Müqəddəs Yazıların səhər və axşam oxunması. Həzrət Bəhaullah bəhailərə hər günün başlanğıcında və sonunda Müqədəs Yazıları oxuyub onlar üzərində düşünməkdən ötrü bir qədər vaxt ayırmağı məsləhət görmüşdür. Bu məşğələlərdə məqsəd – zehnimizi yormadan onu təzələməkdir. Həzrət Bəhaullah buyurur ki, Müqəddəs Yazıları uzun-uzadı başdan- sovdu oxumaqdansa, kiçik parçanı sevinc və həvəslə oxumaq daha faydalıdır.
Oruc. Hər il mart ayının 2-dən 20-dək, on doqquz gün ərzində, günçıxandan günbatana qədər olan müddət ərzində bəhailər yemək və içməkdən özlərini saxlayaraq oruc tuturlar. On beş yaşına qədər olan uşaqlar və yaşı yetmişi keçmiş yaşlılar, xəstələr, hamilə qadınlar və uşaq əmizdirən analar, səfərdə olanlar və ağır fiziki əməklə məşğul olan şəxslər oruc tutmaqdan azaddırlar.
Oruc – insanın ruhani yeniləşməsinə köməkdir. Bu müddət ərzində bəhailər il ərzində topladıqları ziyanlı vərdişlərdən azad olmaqdan ötrü ən ciddi cəhdlər göstərirlər. Oruc tutmaqda məqsəd insanı Allaha yaxınlaşdırmaqdır. Həzrət Bəhaullah buyurur:
“Namaz və Orucdan bərk yapışın. Həqiqətən, Allahın dini səmaya bənzər; oruc onun Günəşi, namaz isə onun ayıdır. Əslində, onlar dinin sütunlarıdır ki, onların sayəsində möminlər Allahın qanunlarını pozanlardan ayrılmışdır”80...
Dostları ilə paylaş: |