan Respublikasının Dövlət Neft Şirkəti hesab olunur. ARDNŞ (SOCAR) dünya capında tanınmış neft-qaz istehsalcısıdır. Eyni zamanda neft və qazın təbii resursları sahəsində ölkəmizdə vahid bir strategiya tətbiq edir.
ARDNŞ təşkilat strukturu bir neçə dəfə dəyişdirilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 1994-cü il 10 yanvar tarixli 50 saylı sərəncamı ilə quruda və dənizdə neft və qazın çıxarılması üzrə istehsalat birliyi yaradılmışdır. ARDNŞ-nin strukturu və Nizamnaməsi ölkə Prezidentinin 24.01.2003-cü il tarixli 844 saylı əmri ilə təkrar olaraq qüvvəyə minmişdir və nizamnamədə, onun təşkilati quruluşunda müəyyən dəyişikliklər edilmişdir.
ARDNŞ öz fəaliyyətini aşağıdakı istiqamətlərdə həyata keçirir:[94.s.9]
Neft-qaz sektorunun inkişafının kompleks proqramının hazırlanması, məqsədli innovasiya tədqiqatları sahəsində uzunmüddətli proqnoz qiymətləndirmə;
müxtəlif sahə müəssisələri arasında istehsal fəaliyyətinin effektivliyini yüksəltmək, enerji və material ehtiyatlarına qənaət etmək məqsədi ilə əlaqə yaratmaq;
sahələrin inkişaf perspektivlərini aşkara çıxarmaqla məşğul olan müvafiq dövlət orqanları ilə şirkət arasında qarşılıqlı əlaqənin təminatı;
şirkətin bütün inkişaf istiqamətləri üzrə investisiya fəaliyyətinin müəyyən edilməsi, şirkətin bütün müəssisələrinin modernləşdirilməsi, sahənin sosial-iqtisadi bazasının inkişafı;
geoloji-kəşfiyyat işlərinin yeni texnika, texnologiyadan istifadə etməklə həyata keçirilməsi, ətraf mühitin müdafiəsini nəzərə almaqla qazma qurğularının tikintisini sürətləndirmək;
təsərrüfatın idarə olunması metodlarının təkmilləşdirilməsi, istehsala elmi nailiyyətlərin tətbiqi;
iqtisadi və istehsal texniki proqramların həyata keçirilməsi məqsədi ilə kreditlərin alınması üçün yerli və xarici bankların cəlb olunması;
kadr siyasətinin həyata keçirilməsi; xaricdə təhsili təşkil edərək yüksək ixtisaslı kadrların hazırlanması;
şirkətin işçiləri üçün lazımi sosial şəraitin yaradılması;
dövlət orqanları ilə xarici şirkətlər arasında əlaqənin möhkəmləndirilməsi;
geoloji-kəşfiyyat fəaliyyətinin inkişafının əsas istiqamətlərinin müəyyənləşməsi və təsdiqi;
yeni yataqların kəşfiyyatı haqqında qərar qəbulu, onların istismarı və bu sahədə sxem, layihə smetasının hazırlanması;
illik büdcə vəsaitlərinin müəyyən edilməsi, neft-qaz müəssisələrinin illik planlarının təsdiqi;
müəssisələr qarşısında nağd ödəmə haqqında olan öhdəliyin yerinə yetirilməsi və neft, qaz hasilatının təşkili;
təbii qaz və neftin emalı üzrə işin təşkili, emal sənayesi müəssisələrinin xərclərinin ödənməsi;
neft-qaz məhsullarının satışının təşkili və təchizat xərclərinin ödənməsi;
ətraf mühitin müdafiəsi üzrə vacib tədbirlərin görülməsi;
xarici-iqtisadi fəaliyyətin həyata keçirilməsi.
Müasir qlobal strukturun qurulması SOCAR-ın dünya brendinə çevrilməsinin əsas şərtlərindən biri kimi çıxış edir. SOCAR öz törəmə şirkətləri ilə 15 ölkədən olan 24 şirkətlə Hasilatın Pay Bölgüsü Sazişini bağlamışdır. SOCAR-ın xarici ölkələrdə yaratdığı təsərrüfat subyektlərinin siyahısı əlavə 5-də verilmişdir.
