Ümumi icbari təhsil
Həzrət Bəhaullahın digər ən vacib göstərişi – ümumi icbari təhsilin zəruriliyidir; bütün kişi və qadınlar savadlı olmalıdırlar.
Bilik – Allahın insana verdiyi ən böyük nemətdir və özünü biliklər əldə etmək imkanından məhrum edənlər dostları ilə müqayisədə məhdud həyatda yaşamağa məhkumdurlar. Elm, incəsənət və sənətin insanlara fayda gətirən və yerdə həyat şəraitini yaxşılaşdıran sahələrində bilik və vərdişlərin əldə edilməsi daha əhəmiyyətlidir.
Mövhumatlar və cəhalət çox vaxt biliksizlik səbəbindən törəyir və təhsilin yayılması onları insan mühitindən kənarlaşdırmağa kömək edir.
İnsanlar öz qabiliyyətlərinə və istedadlarına görə fərqlənirlər. Uşaqlara verilən təhsildə məqsəd onlarda təbii imkanları inkişaf etdirmək və onları yaradıcı əməkdaşlığa həvəsləndirmək olmalıdır. Həzrət Əbdül-Bəha yazır:
“Həzrət Bəhaullah bildirir ki, savadsızlıq və biliyin olmaması bəşəriyyəti parçalayan maneələrdən olduğu üçün hamı ümumi və peşə təhsili almalıdır. Bu vasitənin köməkliyi ilə qarşılıqlı anlaşılmazlıq aradan qaldırılacaq, bəşəriyyətin birləşməsinə yeni təkan veriləcəkdir. Ümumi təhsil – universal qanundur.
Təhsil bütün uşaqlar üçün icbari olmalıdır. Ümumi təhsilə əlavə olaraq hər bir uşaq ixtisas, sənət, vərdişlər almalıdır ki, cəmiyyətin bütün üzvləri özlərini yaşayışla təmin edə bilsinlər. Xidmət ruhunda görülmüş iş ibadətin ən yüksək formasıdır”35.
Dostları ilə paylaş: |