Baki – 2021 Elmi redaktor: adiU-nun “İqtisadiyyat və idarəetmə “ kafedrasının müdiri: I e. d.,professor Y. Kəlbiyev


Azərbaycan xarici ticarətinin strukturu



Yüklə 0,71 Mb.
səhifə17/55
tarix12.09.2022
ölçüsü0,71 Mb.
#117744
1   ...   13   14   15   16   17   18   19   20   ...   55
279762823 (1)

Azərbaycan xarici ticarətinin strukturu



Göstəricilər

2016

2017

2018

2018-ci il 2016-cü ilə %-lə

Mln.doll.

%-lə

Mln.doll.

%-lə

Mln.doll.

%-lə




1.

Malların ixracı

13107

100

15320

100

19459

100

54




- neft-qaz sektoru

12050

90

13679

90

17920

92

51




- digər sektorlar

1160

10

1473

10

2463

8

90

2.

Malların idxalı

9004

100

9037

100

11469

100

97




- neft-qaz sektoru

2328

25

1312

15

766

15

91




- digər sektorlar

6675

75

7690

85

10698

85

98

3.

Xidmətlərin ixracı

4367

100

4688

100

4569

100

109




- neft-qaz sektoru

601-

13

249

5

284

6

-




- digər sektorlar

6675

87

4440

95

91

94

103

4.

Xidmətlərin idxalı

4367

100

8068

100

8084

100

78




- neft-qaz sektoru

417

42

3351

41

3350

41

83




- digər sektorlar

7522

58

4717

59

4630

59

75

AR Mərkəzi Bankı, Statistik bülleten, 2019, №3, İllik hesabat, 2018-2019, əsasında iddiaçı tərtib etmişdir. Dəyişmə meylləri cari qiymətlərlə hesablanmışdır.788səh.,s.632

2.1.8 saylı cədvəldən göründüyü kimi, 2018-ci ildə qeyri-neft sektoru üzrə ixrac 2463 mln.dollar olmaqla 2016-cı illə müqayisədə demək olar kı,2 dəfəyə qədər artmışdır. Bu ixrac əməliyyatlarında 1,7 min təsərrüfat subyekt iştirak etmişdir. Qeyd etmək lazımdır ki, 2018-ci ildə qeyri-neft sektorundan məhsul ixracı 2016-cı ilin səviyyəsindən 1303 mln.dollar cox olmuşdur. Qeyri-neft məhsullarının idxalı 169 mln.dollar azalsa da, onların ixracından 5,2 dəfə çox olmuş və 6252 mln. dollar mənfi saldo formalaşmışdır.