Gürcüstan, Türkiyə, Rumıniya, Avstriya, İsveçr, Amerika, Belçika, Qazaxıstan, Böyük Britaniya, İran, Almaniya, Ukrayna, Rusiya kimi dövlətlərdə nümayəndəlikləri yaranmışdır.
SOCAR 2008-ci ildə Türkiyənin “Petkim” şirkətini 2,5 milyard dollara satın almışdır. 2008-ci ilin may ayından SOCAR Türkiyədə olan fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) kimi aparır. STEAŞ-ın səhmləri SOCAR-dan (87%) savayı “Goldman Sachs”-a (13%) məxsusdur.
SOCAR-ın 6.3 milyard dollar dəyərində Türkiyənin İzmir şəhərində “Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi illik istehsal gücü 10 mln.ton xam neft olan “Star” neft emalı zavodunun 2018-ci ilin ortalarında istifadəyə verilmişdir.
SOCAR-ın transmilli şirkət olduğunu respublikada keçirilən 25-ci Beynəlxalq Neft və Qaz konfransında SOCAR-ın rəhbərliyi elan etmişdi
Azərbaycana AÇG yatagının istismarı 132 milyard dollardan artıq gəlir gətirib. Hasilat 446 milyon ton neft təşkil edib. “Şahdəniz” yatağından 91 milyard kubmetr qaz və 23 milyon ton kondensat hasil edilib. SOCAR-ın mövqeyi “Cənub Qaz Dəhlizi”nin işə düşməsi ilə daha da möhkəmləndi. TANAP, TAP qaz kəməriləri 2019-cu ildə ə düşəcəkdir. “Petkim” Pempokimya Holdinqi SOCAR-ın Türkiyə olan ən iri şirkətidir.
Azərbaycan Respublikasının karbohidrogen resursları şərti yanacaq olmaqla 10 milyard tondur. AÇG yataqları üzrə bağlanmış müqavilənin 2050-ci ilədək artırılması ücün yeni müqavilə bağlanmışdır. Bu yeni müqavilə daha uyğun, hazırkı dövr ücün daha əlverişli şərtlərlə imzalanmış və respublika ücün iqtisadi cəhətdən effektlidir.
SOCAR perspektivdə qaz hasilatının artırılması məqsədilə “Ümid”, “Abşeron”, “Qarabağ” və digəralsttrukturlarının işlənməsi üzrə həm xarici tərəfdaşları ilə əməkdaşlığı, həm də müstəqil işləri davam etdirir. Bu gün SOCAR qloballaşmış dünya neft bazarında mövcüd artımla ayaqlaşmaq üçün lazım olan bütün işləri görür. SOCAR öz emal etdiyi əmtəələri əsasən kimya məhsullarını dünyanın bir cox ölkələrinə, ABŞ-a, İtaliyaya, Misirə, Çinə və və başqa dövlətlərə cıxarır. SOCAR rəqabətqabiliyyətli, güclü, yenilikci bir şirkət kimi, həm öz ölkəsində, həm də xarici ölkələrdə kapital qoyuluşunu artırmaqdadır. Şirkətin mütərəqqi layihələri respublikanın strateji yüksəlişinə xidmət edir. Türkiyə, Gürcüstan, İsveçrə, Ukrayna kimi ölkələrlə uğurlu tikinti layihələrinə investisiya qoyulmasını bura aid edə bilərik. Bu layihələr artıq ölkəyə gəlir gətirir. SOCAR-ın peşəkar investisiya siyasəti onun aktivlərin dəyərini ilbəil coxaldır.
Beynəlxalq neft-qaz bazarında effektiv fəaliyyət üçün şirkətin maliyyə hesabatlarının, eyni zamanda onun müasir idarəcilik üsulunun dünya standartlarına uyğunlaşması, yüksək səviyyəli audit və yeni innovativ texnologiyalardan səmərəli yararlanmaq zəruridir. Bu istiqamətdə aparılan işlər şirkətdə aparılan islahatların mühüm istiqamətlərini təşkil edir.
Bizim respublikamızda neft hasilatının cox hissəsi “Əsrin müqaviləsi” layihəsi cərcivəsində işlənən “Azəri-Çıraq-Günəşli” yataqlarının payına düşür. 1997-ci ildən 2018-cı ilin aprelin 1-nə qədər “Azəri-Çıraq-Günəşli” dən 452,6 milyon ton neft və 143,5 milyard kubmetr qaz hasil edilmişdir. “Azəri-Çıraq-Günəşli” layihəsindən Azərbaycana düşən gəlir neftinin həcmi hər il coxalır.
Azərbaycan iqtisadiyyatınin inkişafında Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft borusunun əhəmiyyəti təkcə respublikamıza gətirdiyi nəhəng maliyyə gəlirləri ilə deyil, həm də “Əsrin müqaviləsi” layihəsi çərçivəsində həyata kecirilmiş 30-dan cox infrastruktur layihəsinin qeyri-neft sektorunun yüksəlişinə gətirdiyi töhfələrlə tamamdır. Kecən dövrdə AÇG layihəsinə 4 mindən cox yerli firma və şirkət cəlb edilmişdir. Azərbaycan respublikasının karbohidrogen resursları şərti yanacaqla 10 milyard tona yüksəlmişdır. AÇG yataqları bu gün də neft-qaz resursları ilə yetəri qədər boldur. Kecən il bu layihənin 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutulan müqaviləyə imza atılmışdır. Respublika ücün daha əlverşli olan şərtlərlə imzalanmış bu məqalə həm də iqtisadi cəhətdən daha effektlidir.
SOCAR gələcəkdə qazistehslını artırılmaq məqsədilə “Ümid”, “Abşeron”, “Qarabağ” və başqa dəniz quruluşlarının işlənilməsində həm xarici kontragentlərlə əməkdaşlığı, həm də sərbəst çalışmalarını öz yolu ilə davam etdirir. Eyni zamanda bu yataqla əlaqəli olan “Babək” quruluşunda ilk kəşfiyyat quyusunun yaranması üçün konstruksiya işləri aparılır. Həmcinin “Abşeron” yatağının ən birinci Hasilat Sxemi üzrə injinirinq işləri də irəlilətməyə calışırlar. “Abşeron”da ilk neft quyusunun 2020-ci ildə istismara verilməsi planda nəzərdə tutulmuşdur.
Bizim respublikamız dünya bazarında tək bircə xam neftin və qazın ixracatçısı kimi olmayaraq, eyni zamanda neft və neft-kimya məmulatlarının həm də istehsalçısı kimi tanınmasını görürük. Azərbaycanın ən iri şirkəti olan SOCAR emal və kimya məmulatlarını hazırda ABŞ, İtaliya, Misir, Çin də olmaqla colu sayda ölkələrə ixrac edir. Respublikada olan hazırkı emal və neft-kimya qurğuları bu məmulatların istehsalına şərait yaradır.
Öz məmulatlarını təqribi 40 ölkəyə cöxardan “Petkim” 2008-ci ildə SOCAR-ın tabeciliyinə keçəndən sonra xalis mənfəətini 9,2 dəfə coxaltmışdır. Bu holdinqin səhmlərinin dəyəri 8,7 dəfədən cox artmışdırdir. “Petkim”i xammallarla təchiz edən STAR neft emalı edən zavod tikintisi başa çatdıqdan sonra bu zavodun istehsal gücü 10 milyon ton nəzərdə tutulmuşdur. Bu zavodda istehsal olunan əmtəələrin bir hissəsi “Petkim” birliyində xammal kimi istifadə olunacaq.Bunun nəticəsi olaraq ümumi xərclər aşağı endirilməsində bu məsələ əsas rol oynayacaqdır. Ümumiyyətlə, bu zavodda istehsal olunacaq əmtəələrin cox hissəsi Türkiyənin milli daxili bazarı, yerdə qalan isə ixrac üçün istehsal etmək qəqara alınır.
“Cənub Qaz Dəhlizi” 2018-ci ilin may ayında istifadəyə verilib.Bunun mühüm tərkib hissəsi Transanadolu Boru Kəməri (TANAP) dir. Bu kəmər Balkan ölkələrinin və Avropanın yanacaq təhlükəsizliyinin təmin edilməsi prosesində cox mühüm rolu var.
Belə ki, “Cənub Qaz Dəhlizi” dörd əsas layihədən ibarət olaraq tətbiq olunmuşdur: Birincisi “Şahdəniz-2” qaz yatağının istismarı, ikincisi bu yatağın ehtiyatlarının 1,2 trilyon kubmetrə catdırılması, ücüncüsü Cənubi Qafqaz Kəməri, dördüncüsü TANAP və TAP layihələri. Qeyd etdiyimiz dörd layihə demək olarki, artıq həyata kecirilib. Gələcək iki ildə TAP layihəsi də tamamlanacaq. Artıq, Avropanın 40 milyard dollar investisiya tələb edən iri infrastruktur proyekti olan “Cənub Qaz Dəhlizi” həyata kecirilmiş olacaq. Bunun nəticəsində Azərbaycan öz zəngin qaz ehtiyatlarını Avropa bazarlarına cox qısa və təhlükəsiz bir formada paylayıcı formasında çatdıra bilsin .
Belə iri layihələrin icrasında SOCAR, BOTAŞ və BP şirkətləri də iştirakcı olublar. Bu şirkətlər TANAP- layihəsinin səhmdarlarıdır.
Qeyd edək ki, xam neftin dəyəri azaldığı yəni qiymətinin endiyi halda neft-qaz və neft-kimya məmilatlarının gəlirliyi yüksəlmişdır. Türkiyədə olan ən iri Petkim Petrokimya Holdinqinin misalında bunuacıq şəkildə müşahidə etmək olar. Burada təqribi 40 ölkəyə 500 milyon dollara qədər ixracat həyata kecirən və mənfəətini ilbəil yüksəldən holdinq müvəffəqiyyətlə fəaliyyət göstərirlər.
Bu gün SOCAR-ın qarşısında yüksək enerji və biznes imkanlarına malik olan dünya şirkətləri ilə rəqabət aparmaq gücü olan, müasir bir qurum olaraq həm ölkədə, eyni zamanda xaricdə sərmayə qoyulişunu artırmaq kimi bir vəzifə durur. Ölkənin xaricdə həyata keçirdiyi layihələr onun ümumi strateji artımına xidmət göstərir. Hasil olunan xam neftin qiymətinin yüksək olduğu vaxtlarda dünyanin neft istehsal edən böyük şirkətləri investisiyalarını demək olar ki, bütünlükdə hasilata yatırırdilar, hətta istismarı çox cətin və baha başa gələn quyuların istismarına investisiyaların yatırılmasına üstünlük verirdilər.Şirkətlər risklərin azaldılması və effektivliyin yüksəldilməsi ücün şirkətin sərmayə cantasını şaxələndirməyə, həm də fərqli istiqamətlərdə yeni bazarlara ixrac etməyə çalışırdılar.
Şirkət şaquli inteqrasiya olunmuş strategiyaqəbul etmiş, 2020-ci ilədək strateji inkişaf planı və maliyyə strategiyasını təsdiqləmişdir. Maliyyə strategiyasına əsasən maliyyə və investisiya fəaliyyəti üzrə məhdudiyyətlər və göstəricilər müəyyən olunmuşdur.
Aktivlərin artırılmasını planlı şəkildə həyata keçirən SOCAR bu prosesin davamlı olacağını nəzərə alaraq xarici bazarlarda perspektivlərini düzgün qiymətləndirir. İdarəetmədə mütərəqqi metodların tətbiqinə başlanılmışdır. Belə ki, şirkət ölkə daxilində və xarici ölkələrdə sahib olduğu aktivlərin optimal idarə edilməsi üçün 2008-ci ildən biznes resurslarının planlaşdırılması və idarə olunması sahəsində dünyada aparıcı proqram təminatlarından olan SAP BRP sisteminin imkanlarından geniş istifadə edir. Eyni zamanda 2013-cü ildən etibarən ARDNŞ idarəetmə uçotunun tətbiqinə başlamışdır ki, bu da mövcud aktivlərin strateji xəritələr vasitəsilə səmərəli idarə olunmasına və zəruri idarəetmə qərarlarının vaxtında qəbul edilməsinə zəmin yaradır.
Şirkətin strateji inkişaf məqsədlərinə nail olmasına mənfi təsir göstərə biləcək istənilən mümkün hadisə və ya hərəkətlərin qarşısını almaq, eyni zamanda məqsəd və vəzifələrə nail olunacağına əsaslandırılmış dərəcədə əminliyi təmin etmək məqsədilə 2008-ci ildə ARDNŞ-də beynəlxalq tələblərə cavab verən risklərin idarə edilməsi sistemi təşkil olunmuşdur. Bu istiqamət üzrə idarəedilmənin hüquqi, təşkilati və metodoloji əsasları müəyyənləşdirilmişdir. Həmin sistemin səmərəli işinin təşkili nəticəsində şirkətin korporativ risklər xəritəsi tərtib olunmuşdur.
İdarəetmədə müasir tələblərə cavab verən informasiya texnologiyalarından və idarəetmənin müasir metodlarından istifadə etməklə, ARDNŞ istər Azərbaycan Respublikasında, istərsə də xaricdə yerləşən aktivlərini autsorsinq xidmətindən istifadə etmədən idarə edir. İndi “SOCAR” bir brend olaraq dünyanın əsas neft şirkətlərinin brendləri ilə rəqabət aparır.
Son illərdə fəaliyyətində daha çox beynəlxalq təcrübəyə üstünlük verən SOCAR qeyd etdiyimiz aktivlərin aidiyyəti üzrə müvafiq icra orqanlarına ötürülməsi ilə yanaşı, bu sahədəki fəaliyyətində də yeniliklər etmişdir. Belə ki, hazırda Azərbaycanın neft-qaz sənayesində beynəlxalq sertifikatlara malik yüksəkixtisaslı kadrlara olan tələbatı təmin etmək üçün Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ARDNŞ-nin strukturunda Bakı Ali Neft Məktəbi təsis edilmişdir. Bundan başqa, ARDNŞ “SOCAR Media” İctimai Birliyini yaratmışdır ki, onun da tərkibində hazırda CBC televiziya kanalı fəaliyyət göstərir və bu kanal şirkətin biznes maraqlarını əks etdirməklə yanaşı, Azərbaycan hökumətinin siyasi-iqtisadi fəaliyyətinin təbliğ edilməsi ilə məşğul olur. Kanalda verilişlərin 10%-i Azərbaycan, 90%-i isə dünya ölkələrinin dillərində hazırlanaraq peyk vasitəsilə yayımlanır.
ARDNŞ Qaz Emalı Zavodu, Neft Emalı Zavodu və Neft-Kimya Zavodundan ibarət yeni kompleksin yaradılması istiqamətində layihə işlərini həyata keçirir.
İldə 10 mln. ton emal gücündə Neft Emalı Zavodunun inşası və istismara verilməsi ölkənin gələcək 20 ildən artıq müddətdə strateji neft emalı məhsullarına olan tələbatını ödəyəcəkdir. Zavodda ildə 3 mln. tona qədər benzin və 3,6 mln. tona qədər dizel yanacağı istehsalı planlaşdırılır. Bu məhsullar AVRO-5 standartlarına cavab verəcəkdir. Bundan əlavə, müasir standartlara cavab verən A-1 markalı reaktiv mühərrik yanacağı (ildə 1,7 mln. tona qədər) və digər məhsulların da istehsal olunması nəzərdə tutulur.
