VI FƏSİL
BƏHAİLƏRİN HƏYAT-TƏRZİ
Davranış
Bəhailər sözləri ilə deyil, əməlləri ilə seçilməlidirlər. Həzrət Bəhaullahın buyurduğu keyfiyyətlər bütün əsas dinlərdə də göstərilmişdir: insan vicdanlı, mehriban, qəlbiaçıq, qonaqpərvər, nəzakətli və səxavətli olmalı, öz valideynlərinə ehtiram göstərməlidir. O, böyük sevinc və ürəklə Allah iradəsini qəbul etməlidir.
Həzrət Bəhaullah tərki-dünyalığı bəyənmir və insana Allahın verdiyi bütün həyat nemətlərindən bəhrələnməyi buyurur.
Allaha gedən yol həm maddi sıxıntılar, həm də əksinə var-dövlət, bolluq içindən keçə bilər. Həzrət Bəhaullah öz ardıcıllarına yoxsulluqdan qəmgin olmamağı və var-dövlətə bel bağlamamağı məsləhət görür. İnsan üçün ən böyük nemət – sakit ürəkdir. Buna isə Allahın qoyduğu qaydalara əməl etməklə çatmaq mümkündür.
Müalicə üçün müstəsna zəruri halları çıxmaqla, Həzrət Bəhaullah spirtli içkilərin və narkotik maddələrin istənilən növündən istifadəni qadağan etmişdir. Narkotik maddələr və spirtli içkilər insanın fiziki və ruhani sağlamlığına ziyan vurur. Bunlara əlavə olaraq Həzrət Bəhaullah aşağıdakı qadağaları qoymuşdur: qumar oynamaq, nigahdan kənar cinsi əlaqədə olmaq, oğurluq, homoseksualizm, heyvanlarla qəddar davranmaq, qeybət, kiməsə günahları tövbə etmək, iftira, kremasiya, qəsdən yanğın törətmək, dilənçilik, peşəkar nigahsızlıq, qul alveri, qətl və əl öpmək (Şərqdə ehtiram kimi istifadə olunan adət – A.C.). Bununla da O, Özü ilə təkcə Yeni Eranın qanunlarını gətirməmiş, həmçinin başqa dinlərin Bəşəriyyətin Birliyinə və Sivilizasiyanın inkişafına mane olan qayda-qanunlarını ləğv etmişdir.
Dostları ilə paylaş: |