Hal-hazırda Azərbaycanda qeyri-neft emal sənayesinin və aqrar sektorun inkişafında yeni mərhələ başlamışdır. Onun da əsas hədəfi milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsindən, dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyadan və uzunmüddətli perspektivdə ölkənin sosial-iqtisadi inkişafının davamlılığını təmin etməkdən ibarətdir.
Ümumiyyətlə qeyd etmək lazımdır kı, 2017-ci ilin 1-ci rübünü 2016-cı ilin eyni dövrü ilə müqayisəsindən görünür ki, əsas əmtəə növlərindən təzə meyvə ixracı 58.4 faiz, təzə tərəvəz 95.0 faiz, tütün 35.4 faiz, çay 44.4 faiz, meyvə və tərəvəzdən alınan şirələri 47.3 faiz, təbii şərabları və üzüm sirkəsi 16.3 faiz, meyvə və tərəvəz konservləri 27.6 faiz, kartof 33.5 faiz coxalmışdır. Başqa tərəfdən qənd ixracı 3.5 faiz, bitki yağları 14.0 faiz, qida üçün yararlı digər qarışıqlar 43.8 faiz, emal olunmayan alüminium 29.0 faiz az olmuşdur.
Strateji Yol Xəritəsində nəzərdə tutulan vəzifələrin həyata kecirilməsini xarak­terizə edən məlumatlara və İqtisadi İslahatların Təhlili və Kom­mu­nikasiya Mərkəzinin məlumatına görə 2017-ci ilin doqquz ayı ərzində qeyri-neft sahəsi üzrə ixrac milyard 69 milyon ABŞ dolları olub. Reallaşdırılan ixrac əməliy­yat­larında 1582 müəssisə iştirak edib. Bütövlükdə 180-dən çox dövlət ilə xarici ticarət əməliyyatları baş tutmuşdur. 2016-cı ilin eyni dövrünü müqayisə edərək 2017-ci ilin 9 ayında qeyri-neft sektorunda ixracın səviyyəsi 25% artıb. 2017-ci ilin 9 ayı dövründə qeyri-neft sahəsinə aid olan məhsullarının ixrac olundugu dövlətlərin arasında Rusiya öz liderliyini qoruyur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2017-ci ilin 9 ayında bu ölkəyə 366 milyon, yerdə qalanları Türkiyə (223 milyon ABŞ dolları), Gürcüstan (99 milyon ABŞ dolları), İsveçrə (98 milyon ABŞ dolları) və Türkmənistan (44 milyon ABŞ dolları) və dıgər ölkələr paylaşırlar. Ümumiyyətlə, 2017-ci ilin 9 ayı dövründə meyvə-tərəvəz ixracı 307 milyon, alüminium məhculların ixrac olunması 87 milyon, plastmas və plasmasdan hazırlanan məmulatların ixracı 78 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 61 milyon, kimya sənayesinə aid olan məmulatlarının ixracı 58 milyon dollara bərabər olmuşdur.
Əvvəlki ilin həmin dövrü ilə biz müqayisə versək 2017-ci ilin 9 ayı dövründə pambıq sap xammalı ixrac edilməsi 8,5 dəfə, elektrik enerjisi ixracıı 2,8 dəfə, çay ixracı 62 dəfə , meyvə-tərəvəz ixracı 41, spirtli və spirtsiz içkilərin ixracı isə 28, kimya sənayesi məhsulları ixracı 25, alüminiumdan olan məhsulların ixracı 22, bitki və heyvan mənşəli piylərin və yağların ixracı 17, plastmasdan olan məhsulların ixracı 10% artmışdır. Respublikadan İxrac edilən mallar nomenklaturasında qabığı oyulmuş meşə fındığı, qızıl, metan spirti, ağ şəkər, soğan və sair mövcudddur.
Gəncə şəhərində mövcud olan bir sıra müəssisələr, həm də “MKT İstehsalat Kommersiya” MMC, “Gəncə Tekstil” ASC, “DETAİ Alüminium” MMC, “Gəncə Əlvan Metal Emalı” ASC və Gəncə Avtomobil Zavodu öz məmulatlarını Rusiyaya, Türkiyəyə, Belarus Respublikasına, Gürcüstana və digər ölkələrə ixrac edirlər.
Qeyd edək ki,2017-ci ilin 9 ayında “Azexport.az” portalına dünyanın 60 cox ölkəsindən 355.8 milyon dollar miqdarında ixrac ücün sifarişləri alınıb.
