Yüksək inzibati standart
İstənilən bəhai orqanına seçilmiş üzvlərin çatmağa çalışdıqları bir nümunə mövcuddur. Bəzən elə gəlir ki, ona çatmaq mümkün deyildir, lakin üzvlərinin kimliyindən, London, Nyu-York, Tokio, Tehran, Buenos-Ayresin ziyalılarından və ya Mərkəzi Afrika piqmeylərindən, fin laplandlarından və ya Avstraliya aborigenlərindən asılı olmayaraq, o hər bir Ruhani Məhfilin məqsədidir. Bu standartın bəzi elementləri Şövqi Əfəndini aşağıdakı sitatında verilmişdir:
“Gəlin yadda saxlayaq ki, Əmrin əsasında fərdin, şübhəsiz ki, özünüifadə, öz əqidə və baxışlarını azad bildirmək hüququ prinsipi durur...
Gəlin həmçinin yadda saxlayaq ki, Allah Əmrinin əsas məqsədi diktatorcasına hakimiyyətdə deyil, əksinə xeyirxah yoldaşlıqdadır, özbaşına hakimiyyətdə deyil, səmimi ruhda və sevgi dolu məşvərətdədir...
Dostların şüurlu surətdə və sərbəst olaraq öz nümayəndələri kimi seçdikləri şəxslərin vəzifələri, onları seçənlərin borclarından heç də az həyati mahiyyət daşımır. Onların vəzifələri əmr vermək deyil, məsləhət etməkdir və nəinki ancaq öz aralarında və həmçinin, mümkün qədər təmsil etdikləri çoxsaylı dostlarla da məsləhətləşməkdir. Məhfil üzvləri özlərini yalnız Allah Əmrinin daha səmərəli və daha layiqli surətdə təqdim olunması üçün seçilmiş vasitələr kimi təsəvvür etməlidirlər... Onlar tədricən şəxsi müstəsnalıq ruhundan, məxfilik mühitindən kənar olmalı, özlərini ədabazlıq mövqeyindən azad etməli, öz mülahizələrindəki təəssübkeşliyin və xurafatın bütün formalarını aradan qaldırmalıdırlar. Onlar öz işlərini müdriklik hüdudları çərçivəsində dostlara etibar etməli, onları öz planları ilə tanış etməli, öz narahatlıqlarını və problemlərini onlarla bölüşməli və onların tövsiyyə və məsləhətlərinə qulaq asmalıdırlar. Ehtirassız, diqqətli və iltifatlı məsləhətləşmədən sonra onlara hansısa bir qərara gəlmək lazım olarsa, onlar dualarla Allaha müraciət etməli, düzgün və qərəzsiz seçim etməli və əksəriyyətin səsinə qulaq asmalıdırlar, hansı ki, Ağanın dediyi kimi, həqiqətin səsi olub, etiraz edilməməli, lakin bütün qəlbi ilə həyata keçirilməlidir. Dostlar bu səsi hamılıqla müdafiə etməli və onu Əmrin müdafiəsinin və inkişafının yeganə vasitəsi hesab etməlidirlər” 62...
Dostları ilə paylaş: |