Kişi və qadın hüquq bərabərliyi
Bəhai dini təliminə görə kişi və qadın hüquq bərabərliyi Yeni Dünya Nizamının qurulması üçün zəruri mənəvi və ruhani prinsipdir. Kişi və qadının istedad və şəxsi keyfiyyətlərindən tam istifadə olunmayınca bəşəriyyətin sosial-iqtisadi inkişafını yaxşılaşdırmaq mümkün olmayacaqdır. Həzrət Əbdül-Bəha buyurur:
“İnsan aləminin iki qanadı vardır; onlardan biri qadınlar, digəri – kişilərdir. Əgər qanadlardan biri inkişaf etməyibsə, quş uça bilməz”31
“Qadınlara öz qabliyyətlərini yüksək dərəcədə inkişaf etdirmək imkanı verilməyincə, kişilər də malik ola biləcəkləri yüksəkliyə çata bilməyəcəklər”.32
Həzrət Bəhaullah bildirir ki, qadınların təhsili kişilərin malik olduğu təhsilin standartlarına uyğun gəlməlidir, yəni qadınlar və kişilər cəmiyyətdə bərabər təhsil hüququna malik olmalıdırlar. Əgər ailənin həm oğlan, həm də qızının təhsili üçün pulu yoxdursa, valideynlərə pulu qızın təhsilinə sərf etməyi məsləhət görülür, çünki o potensial ana və gələcək nəsillərin tərbiyəçisidir.
Həzrət Bəhaullah öyrədir ki, qadınların hüquq bərabərliyinin bərqərar olmasına mane olmaq və ya onun inkişafını ləngitmək mümkün deyildir. O, həmçinin deyir ki, qadınlar sülhlə bağlı məsələlərdə hərtərəfli və bərabər hüquqda iştirak etdiyi zaman müharibələrə son qoyulacaqdır.
Bu dəyişikliklər öz-özünə baş verməyəcəkdir. Potensiallarının tam inkişafı üçün qadınların özləri cəhd etməlidirlər. Həzrət Əbdül-Bəha buyurur:
“Daha yüksək kamilliyə çatmaq, bütün məsələlərdə kişilərlə bərabər olmaq, ənənəvi olaraq geri qaldıqları bütün sahələrdə irəli getməsi və kişilərin onları qabiliyyət və vərdişlərinə görə bərabərliyi tanımasından ötrü qadınları mübarizə gözləyir”33.
Həzrət Əbdül-Bəha başqa bir yazısında, qadınlar cəmiyyətdə həqiqi yer tutduqdan sonra nələr baş verəcəyini belə izah etmişdir:
“Keçmişdə dünya qüvvə vasitəsilə idarə olunurdu və kişi özünün güclü və təcavüzkar, həm fiziki, həm də əqli keyfiyyətləri hesabına qadın üzərində üstünlüyə malik idi. Lakin bu müvazinət artıq pozulmaqdadır: qüvvə öz üstünlüyünü itirdiyi halda, qadında üstün olan əqlin çevikliyi, intuisiya, məhəbbət və xidmət kimi ruhani keyfiyyətlər daha çox əhəmiyyət kəsb etməyə başlamışdır. Ona görə də yeni era az dərəcə kişi erası olub, qadın ideyaları ilə daha çox doydurulmuş olacaqdır; dəqiq desək, bu sivilizasiyanın kişi və qadın əsaslarının müvazinətdə olduğu dövr olacaqdır”34.
Dostları ilə paylaş: |