Köməkçi Heyət Üzvləri Əmrin Mühafizi 1954-cü ilin aprelində həmin il təyin etdiyi Allah Əmrinin Əllərinə göstəriş verir ki, onlar hər Qitədən bəhailər arasından özlərinə köməkçilər seçsinlər. “Köməkçi Heyət Üzvləri “ adı ilə tanınan bu şəxslərin vəzifələri “Allah Əmrinin Əllərinin müavinləri, köməkçiləri və məsləhətçiləri” olmaq idi. Bu Köməkçi Heyət üzvləri Allah Əmrinin Əllərinin bilavasitə rəhbərliyi altında fəaliyyət göstərirdilər. Onlar Bəhai İnzibati Qaydalarının ümumi tələblərinə tabe olsalar da, onun orqanlarının tərkibinə daxil deyillər.