Beynəlxalq Təbliğ Mərkəzi Uca Ədalət Evi 1973-cü ilin iyununda daha bir təsisatın yaradıldığını elan edir. Haqqında Bəhai Yazılarında öncədən yazılmış bu orqan Allah Əmrinin Əllərindən, üç Müşavirdən ibarət olmalı və başqa işlərlə yanaşı aşağıdakı səlahiyətləri də daşımalı idi:
“Müşavirlərin Qitə Kollegiyasının fəaliyyətini əlaqələndirmək, şövqləndirmək və istiqamətləndirmək, onlarla Uca Ədalət Evi arasında birləşdirici həlqə kimi fəaliyyət göstərmək;
Bütün qitələrdəki işlərdən tam xəbərdar olmaq və bu informasiya əsasında Uca Ədalət Evi üçün hesabatlar tərtib etmək və həmçinin Müşavirlərin Qitə Kollegiyasına məsləhətlər vermək;
Dini təlimlə bağlı işləri yeni ərazilərə, onu qəbul etməyə və ya ona ehtiyacı olanlara, həm bəhai, həm də qeyri-bəhailər arasında yaymaq üçün daim hazır vəziyyətində olmaq”56.