Eyni zamanda kompleksdə əlavə dəyərin yaradılması məqsədilə təxminən 1,7 mln. ton əsasən ixracyönümlü neft-kimya məhsullarının istehsalı nəzərdə tutulur. Neft-Kimya Zavodu tərəfindən istehsal olunacaq polietilen (ildə 880 min tona qədər), polipropilen (ildə 780 min tona qədər) və butadien (ildə 80 min tona qədər) məhsullarının ümumi həcminin 85-90%-nin Türkiyə, habelə digər Avropa və Asiya bazarlarına ixracı nəzərdə tutulur.Əhali və sənaye obyektlərinin təmizlənmiş təbii qaza olan tələbatı layihə çərçivəsində nəzərdə tutulan ildə 10-12 mlrd. m3 gücündə Qaz Emalı Zavodu tərəfindən tam şəkildə ödəniləcəkdir.Yeni neft-qaz emalı və neft-kimya kompleksində ən müasir texnologiyaların tətbiqi nəzərdə tutulur. Belə ki, kompleksdə 27-dən çox xüsusi lisenziya ilə təmin olunan texnoloji prosesin istifadə olunması gözlənilir. Ümumilikdə kompleksdə 40-dan çox müasir qurğu istismara veriləcəkdir. Emalın səmərəliliyi göstəricilərinə gəldikdə isə neft emalının dərinliyinin 95%, açıqrəngli neft məhsullarının çıxımı isə 85%-ə çatdırılacaqdır.
Şirkət biznes resurslarının effektiv idarəçiliyini təmin etmək məqsədilə 2008-ci ildən SAP BRP (biznes resurslarının planlaşdırılması) və BPC (biznesin proqnozlaşdırılması və konsolidasiyası) sisteminin tətbiqinə başlamış, müasir şirkət statusunu təsdiq etmişdir.
Şirkətdə uğurla tətbiq edilən yeniliklərdən biri də idarəetmə uçotudur. İdarəetmə uçotu şirkət üzrə büdcənin hazırlanması, fəaliyyətin səmərəlilik səviyyəsini əks etdirən göstəricilər toplusundan ibarət strateji xəritələrin tərtib edilməsi və sistemləşdirilməsindən ibarətdir. Bu, şirkətin strateji məqsədlərinə çatmaq istiqamətində hər bir müəssisənin iştirak dərəcəsini izləmək imkanı verəcəkdir.
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının və aparıcı proqram təminatının müxtəlif fəaliyyət sahələrini əhatə edən standartların, o cümlədən “Korrupsiya ilə mübarizə və şəffaflığın artırılması üzrə standartlar”ın, “Davamlı inkişaf haqqında hesabatın hazırlanması üzrə standartlar”ın tətbiq olunması SOCAR-ın beynəlxalq fəaliyyətinin yüksəlişinə səbəb olmuşdur.
Görülmüş işlər nəticəsində dünyanın aparıcı reytinq şirkətləri olan «Fitch Ratings», «Moody’s» və «Standard and Poor’s» şirkətlərindən «BBB-/stabil», «Ba1/stabil» və «BB+/pozitiv» reytinq dərəcələri əldə edilmişdir. Hazırda SOCAR qeyd olunan reytinq şirkətləri ilə əməkdaşlığı davam etdirərək verilən reytinqlərin saxlanılması və artırılması istiqamətində mühüm tədbirlər həyata keçirir.
Ölkə daxilində və xaricdə yerləşən aktivlərinin modernləşdirilməsi, yenilərinin yaradılması və əldə edilməsi, neft-qaz hasilatının stabilləşdirilməsi və artırılması işlərinin icrası üçün ARDNŞ-nin uzunmüddətli və sərfəli şərtlərlə maliyyələşdirilməsinə ehtiyac yaranır. Qazanılmış nəticələr şirkətə dünyanın aparıcı maliyyə institutları ilə əlverişli əməkdaşlıq imkanı yaratmışdır. Layihələrin maliyyələşdirilməsi ilə bağlı tələb olunan vəsaitin cəlb edilməsində beynəlxalq maliyyə institutları ilə yanaşı, Azərbaycan hökumətində öz dəstəyinigöstərir. Aparıcı kommersiya bankları aşağı faiz dərəcəsi və uzunmüddətli kredit vəsaitləri ilə SOCAR-la əməkdaşlıq edir. Bundan başqa, SOCAR Azərbaycanda kreditlərin əldə edilməsi sahəsində daha bir yeniliyə imza ataraq 2012-ci ildə 500 mln. ABŞ dolları dəyərində 5 illik 5,45%, 2013-cü ildə isə 10 illik 4,75 % dərəcəsi ilə avrobondların buraxılışını həyata keçirmişdir.
Şirkətin əmlakının 100 faiz dövlət mülkiyyətində olması, mövcud maliyyə-təsərrüfat durumu və avrobondların buraxılması xarici investorlarda böyük marağa səbəb olmuşdur. Bunun nəticəsidir ki, 500 milyon ABŞ dolları həcmində buraxılışı planlaşdırılan beşillik avrobondlara verilən təklif ümumilikdə 4,6 milyard ABŞ dolları təşkil etmişdir ki, bu da nəzərdə tutulan məbləğdən bir neçə dəfə çox olmuşdur. İnvestorların artan marağını nəzərə alaraq qiymətli kağızların faiz dərəcəsi illik 5,45 faizə qədər azaldılmış və ARDNŞ üçün bu, debüt bir layihə olduğundan cəlb edilmiş vəsaitlər əvvəlcədən elan olunduğu kimi 500 mln. ABŞ dolları təşkil etmişdir.SOCAR-ın qiymətli kağızlarının dünya miqyaslı investorlartərəfindən maraqla qarşılanmasını nəzərə alaraq 2013-cü ilin əvvəlində şirkət ikinci dəfə 1 mlrd. ABŞ dolları məbləğində 4,75% dərəcəsi ilə 10 illik avrobondların emissiyasını həyata keçirmişdir.Ölkə daxilində isə törəmə müəssisələrindən AzAÇG və Baku Shipyard MMC öz bondlarını daxili bazarda yerləşdirmişdir. 2011-ci ildə AzAÇG təxminən 485 mln. ABŞ dolları həcmində, 2012-ci ildə isə Baku Shipyard MMC 200 mln. ABŞ dollarına qədər bondlar emissiya etmişdir.
Amma ARDNŞ-n tərkibində elə bir struktur yoxdur ki, o, xarici ölkələrin nümayəndəliklərinin fəaliyyətini tənzimləyən orqan olsun. Biz düşünürük ki, SOCAR-da “Xarici nümayəndəliklərin fəaliyyətinin əlaqələndirilməsi mərkəzi”nin yaradılması lazımdır. Cünki araşdırma göstərir ki, həmin nümayəndəliklərin fəaliyyətinə nəzarət zəif olduğu ücün bəzi problemlər yaranır. Əgər belə bir qurum yaransa şirkətin transmilli biznesinin qlobal olaraq birgə həll edilməsi sürətlənər.
Azərbaycan Respublikasının neft hasilatında SOCAR-ın payı 3.2.1 saylı cədvəlin göstəriciləri ilə xarakterizə olunur. Cədvəldən göründüyü kimi, 2004-2018-cı illər ərzində Azərbaycanda neft hasilatı 2,6 dəfə artaraq41 mln.tondan çox olmuşdur. ARDNŞ-də hasilat isə 1,2 dəfəyə qədər azalmışdır. ARDNŞ-in neft hasilatında payı ümumi neft hasilatı həcmində 57,7%-dən 18,3%-ə qədər aşağı düşmüşdür. SOCAR-ın 2015-ci ildə neft hasilatı proqnozlardan 139 min ton az olmuşdur. Respublikada qaz hasilatı 2004-2017-cı illərdə 5 dəfə az olmuşdur ARDNŞ-da isə bu göstərici 1,8 dəfə coxalmışdır. Eyni zamanda bu göstəricinin ARDNŞ üzrə payı 71,7%-dən 24,2%-ə qədər təşkil etmişdir.2015-ci ildə neft hasilatının ancaq 2,9% yeni quyulardan əldə edilmişdir.
2018-ci ildən ölkə üzrə hasil olunan 38.8 milyon ton neftin 7,5 milyon tonu və ya 20.2 %-i, 29,4 milyard kubmetr qazın isə 6,3 milyard kubmetri və ya 21,4%-iSOCAR tərəfindən hasil edilmişdir.
Cədvəl 3.2.1