Bəhailər passifistdirlərmi? Bəhai təlimi bəhailərdən idarəsi altında olduqları hökümətin qanunlarına itaət etməyi tələb edir. Uca Ədalət Evinin 9 Fevral 1967-ci il tarixli məktubunda deyilir:
“Bəhailər hökumətlərin qanun-qaydanı saxlamaq və öz xalqlarını mühafizə etmətk üçün gücdən istifadə etmək hüququnu və vəzifəsini qəbul edirlər.
Beləliklə, bəhailərə görə, belə məqsəd üçün qan tökülməsi qaçılmaz olaraq mahiyyətcə səhv deyildir. Bəhai dini, fərdin bağışlamaq və “öldürməkdənsə ölmək” borcu ilə cəmiyyətin ədaləti qoruyub saxlamaq borcu arasında çox aydın və dəqiq fərq qoyur”.
Uca Ədalət Evi bu məktubunda Şövqi Əfəndinin 21 Noyabr 1935-ci il tarixli məktubundan sitat gətirir. Məktubda deyilir:
“Mütləq pasifistlərə və ya vicdan məsələsinə qörə müharibədə iştirak etməyənlərə gəldikdə: onların münasibəti, bəhai nöqteyi-nəzərindən baxdıqda tamamilə antisosialdır və bu fərdin vicdanını həddən çox yüksəltdiyi üçün qaçılmaz olaraq cəmiyyətin nizamsızlığına və xaosa gətirib çıxarır. Beləliklə, ifrat pasifistlər anarxistlərə çox yaxındırlar. Belə ki, bu qrupların hər ikisi fərdin hüquq və ləyaqətini həddən artıq vurğulayırlar. Sosial həyatın bəhai konsepsiyasının əsasında fərdin iradəsinin ictimai iradəyə tabe olması durur. Bu fərdi nə əzir, nə də onu antisosial, cəmiyyət üçün təhlükəli olan bir varlığa çevrilən nöqtəyə qədər ucaldır. Hər şeydə olduğu kimi, Bəhai konsepsiyası da “qızıl orta” prinsipinə əməl edir”
Dostları ilə paylaş: |