Xarici ticarət dövriyyəsində 2017-ci ildə neft olmayan mallaın ixracı 24,4 faiz coxalmışddır. Məlumdur ki, Azərbaycan Respublikanın olan valyuta resurslarının miqdarı 4 milyard dollar coxalmış və ilin sonuna 41 milyard dollar təşkil etmişdi.
Ümumiyyətlə artıq beynəlxalq neft-qaz bazarı daha cox qlobal xarakder daşıyır. Bu bazarın artımasının hüdudları coğrafi sərhədlərlə müqayisə olunduqda cox geniş bir miqyas almaga başlamışdı. Bu bazarın İnkişafı və uğuru milli deyil, transmilli xarakter daşıyır. Buna müvafiq olaraq müqayisə etməklə planetar masştabda həyata kecirilir.
Bizim Respublkamız dünya bazarında xam neftin və qazın ixratçısı, eyni zamanda neft və neft-kimya məmulatların istehsalçısı kimi samballı hesab olunur.
Azərbaycanın emal məhsulları ABŞ, İtaliya, Misir, Çin daxil edilməklə ölkələrə məhsul ixrac edirlər. Dövlət meyvə-tərəvəz ixracı 277 mln.dollar, plastmas və plasmasdan hazırlanan məmulatların ixrac edilməsi 72 mln, alüminium məhsulların ixracı 70 mln., qara metallar və qara metallardan işlənmiş məmulatların ixracı 38 mln., kimya malların ixracı 31 mln., pambıq ipliyi 10 mln. dollar idi. Qeyri-neft məhsul­larının ixracı 847 mln.dollara olmuşdur. Neft məhsullarının ixracı 15 faiz artımdı.
Azərbaycan hökuməti tərəfindən ixracın genişləndirilməsi, qeyri-neft sektoru üzrə ixracın artırılması istiqamətində həyata keçirilən kompleks tədbirlər çərçivəsində həm ixracla bağlı prosedurların sayının azaldılması, həm ixracın stimullaşdırılması üçün tədbirlər keçirilir, həm də bunun üçün müxtəlif alətlər vasitəsilə sahibkarlara yeni imkanlar yaradılır. “Made in Azerbaijan” brendinin dünyada tanıdılması, ixrac missiyalarının və vahid ölkə stendlərinin təşkili, xaricdə patent və sertifikatların alınması ilə bağlı dəstək və digər mexanizmlər həyata keçiriir.
“Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 18 yanvar 2016-cı il tarixli sərəncamı, “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 1 mart 2016-cı il tarixli fərmanı və digər hüquqi sənədlər göstərdi ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafında artıq yeni mərhələ başlanmışdır.[ 71,s.1]
Məhz bunun nəticəsidir ki, 2018-ci ilin 6 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 846,5 milyon dollar təşkil etmişdir. 2018-ci ilin əvvəlində ixrac olunan qeyri-neft sahəsindən olan əmtəələrin siyahısında pomidor 141 milyon dollar olmaqla beşinci yerdə, qızıl 61milyon dollar olmaqla ikinci və elektrik enerjisi 54,6 milyon dollarla üçüncü yerdə olub.
2017-ci ilin yanvar ayından 2018-ci il iyunun 30-dək “Azexport.az” portalına dünyanın 96 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 759,4 milyon dollar təşkil etmişdir. Qeyri-neft ixracının artırılması məqsədilə göstərilən dövlət dəstəyi tədbirləri də bu müddətdə davam etdirilmişdir. İndiyədək 15 ixrac missiyası təşkil edilmişdir. Beynəlxalq sərgilərdə ilkin razılaşmalar və sifarişlər əldə olunmuş, ixrac müqavilələri imzalanmışdır.
