Baki 2005 Bəhai Dini: Bakı, 2005. – 160 səh


Bəhailər və cəmiyyətin rifahı



Yüklə 1,03 Mb.
səhifə70/71
tarix01.01.2022
ölçüsü1,03 Mb.
#105880
1   ...   63   64   65   66   67   68   69   70   71
Bəhailər və cəmiyyətin rifahı. Şövqi Əfəndi yazır:

Tamamilə aydın anlamaq lazımdır ki, bəhailərin mövqeyi heç vəchlə öz ölkəsinin rifahına laqeyd olmaq deyildir və cüzi də olsa, tanınmış, hakimiyyətdə olan hökumətin nüfuzuna qarşı durmağı nəzərdə tutmur. Nə də ki, o, öz hökumətinin və xalqının ali maraqlarının həyata keçirilməsinə ən fəal şəkildə kömək etməkdən imtina etməyi nəzərdə tutur. Bu mövqe Həzrət Bəhaullahın hər bir həqiqi və sadiq ardıcılının birliyin ali normalarından və Əmrin işinə sədaqətli olmaqdan əl çəkmə­yərək, öz ölkəsinin həyati maraqlarına təmənnasız, vicdanla və səmimiyyətlə xidmət etməsi deməkdir”103.

Uca Ədalət Evi yazır:

Bəhainin öz ölkəsinə məhəbbəti özünü, siyasi partiya­lar­da iştirak etməkdə və ya diplomatik və siyasi fəaliyyətlə məşğul olmaq­da deyil, öz ölkəsinin çiçəklənməsi üçün vicdanlı əmə­yində, dövlət və inzibati-təsərrüfat təsisatlarında işi ilə kömək etməyində göstərməlidir”104.


Bəhai təqvimi
Dünyada çoxlu sayda təqvim sistemi vardır. Ona görə də əgər həqiqi Ümümdünya birliyi məqsəd kimi qarşıya qoyulursa, vaxtın ölçülməsinin hamı tərəfindən tanınan vahid sistemi qəbul edilməlidir. Bəhailərin həyatında fərqli cəhətlərdən biri də onların Həzrət Babın vaxtilə gətirdiyi təqvimə bağlılıqlarıdır. Bəhai icmalarında bu təqvimdən istifadə olunur. Bu təqvim özündə vaxtın ölçülməsi və tarixin qoyulması ilə bağlı bəzi yeni prinsipal ideyalar saxlayır. Əsas vahid kimi Günəş ili qəbul edilir. Lakin il Qədim İran və Azərbaycanda olduğu kimi martın 21-İ, yaz bərabərliyi günü başlayır. Yeni ilin birinci günü “Novruz bayramı” adı altında təntənəli şəkildə qeyd edilir. Beləliklə, ilin başlanma anı astronomik əsasa malikdir. Bəhai Erasına gəldikdə isə, onun birinci ili 1844-cü ildən, yəni Həzrət Babın bəyanı ilindən götürülür.

Bəhai təqvimində 19 ay, hər ayda 19 gün vadır. Onlar birlikdə 361 günə bərabər olur.Ona görə də 18-ci və 19-cu ayların arasına (fevralın 26-dan martın 1-ə kimi) “Ha günləri” adlanan günlər əlavə edilmişdir. Novruz bayramı ərəfəsindəki 19-cu ay (martın 2-dən martın 20-də daxil olmaqla) orucluq ayı hesab olunur. Həzrət Bab orucluq ayını Allahın adlarından biri ilə “Əla”, yəni “Ən uca, ən yüksək” adlandırmışdır. Sutkaya gəldikdə isə bəhai günü Günəşin qalxması ilə başlayıb, enməsi ilə sona yetir. Ayların adı aşağıdakılardır:





Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin