Partiyalara və siyasətçilərə münasibət. Şövqi Əfəndi buyurur:
“Biz söz və əməlimizlə bütün siyasi partiyalarla münasibətdə tam bitərəfliyimizi sübut etməli və eyni zamanda, ölkə və xalqlara fərq qoymadan bütün bəşəriyyətə məhəbbət bəsləməliyik – Həzrət Bəhaullahın ən nəcib təlimi budur...”98.
Uca Ədalət Evi buyurur:
“Bəhailər cəmiyyətin bütün təbəqələrindən olan insanlarla – ali hakimiyyət nümayəndələri və dövlət liderləri ilə, eləcə də sadə xalqla, Dinimiz haqqında biliyi hamıya və hər kəsə çatdıraraq, ünsiyyət edə bilər və etməlidir, lakin bu zaman biz yol verməməliyik ki, onu siyasi məqsədlərlə və partiya proqramları ilə eyniləşdirsinlər”99.
Dostları ilə paylaş: |