Müşavirlərin Qitə Kollegiyası
Həzrət Əbdül-Bəhanın ruhani Vəsiyyətinə uyğun olaraq Əmrin Mühafizi Özünün nəslindən kimisə Öz xələfi təyin etməli idi. Lakin Şövqi Əfəndinin övladları yox idi. Digər tərəfdən isə Vəsiyyətnamədə göstərilən yüksək tələblərə cavab verən adamı tapmaq mümkün olmadı. Hamıya yaxşı bəlli idi ki, yalnız Dinin Mühafizi Allah Əmrinin Əllərini təyin edə bilərdi. Uca Ədalət Evi 1963-cü ildə seçiləndə Onun qarşısında duran birinci dərəcəli vəzifə Yeni Mühafizin seçilməsinin mümkünlüyü ilə bağlı hər hansı bir göstərişin aşkar edilməsi məqsədi ilə Müqəddəs Yazıların diqqətlə öyrənilməsi idi. Axı Mühafizsiz Allah Əmrinin Əllərini kim təyin edə bilərdi? Nəhayət, 1963-cü il oktyabrın 6-da Uca Ədalət Evi növbəti müraciətini elan edir:
“Allah Əmrinin Mühafizi vəzifəsində Şövqi Əfəndinin xələfi ilə bağlı sualın cavabını tapmaq məqsədi ilə duaların müşayəti ilə Müqəddəs Yazıları tədqiq etdikdən, həmçinin uzun müddətli məsləhətləşmələrdən, o cümlədən o zaman Müqəddəs Torpaqda olan Allah Əmrinin Əllərinin rəyini öyrəndikdən sonra Uca Ədalət Evi belə qərara gəlir ki, Allah Əmrinin növbəti Mühafizinin təyin edilməsinin az da olsa qanuni yolu yoxdur”55.
Uca Ədalət Evi 1964-cü ilin noyabrında elan edir ki, problemi və Müqəddəs Yazıları hər tərəfli tədqiq etdikdən və Allah Əmrinin Əllərinin rəyini dinlədikdən sonra qəti qərara gəlir: Allah Əmrinin Əllərinin təyin edilməsinin heç bir imkanı yoxdur və olmayacaqdır.
Əmrin Mühafizi tərəfindən Allah Əmrinin Əllərinə aid əvvəllər baxılan ümumi xarakterli işlərin həlli indi hamının müraciət etdiyi, Əmrin Ali və Mərkəzi orqanı Uca Ədalət Evinin səlahiyyətlərinə aid edilirdi.
Uca Ədalət Evi 1968-ci ildə on bir nəfərdən ibarət “Müşavirlərin Qitə Kollegiyasını” yaratdığını elan edir. Onların üçü Afrika, altısı Şimali və Cənubi Amerika, biri Avropa, biri də Avstraliya üçün idi. Qeyd edilirdi ki, “onların vəzifəsi uyğun regionlarda Köməkçi Heyət Üzvlərinin işini istiqamətləndirməkdən, Milli Ruhani Məhfillərlə məsləhətləşməkdən və əməkdaşlıq etməkdən, həmçinin Allah Əmrinin Əllərinə və Uca Ədalət Evinə bu regionlardakı işlərin vəziyyəti haqqında məlummat verməkdən ibarətdir”.
Bu qərar Əmrin Əllərini Köməkçi Heyətdəki inzibati vəzifələrdən azad edirdi. Bu məsələni Uca Ədalət Evinin müraciəti bir qədər də aydınlaşdırdı:
“Allah Əmrinin Əlləri – bəhai dünyasının malik olduğu ən böyük cəvahirlərdən biridir. Köməkçi Heyətdəki inzibati işlərdən azad olmaqla, Onlar öz səylərini Dinin ümumi müdafiəsi, Onun yayılması ilə bağlı fundamental məsələlərdə, Bəhai Birliyinin ruhani sağlamlığının və Bəhai Dininin Dünya üzrə həyat qabiliyyətinin saxlanmasında cəmləşdirə bilərlər”
Dostları ilə paylaş: |