Siyasətə münasibət. Şövqi Əfəndi buyurur: “Bizim heç birimiz – nə ağlımız, nə ürəyimiz, nə sözümüz, nə də əməlimizlə dövlət və hökumətlərin siyasət və mübahisələrində iştirak etməməliyik. Biz bu haqda hətta fikirləşməməliyik... Qoy onlar öz dövlətlərinin siyasi səylərindən, hökumətlərinin siyasətindən, partiya və qrupların plan və proqramlarından kənar olsunlar, onları nə sözlə, nə də əməllə müdafiə etsinlər”94.
Bəhailərin siyasi qarşıdurmaya münasibəti.Şövqi Əfəndi buyurur: “Cəmiyyətdə siyasi qarşıdurmalar baş verəndə onlar heç kimi ittiham etməməli və ya kiminsə tərəfini tutmamalı, kiminsə proqramını müdafiə etməməli və ya hansısa bloka qoşulmamalıdırlar, çünki bütün bunlar bəhailərin yaratmalı və möhkələndirməli olduqları Ümumdünya Qardaşlığının ali maraqlarına ziddir”95.