Misal.
x3 - 12x + 3=0 (3)
tənliyinin köklərini təkləyin.
Aydındır ki, ƒ(x)= x3 - 12x + 3=0 funksiyası və onun (x)= 3x2 – 12 törəməsi bütün ədəd oxunda kəsilməyəndir. 3x2 – 12=0 tənliyinin x1= - 2 və x2= + 2 kökləri ƒ(x) funksiyasının monotonluq intervallarını təyin edir :
(- ,-2), (-2,+2) və (+2,+ ).
Bu intervalların birincisində, yəni - <x<-2 olduqda (x)>0. Deməli (- ,-2) intervalında ƒ(x) funksiyası artandır. ƒ(x) =- və ƒ(-2)=+19 olduğundan həmin intervalda (3) tənliyinin bir həqiqi x1 kökü vardır. ƒ(-4)= -13<0 və ƒ(-3)=+12 >0 olduğundan x1 kökünü təkləyən parça olaraq [-4,-3] parçası götürmək olar.
İkinci intervalda, yəni -2<x<2 olduqda (x)<0 olur. Buna görə də [-2,2] parçasında ƒ(x) azalandır. ƒ(-2)= +19>0 və ƒ(+2)= -13<0 olduğundan (3) tənliyinin [-2,2] parçasında yerləşən bir x2 kökü vardır. Bu kökü təkləyən parça olaraq [0,1] parçasını (ƒ(0)= +3>0, ƒ(1)= -8<0) götürmək olar.
Üçüncü (+2,+ ) intervalında isə (x)>0 olduğundan həmin intervalda y=ƒ(x) artan funksiyadır. Həmin intervalda (3) tənliyinin x3 həqiqi kökü vardır. Bu kökü təkləyən parça olaraq [3,4] parçasını (ƒ(3)= -6<0, ƒ(4)= 19>0) götürmək olar.
(şəkil 3).
0>0>2>0>
Dostları ilə paylaş: |