Şəkil 3.2.1. ARDNŞ-ın məhsul buraxılışı həcmində minimal gəlirin hesablanması
1
3.2.1 şəklindən göründüyü kimi, ARDNŞ bütövlükdə gəlir əldə edən transmilli şirkət formasını əks etdirir. Şəklin rənglənmiş hissəsi gəlirin maksimal sahəsi kimi çıxış edir ki, qiymət ilə məcmu orta xərclərin fərqinə bərabərdir. Buradan da, şəklin qaralanmış hissəsi ARDNŞ-n gəliri hesab olunur.
İndi isı məhsul buraxılışı həcmində itkiləri minimallaşdıran parametrlərin hesablanmasını aparaq (bax.şəkil 3.2 .2).[39,s.102]
Şəkil 3.2.2 ARDNŞ məhsul buraxılışı həcmində minimal itkilərin hesablanması
Şəkil 3.2.2-də itki zonası göstərilib (şəklin qaralanmış hissəsi) ki, bu hissədə ARDNŞ-n məhsul buraxılışını azaltmaq lazımdır.
Nəticə olaraq, ARDNŞ öz transmilli biznesini mənfəət və rentabellik göstəricilərindən optimal istifadə edərək kifayət qədər effektiv tənzimləyir.
Ardınca “b” qrupu üzrə tədqiqatı davam etdirək və ARDNŞ-n ixracının iqtisadi səmərə və iqtisadi səmərəlilik göstəricilərini müəyyən edək.
ARDNŞ-ın ixracının iqtisadi effektinin hesablanmasında aşağıdakı parametrlərdən istifadə olunur: valyuta fondundan silinmələrin manat ekvivalenti, məcburi satışlardan manatla daxil olmalar və transmilli şirkətlərin ixraca çəkdiyi bütün xərclər.
Hesablamalar göstərdi ki, 2016-2018-ci illərdə ARDNŞ-ın iqtisadi effekti 11208,0 mln. manatdan 33772,0 mln.manatadək, demək olar ki, üç dəfə yüksəlmişdir. Amma iqtisadi effekt göstəricisi əsasən transmilli şirkətlərin satış və xərclərlə əlaqəli olan fəaliyyətinin ümumi səviyyəsini xarakterizə edir.
ARDNŞ-in ixracdan gəlir göstəricisinin hesablamaları göstərir ki, 2014-cü ildə ARDNŞ-in ixracdan gəliri 36,3 mlrd.manat olmuş, 2015-ci ildə isə 27,2 mlrd.manatadək, yəni 1,3 dəfə azalmışdır. 2018-ci ildə isə 102 mlrd manat olmuşdur ,yəni 5 dəfəyə qədər coxalmışdır.Bu göstərici əsasən şirkətlərin satış və xərclərlə əlaqəli olan fəaliyyətinin ümumi səviyyəsini xarakterizə edir.Şirkətin ixracının iqtisadi səmərə göstərici 3.2.6 saylı cədvəldə verilmişdir. Digər cədvəllərin də informasiyası 1.3 saylı paraqrafdakı metodologiya və SOCAR-ın hesabatları (bax;əlavə 4: Cədvəl 3.2.12)əsasında hesablanmışdır.
Cədvəl 3.2.6
Dostları ilə paylaş: |