Ölkənin daxili istehsal üstünlükləri və region tələbatları diqqətə alınmaqla respublikadakı istehsal imkanları, eyni zamanda region üzrə yüksək tələbat olan idxal əmtəələri üzrə region dövlətlərinin bazarları üzrə ticarət nəticələrinə əsasən tədqiqatı, təhlillərin aparılması, region ölkələrin bazarlarında idxal tələbatı yüksək olan məhsulların müəyyən edilməsi məqsədəuyğun olardı. Bundan əlavə, müvafiq məhsulların ölkə daxilində istehsal potensialı və ixrac imkanlarını daha düzgün müəyyən etmək üçün rəqabətqabiliyyətli məhsullar üzrə istehsal və istehlak balansları əsasında müəyyən araşdırmaların aparılması zəruridir. Respublikamızın Rusiyada, Çin Xalq Respublikasında, Birləşmiş Ərəb Əmir­liklərində, Şərqi Avropada kommersiya nümayəndəlikləri fəaliyyətdədir. Rusiyada Həştərxanda “Azərbaycan İş Mərkəzi” yaradılmışdır.
Xarici kütləvi informasiya vasitələrində sahəvi brendlərin reklam kampaniya­sına, “Made in Azerbaijan” brendinin təşviqinə başlanmışdır. Azərbaycan respubliksınin dünyanın bir cox dövlətləri ilə ticarət əməliyyatları artır və uğurlu ticarət sövdələşmələri bağlanır. Dövlət daha çox qeyri-neft sektorunun inkişafı üçün bütün lazımi addımları atır.
Belarusiyada, Ukraynada, Latviyada “Azərbaycan Ticarət Evi” fəaliyyətdədir.
Azərbaycan məhsullarının Avropa bazarına cıxarılması üçün azərbaycanlı biznesmenlərə Latviyanın tranzit limanlarından, dəmir yolları və aeroportlarından onların koməyindən, üstünlüklərindən yararlanmaq imkanı verilmişdir.
Azərbaycanın adı 2017-ci ildə nüfuzlu “Standart&Poor's” (S&P) dünya reytinq agentliyinin hesabatında ilk sıralarda idi. Yəni ki, bu agentliyinin yaydığı məlumatda deyilir ki, 2018-ci il Azərbaycan iqtisadiyyatında yüksəliş ili olacaq. Bu sənəddə 2019-2020-ci illərdə Azərbaycanda ÜDM-nön istehsalının coxalması 3,5 faiz qədər olması proqnozlaşdırılır. Azərbaycan iqtisadiyyatına qoyulan sərmayələr həcminin mayələr 2018-ci ildə 3,5 faiz, 2019-cu ildə 2,5 faiz, 2020-ci ildə isə 2,5 faiz artacağı söylənilir. Bu agentliyin hesabatında deyilir ki, xarici ticarət dövriyyəsində bu illər müsbət qalıq saölanacaq. Demək olar kı, 2018-ci ildə ÜDM 12,7 faiz, 2019-cu ildə 14,3 faiz, 2020-ci ildə 14,8 faiz kimi qiymətləndiriləcək.
Azad ticarət müqavilələrinin olması bir cox ölkələrin praktikasını öyrə­nilmiş və həmin dövlətlərin bağladığı oxşar müqavilələr və onların ticarətə təsiri ətraflı təhlil olunmuşdur. Bakı şəhərində 2017-ci ilin sonunda Bakı şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında preferensial ticarət müqaviləsi imzalanmasına dair Anlaşma Memorandumu” imzalanmışlar. Texniki tənzimləmə ücün və milli standartlaşma sisteminin beynəlxalq tələblərinə uyğun olaraq qaydaya salmaq məqsədilə müvafiq qanun projeləri işlmışdıəhmişdir.
2.1.9 saylı cədvəldən görünür ki, 2010-cu ildə ixracın ÜDM-də xüsusi çəkisi 50%-dən çox olmuş, 2017-ci ildə isə 38%-ə qədər aşağı düşmüşdür. 2018-ci ildə bu göstərici 25% olmuşdur. Bu da ixracın 1,6 dəfə azalması ilə izah edilir. İxracın azalmasının səbəbi isə ixrac neftinin qiy­mə­ti­nin son illər 3-4 dəfə azalmasıdır. İqtisadi ədəbiyyatda göstərilir ki, transmilli bizne­sin uğurla inkişafı üçün bu göstəricinin 30%-40% civarında olması məqsədəuyğundur. Deməli, Azərbaycan transmilli biznesin inkişafı üçün münbit şərait mövcuddur. Hesablamalar 4-saylı əlavədə verilib. Respublika idxalının ÜDM-də xüsusi çəkisi 2010-cu ildəki 12,5%-dən 2018-ci ildə 21,5%-ə qədər artmışdır. Bu da idxalın həcminin 1,4 dəfə artmasının nəticəsidir. Beynəlxalq təcrübədə göstərilir ki, transmilli biznes elə tənzimlənməlidir ki, ÜDM-də idxalın payı 20%-dən artıq olmasın.
Cədvəl 2.1.9

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin