Milli Ruhani Məhfillər
Həzrət Əbdül-Bəha Özünün Ruhani Vəsiyyətnaməsində Uca Ədalət Evinə seçkiləri təsvir edərkən “ikinci Ruhani Məhfillərin” adını çəkmişdir. Əmrin mühafizi 1923-cü ildə bir sıra ölkələri özlərində Milli Ruhani Məhfillər təşkil etməyə çağırmışdır. Onun məktubunda deyilir:
“Milli Məhfillərin bilavasitə məqsədi – dostların və Yerli Məhfillərin çoxtərəfli fəaliyyətini daim xüsusi müzakirələr vasitəsi ilə şövqləndirmək, birləşdirmək və əlaqələndirməkdir; bundan başqa, Müqəddəs Torpaqla sıx və daim əlaqəyə girmək vasitəsilə həmin ölkədə Əmrin işlərinə ümumi rəhbərliyi həyata keçirməkdir.
Milli Məhfil birincidən az əhəmiyyətli olmayan başqa məqsədə də xidmət edir. Belə ki, vaxtı gələndə o Milli Ədalət Evinə çevrilməlidir… Vəsiyyətnamənin aşkar mətninə uyğun olaraq o, başqa ölkələrin Milli Ruhani Məhfillərilə birgə Uca Ədalət Evinin, hərəkatın işlərinə rəhbərlik edəcək, onları bütün dünyada təşkil edəcək və birləşdirəcək o Ali Toplantının üzvlərini müstəqil seçkilər vasitəsilə seçkisini həyata keçirəcəkdir”60.
Sonrakı illər dünyada çoxlu Milli Ruhani Məhfillər yaranır. Mühafizin rəhbərliyi altında onların funksiyası aydınlaşmaqda, fəaliyyətləri isə güc və nüfuz toplamaqda idi. Hazırda planetimizdə 183 Milli Ruhani Məhfil fəaliyyət göstərir.
Milli Ruhani Məhfillər Rizvan Bayramı vaxtı (aprelin 21-dən mayın 2-ə kimi) Milli Qurultaya toplanmış nümayəndələr tərəfindən seçilirlər. Qurultayın üç əsas vəzifəsi vardır: keçən ilki Milli Ruhani Məhfilin hesabatını qəbul etmək; Milli Məhfilin yeni tərkibini seçmək; nəhayət, yeni seçilmiş üzvlərin iştirakı ilə müzakirələr aparmaq.
Milli və Yerli Məhfillər elə ilk toplantılarında doqquz nəfərdən ibarət olan üzvləri arasından səs çoxluğu ilə sədr, sədr müavini, katib və xəzinədar seçirlər. Bu və ya digər vəzifəyə seçilmiş Məhfil üzvi Milli Ruhani Məhfilin ona verdiyi səlahiyyətlərdən başqa səlahiyyətlərə malik deyildir.
Dostları ilə paylaş: |