BAKI DÖVLƏT UNİVERSİTETİNİN MAGİSTRATURA PİLLƏSİNƏ QƏBUL OLUNMUŞ BAKALAVRLARIN ONLAYN QEYDİYYATI İLƏ BAĞLI SƏNƏDLƏRİN HAZIRLANMASINA DAİR TƏLİMAT
Sənədlərin hazırlanmasına dair tələblər:
1.1 Ərizə endirilərək çap olunur, əl ilə doldurularaq imzalanır, səliqəli şəkildə skaner olunaraq göndərilir (Nümunəyə bax, s. 5);
1.2 Şəxsiyyət vəsiqəsinin hər iki üzü skaner olunaraq bir faylda göndərilir.
1.3 Əvvəlki illərin məzunları Diplomun surətini onaron şəklində göndərir.
DİQQƏT! Cari ilin BDU məzunları üçün ali məktəbi bitirmə haqqında arayış magistrantların uyğun fakültələrə onlayn müraciəti əsasında hazırlanaraq universitet tərəfindən sənədlər sırasına daxil edilir. Digər ali təhsil müəssisələrini bitirib, BDU-nun magistraturasına qəbul olmuş bakalavrlar isə bitirdikləri ali məktəblərin verdiyi arayışı skaner olunmuş şəkildə digər sənədlərlə birlikdə göndərməlidirlər.