Baki 2005 Bəhai Dini: Bakı, 2005. – 160 səh


Hakimiyyət orqanlarına tabe olmağın zəruriliyi



Yüklə 1,03 Mb.
səhifə69/71
tarix01.01.2022
ölçüsü1,03 Mb.
#105880
1   ...   63   64   65   66   67   68   69   70   71
Hakimiyyət orqanlarına tabe olmağın zəruriliyi. Şövqi Əfəndi buyurur:

Onların vəzifəsi – öz hökumətinə, onların apardığı siyasətdən asılı olmayaraq, həmişə tam loyal münasibət göstərməkdir...



Bəhainin mövqeyi ikitərəfli olmalıdır: yaşadığı ölkənin hakimiyyət orqanlarına tamamilə tabe olmaq və siyasi məsələlərə və işlərə qarışmamaq”101.

Uca Ədalət Evi Həzrət Bəhaullahın və həzrət Əbdül-Bəhanın sözlərinə əsaslanaraq yazır:

Elə həmin Həkim öz ardıcıllarına, tək həqiqi Allahın sevimli övladlarına müraciət edərək yazırdı: Bu dünyanın qayğılarına və onda olan heç bir şeyə uymayın və onun dünyəvi hakimlərinin işlərinə qarışmayın. Tək həqiqi Allah – qoy şöhrəti göylərə ucalsın – dünyaya hökmranlığı padşahlara vermişdir. Heç kimə hakimiyyət başında duranların ölçülüb-biçilmiş müha­kimələrinin əksinə çıxmaq hüququ verilməmişdir.

Başqa bir Lövhdə möminlərin üzərinə öz ölkələrinin höku­mətləri ilə münasibətdə sədaqətli, vicdanlı və səmimi olmaq vəzifəsini qoyur. Həzrət Əbdül-Bəha həmin prinsipləri yenidən təsdiq edir. Amerikada möminlərin qarşısında çıxış edərək O deyirdi: “Bəhai Dininə görə sosial quruluşun və iqtisadi şəraitin yaxşılaşması üçün hakimiyyət orqanlarının qoyduğu qanun və prinsiplərə əməl etmək zəruridir.

Və nəhayət, Onun Vəsiyyətnaməsində buyrulur: “Biz öz ölkəmizin hökumətinə tabe olmalı və onun xeyirxahları kimi çıxış etməliyik”102...


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin