Baki – 2021 Elmi redaktor: adiU-nun “İqtisadiyyat və idarəetmə “ kafedrasının müdiri: I e. d.,professor Y. Kəlbiyev


Ucuz materialların və işçi qüvvəsinin əldə edilməsi



Yüklə 0,71 Mb.
səhifə44/55
tarix12.09.2022
ölçüsü0,71 Mb.
#117744
1   ...   40   41   42   43   44   45   46   47   ...   55
279762823 (1)

Ucuz materialların və işçi qüvvəsinin əldə edilməsi

Alyansların formalaşdırılması

Motivasiya prosesinin tətbiq edilməsi

QLOBAL STRATEGİYALAR

Miqyas effektindən istifadə etmək

Kreditləşdirmə və investisiyalaşdırma

Strateji xarici bazarlara çıxış

Ticarət baryerlərinin azaldılması

Şəkil 4.1. Qlobal strategiyaların əsas motivləri (83, səh.218)

Korporativ idarəetmənin və kiçik paya malik səhmdarların hüquqlarının qorun­ması təkmilləşdirilmiş, tikintiyə icazələrin verilməsi və idxal-ixrac əməliyyatları üçün mövcud prosedur, müddət və xərclər azaldılmış, elektrik təchizatı şəbəkəsinə qoşulma üçün sənədlərin elektronlaşmış qəbulu sistemi qurulmuşdur . Eyni zamanda kreditlərin verilməsinə təsir göstərən qurumların işinin yenilənməsi, inkişaf etdirilməsi, özəl olaraq kredit verən büroların və daşınar və daşınmaz əmlaka olan hüquqların dövlət qeydiyyatına alınması müddəti, elektrik şəbəkəsinə bağlanma prosedurlarına vaxt və məsrəflərin azaldılması və s. məsələlər üzrə işlər davam etdirilir.


Dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin İngiltərə təcrübəsini diqqətə çatdırmağı vacib hesab edirik.
İngiltərədə dövlət orqanlarının fəaliyyətinin monitorinqi sistem xarakteri daşıyır. Bu işlərdə müxtəlif qeyri-hökumət təşkilatları əhəmiyyətli rol oynayırlar. İcra hakimiyyəti orqanları ictimaiyyət qarşısında hesabat verir, onların fəaliyyəti kütləvi informasiya orqanlarına və geniş ictimaiyyətə açıq olur. Belə nəzarət sistemi transmilli biznesdə hesabatlılığı və maliyyə şəffaflığını yüksəldir, habelə korrupsiya və rüşvətxorluq risklərini azaldır. Bu ölkədə dövlət aparatının müxtəlif istiqamətlərdə fəaliyyəti üzrə ictimai təşkilatlar tərəfindən xülasələr hazırlanır, tədqiqat işləri aparılır.
Belə sənədlər statistik informasiyaların və digər analitik materialların əsasında hazırlanır, universitetlər və ictimai təşkilatlar tərəfindən mütəmadi olaraq nəşr edilir. Bu da imkan verir ki, hökumət siyasətinin ayrı-ayrı istiqamətləri ictimaiyyət tərəfindən daha geniş təhlil edilsin və nəzarətdə ictimaiyyət iştirak etsin.
Transmilli biznesin inkişaf strategiyası qlobal idarəetməyə əsaslanır. Qlobal idarəetmə dedikdə, müəyyən metod və mexanizmlər nəzərdə tutulur. Bu cür metodlar günbəgün artan yeniliklərə nəzarət etməyə və onları yönləndirməyə imkan verir, eyni zamanda beynəlxalq təhlükəsizlik, balanslaşdırılmış azadlıq və demoqrafiyaya uyğun gələn yaşayışı və yüksəlişin qorunub saxlanılması üçün əlverişli şəraiti təmin edir. Qlobal idarəetmə prosesli idarəetmə və agent quruluşunun yoxluğu kimi iki əsas xüsusiyyətlə xarakterizə edilir.
Hal-hazırda məsələn, dövlətlərin və beynəlxalq sistemin digər iştirakçılarının davranış qaydalarını və prinsiplərini müəy­yən edən beynəlxalq hüquq; müstəqil dövlətlər tərəfindən onlara verilən səla­hiy­yətlərin ötürülməsi əsasında yaradılan və fəaliyyət göstərən hökumətlərarası təş­ki­latlar; beynəlxalq təşkilatların beynəlxalq hüquq normalarının, tələblərinin göz­lən­məsinə aid qurumların, dövlətlərarası qurumların nəzarəti; bu tələbləri hökumətlərə qarşı birgə tədbirlərin təşkili də olmaqla, sülhün qorunub saxlanıl­ma­sına istiqamətlənmiş tədbirlərin hökumət­lərarası təşkilatlar tərəfindən həyata keçiril­məsi və ya koordinasiya edilməsi; dünya birliyi qarşısında duran qlobal problemlərin konsensus əsasında həll edilməsində hökumətlərarası təşkilatlara həqiqətən də təsirli dəstək verə bilən böyük ölkələrin liderlik etməsi və s. qlobal idarəetmənin əsas komponentlərini təşkil edir [202].
D.Aaker qlobal strategiyanin aşağıdakıları nəzərdə tutduğunu cox haqlı olaraq qeyd edir [83, s.17].

  1. Qlobal strategiyaların əsas motivlərinin aşkara çıxarılması.

Miqyas effektinin aktiv şəkildə tətbiq edilməsi.
Miqyas effektinin əsasında marketinq və istehsal prosesi proqramlarının standartlaşdırılması ola bilər. Reklamdan istifadə edərək şirkətlər öz ticarət markalarını daha geniş alıcı kütləsi ilə bölüşlər.

  1. Firma markası ilə qlobal alyansların formalaşdırılması. Arxasında qlobal strategiyalar dayanan firma markalarının, şirkət üçün çox əlverişli olan assosiasiyaları ola bilər. İstehlakcılar və rəqiblər üçün, qloballaşmanın mövcud olması güc, stabillik və şirkətin rəqabətli məhsullar istehsal etməsinin rəmzidir. Yaradılmış belə bir imic, əsasən avtomobil, kompüter kimi bahalı əmtəələrin və uzunmüddətli istehlak təyinatlı əmtəələrin istehlakcılarına daha xoş gəlir.

Daha sonra D.Aaker tərəfindən qlobal strategiyanın aşağıdakı indikatorları təklif edilmişdir: xarici bazarlarda əsas rəqiblər - bir sıra ölkədə fəaliyyət göstərən xarici firmalardır; əmtəə və ya marketinq strategiyasının bəzi elementlərinin standartlaş­dırlıması miqyas effektindən istifadə etməyə imkan verir; əlavə dəyər yaradan funk­siyaların müxtəlif ölkələrə bölüşdürülməsi məsrəflərin azaldılmasına və fəaliyyətin nəticələrinin artırılmasına köməklik edir; bazarlardan birində əldə edilən gəlirdən digər bazarlarda əlverişli mövqeyə nail olmaq üçün tətbiq olunur; daha cəlbedici bazarların mənimsənilməsini dünya bazarındakı ticarət baryerlər azaldır və s.
III. Ucuz əmək və maddi bazarlara çıxmaq imkanları. Ucuz əmək və maddi bazarlara çıxış, təhlükə yarandıqda və ya daha cazibədar alternativ yarandıqda digər təcizat mənbəyinə keçid həyata keçirilir.
IV. Motivasiya prosesinin tətbiqi. Dövlətin qarşısında ayrı-ayrı sahələrin və ya zəif inkişaf etmiş regionların inkişafı məqsədi durursa, məsrəflərin azaldılması mexa­nizmi kimi şirkət tərəfindən investisiyaların sttimullaşdırılmasından istifadə etmək olar.
V. Kreditləşdirmə və investisiyalaşdırma. Qlobal qarşılıqlı fəaliyyət şirkətlər ücün kreditləşdirməyə və investisiya qoymağa imkanlar yaradır. Bura şirkətlərin rəqabət aparmaq üçün bir ölkədə olan ehtiyatlarından digər bir ölkədə istifadə edilməsi və s.daxildir [83, s.215].
Transmilli biznesin strategiyasını hazırlayarkən dövlətlərin iqtisadi siyasətinin əlaqələndirilməsi və nəzərə alınması vacib rol oynayır. Bir çox iqtisadçılar inteq­ra­siya modellərində bazar mexanizmləri ilə həmin modelləri tənzimləyən mexanizmlər arasında kompromiss tapmağa çalışmışlar (Amerika iqtisadçısı B.Balaşi) .[246,s.161]
Təcrübə göstərir ki, iqtisadi inteqrasiya həm yarandıqda, həm də sonradan dövlətin müdaxiləsinə əsaslanır.



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin