Bəşəriyyətə xidmət
Bəhailərdə məxsusi geyim forması yoxdur. Onlar xüsusi irqi və ya milli qrupdan da deyillər. Ona görə də onları ilk baxışda başqa adamlardan ayırmaq çətindir. Bir fərd kimi onlar özlərinə arxayın və təmkinlidirlər, çünki onlar ətrafda baş verənləri dərindən dərk edir və həyatda öz vəzifələrini yaxşı bilirlər. Allahın onlardan bu və ya digər situasiyada hansı əməli hərəkət istədiyini hiss edirlər.
Onlar təkcə milyonlarla yoxsulun, acın, evsizin, xəstənin, əzilənin, təqib olunanın halına acımaqla kifayətlənmirlər. Bəhailər Allahın vəziyyəti yaxşılaşdırmaqdan ötrü onlara göstərdiyi yol və vasitələrdən ibarət biliklərlə xoşbəxtdirlər. Onlar hiss edirlər ki, bu prosesə pozitiv kömək göstərə bilərlər.
Əgər biz Allahı seviriksə və Onun təliminin arxasınca getmək istəyiriksə, gərək başqa insanlara xidmət edək. Həzrət Bəhaullah bu cür xidmətə böyük əhəmiyyət verir. Əgər bizim niyyətimiz saf, qərəzsiz və Allaha olan məhəbbətə əsaslanırsa, bəşəriyyətə xidmət üçün etdiyimiz hərəkətlər ibadətə, Allaha etiqad və Onunla birliyə çevriləcəkdir.
Həzrət Bəhaullah öyrədir ki, insanlar öz gündəlik əməklərinə də Allaha xidmət kimi baxmalıdırlar. İnsan əmək üçün yaranmamışdır, əksinə əmək onun üçün yaranmışdır. Fəaliyyət insanı ucaltmaqdan, nəcibləşdirməkdən ötrüdür, onu alçaltmaqdan ötrü deyildir. Bütün insanlar əsaslı əmək hüququna malikdirlər. Hər kəs öz əllərinin və beyninin köməkliyi ilə özünə çörək pulu qazanmalıdır. İş ağır mükəlləfiyyətə və ya ağır borca çevrilməməlidir, bəşəriyyətə xidmət ruhunda görülmüş istənilən iş – Allaha ibadətdir.
Dostları ilə paylaş: |