Baki – 2021 Elmi redaktor: adiU-nun “İqtisadiyyat və idarəetmə “ kafedrasının müdiri: I e. d.,professor Y. Kəlbiyev


Azərbaycanın tədiyyə balansının qiymətləndirilməsi1



Yüklə 0,71 Mb.
səhifə21/55
tarix12.09.2022
ölçüsü0,71 Mb.
#117744
1   ...   17   18   19   20   21   22   23   24   ...   55
279762823 (1)

2.2. Azərbaycanın tədiyyə balansının qiymətləndirilməsi1

Tədiyyə balansının göstəricilərinin təhlili hökumətin bütünlükdə iqtisadi siyasətini, o cümlədən transmilli biznesinin təşkili və idarə edilməsi sisteminin formalaşdırılması, istehsal və xidmət sferasının transmilliləşdirilməsi üçün böyük əhəmiyyəti var. Çünki xarici iqtisadi əlaqələrin səmərəli olub-olmaması məhz tədiyyə balansında əks olunur.


Bu işdə tədiyyə balansında tarazlığın qiymətləndirilməsi aşağıdakı ardıcıllıqla və qaydada həyata keçirilmişdir [52,s.148]:
- cari tədiyyə balansının və ticarət balansının saldosunun qiymətləndirilməsi;
- xidmətlər balansının saldosunun qiymətləndirilməsi;
- kapital qoyuluşlarından əldə olunan gəlirlərin dəyərləndirilməsi, neqativ və pozitiv təsir edən amillərin müəyyən edilməsi ;
- ölkə qarşısında digər ölkələrin öhdəlikləri üzrə ödənişlərin həcminin qiymətləndirilməsi.
2014-cü ilə qədər Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının saldosu stabil olaraq tədricən artmış və 2014-cü ildə böyük həcmdə müsbət saldo formalaşmışdır. Belə vəziyyət milli valyutanın mövqeyini möh­kəm­lən­dirilməsi və ölkənin investisiya idxal edən ölkədən ixrac edən ölkəyə çevrilməsinə maliyyə bazası yaradır. Müsbət saldonun kəsgin artımı isə eyni zamanda inflyasiyanı stimullaş­dır­dı­ğına görə tədiyyə balansının tarazlığını təmin etmək üçün cari əməliyyatlar hesabının saldosunun müsbət olması dövlət tərəfindən müəyyən hədd daxilində tənzimlənməsi həyata keçirilir. İxracın stimullaşdırılması siyasəti xarici tələbin ödənilməsinə istiqamətləndirildiyinə görə eyni zamanda daxili tələb də nəzərə alınmaqla, sənayenin və kənd təsərrüfatının istehsal strukturunun formalaşdırılması həyata keçirilməlidir. Bir çox ölkələrdə yuxarıda deyilən mənfi təsirləri neytrallaşdırmaq məqsədilə ixrac­yönümlü siyasətin modernləşdirilmiş variantından istifadə edirlər. Moderniza­siya ondan ibarət olur ki, beynəlxalq bazarlarda rəqabət qabiliyyəti olan və idxalı əvəz­ləyən məhsullar istehsal edilir. Beləliklə, ixracyönümlü idxalı əvəzedən sənayeləşmə siyasətinin həyata keçirilməsi zəruridir.
2014-cü ildə cari əməliyyatlardan və kapital hesabından ölkə rezidentlərinin hesabına daxilolmalar 36 milyard dollar, ödənişlər isə 25,6 milyard dollar təşkil etmişdir. Ancaq bütünlükdə tədiyyə balansının yekunu rezidentlərin xeyrinə cəmisi 4,2 milyard dollara çatmışdır (cədvəl 2.2.1).
Cədvəl 2.2.1

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin