Baki şƏHƏr məDƏNİYYƏt və turizm baş İdarəSİ yasamal rayon məRKƏZLƏŞDİRİLMİŞ Kİtabxana sistemi



Yüklə 0,95 Mb.
tarix26.05.2018
ölçüsü0,95 Mb.
#51692

BAKI ŞƏHƏR MƏDƏNİYYƏT VƏ TURİZM BAŞ İDARƏSİ
YASAMAL RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ


(Həsən Turabovun 80 illik yubleyinə həsr olunur)

e:\hesenaga_turabov_001.jpg

Hazırladı: Aysel İsmayılova vә Tәranә Heydәrova

 

BAKI-2018



Hәsәn Turabovun 80 illik yubileyinin keçirilmәsi haqqında Azәrbaycan Respublikası Prezidentinin Sәrәncamı

2018-ci ilin mart ayında Azәrbaycan teatr vә kino sәnәtinin görkәmli nümayәndәsi, Respublika Dövlәt mükafatları laureatı, Xalq artisti Hәsәn Sәttar oğlu Turabovun anadan olmasının 80-ci ildönümü tamam olur. Azәrbaycanın çoxәsrlik zәngin mәdәni әnәnәlәrindәn lazımınca bәhrәlәnәn Hәsәn Turabov fitri istedadının verdiyi imkanlar sayәsindә sәhnәyә yeniliklәr gәtirmәklә özünәmәxsus üslubunu yaratmış vә milli mәdәniyyәt salnamәsinә parlaq sәhifәlәr yazmışdır. Sәnәtkarın çoxsaylı tamaşalarda vә ekran әsәrlәrindә böyük ustalıqla canlandırdığı mürәkkәb xarakterli, müxtәlif dünyagörüşlü obrazlar ölkә teatrı tarixinin vә kinematoqrafiyasının nailiyyәtlәri sırasında hәmişәlik yer tutmuş qiymәtli sәnәt incilәridir. Azәrbaycan Respublikası Konstitusiyasının 109-cu maddәsinin 32-ci bәndini rәhbәr tutaraq vә milli mәdәniyyәtin inkişafında tәqdirәlayiq xidmәtlәrini nәzәrә alaraq, görkәmli sәnәtkar Hәsәn Turabovun 80 illiyinin qeyd olunmasını tәmin etmәk mәqsәdi ilә qәrara alıram:

1. Azәrbaycan Respublikasının Mәdәniyyәt vә Turizm Nazirliyi Xalq artisti Hәsәn Turabovun 80 illik yubileyinә hәsr olunmuş tәdbirlәr planını hazırlayıb hәyata keçirsin.

2. Azәrbaycan Respublikasının Nazirlәr Kabineti bu Sәrәncamdan irәli gәlәn mәsәlәlәri hәll etsin.

İlham Әliyev

Azәrbaycan Respublikasının Prezidenti

Bakı şәhәri, 6 mart 2018-ci il.

Həsənağa Turabov



Mündəricat

  • 1Həyatı

    • 1.1Səhnə fəaliyyəti

    • 1.2Kino fəaliyyəti

    • 1.3Pedaqoji fəaliyyəti

  • Mükafatları və fəxri adları

  • Filmoqrafiya

  • İstinadlar

  • Mənbə



həsənağa turabov.jpg

Həyatı

Həsənağa Turabov 1938-ci il martın 24-də Bakı şəhərində anadan olub. 31 saylı orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. 1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib. Onun rəhbərliyi dövründə teatr əsaslı təmir edilmiş, neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulmuşdur.

2003-cü ildə vəfat etmişdir. "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.

Səhnə fəaliyyəti[

Səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilib, Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolları ifa edib. Ağasadıq Gəraybəyliİsmayıl Dağıstanlıİsmayıl OsmanlıMehdi MəmmədovAdil İsgəndərov və neçə-neçə başqa sənətkarlarla tərəf-müqabil olub. Səhnədə yaratdığı rollar arasında Vahid ("Kəndçi qızı"), Azər ("Yaxşı adam"), Hamlet ("Hamlet"), Lionel ("Orman qızı"), İsgəndər ("Ölülər") Xəyyam ("Xəyyam") xüsusilə seçilir.



Kino fəaliyyəti

Həsənağa Turabov bir sıra bədii filmlərdə, o cümlədən, televiziya filmlərində maraqlı və yaddaqalan surətlər yaradıb.[3] "Yeddi oğul istərəm" filmindəki Gəray bəy obrazı onun ən yaddaqalan rollarındandır. Onun digər bir yaddaqalan rolu "Babək" filmində yaratdığı Afşin roludur. Həsən Turabovun "Axırıncı aşırım""Çarvadarların izi ilə""Ürək... Ürək...""Sevinc buxtası""Dantenin yubileyi""Qəm pəncərəsi""Bəyin oğurlanması" və başqa filmlərdəki rolları da öz ifa tərzilə seçilir. "Qanlı zəmi" filminin isə rejissoru olmuşdur. Onun son çəkildiyi filmlər isə Rüstəm İbrahimbəyovla Ramiz Həsənoğlunun "Ailə" və Eldar Quliyevin "Nə gözəldir bu dünya..." filmləri olmuşdu.



Pedaqoji fəaliyyəti

Həsən Turabovun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi pedaqoji fəaliyyəti də səmərəli olub. O, zəngin təcrübəsinə əsaslanaraq, gənclərin bu nəcib, eyni zamanda mürəkkəb sənətin incəliklərinə yiyələnməsi və Azərbaycan teatrının ənənələrini davam etdirə biləcək sənətkarların yetişdirilməsi işində əlindən gələni edib.



Mükafatları və fəxri adları

  • Azərbaycan SSR əməkdar artisti — 29.04.1971

  • Azərbaycan SSR Dövlət mükafatı laureatı — 1972

Filmoqrafiya

c:\users\informasiya\appdata\local\microsoft\windows\inetcache\content.word\без названия (3).jpg



e:\images (1).jpg e:\без названия (7).jpg

  1. Qara daşlar (film, 1956) aktyor - Hüseyn (tammetrajlı bədii film)

  2. Əmək və qızılgül (film, 1962) film səsləndirən - milis işçisi (tammetrajlı bədii film)

  3. Telefonçu qız (film, 1962) aktyor - Hüseyn (tammetrajlı bədii film)

  4. Əhməd haradadır? (film, 1963) film səsləndirən - Əhməd (Səyavuş Şəfiyev) (tammetrajlı bədii film)

  5. Möcüzələr adası (film, 1963) film səsləndirən - Kamran (Oleq Xabalov) (tammetrajlı bədii film)

  6. Romeo mənim qonşumdur (film, 1963) film səsləndirən - Səməd (Səyavuş Aslan) (tammetrajlı bədii film)

  7. Cazibə qüvvəsi (film, 1964) film səsləndirən - Teymur (Xəyal Axundzadə) (qısametrajlı bədii film)

  8. Ulduz (film, 1964) film səsləndirən - Şubay (Səyavuş Aslan) (tammetrajlı bədii film)

  9. Zirvə (film, 1964) film səsləndirən - Saşa (B. Levkoviç) (qısametrajlı bədii film)

  10. Arşın mal alan (film, 1965) film səsləndirən - Süleyman (Hacımurad Yegizarov) (tammetrajlı bədii film)

  11. Yenilməz batalyon (film, 1965)

  12. Yun şal (film, 1965)

  13. İstintaq davam edir (film, 1966) aktyor - Quliyev (tammetrajlı bədii film)

  14. İyirmialtılar (film, 1966)

  15. Qaraca qız (film, 1966) film səsləndirən - Yusif (Oleq Xabalov) (qısametrajlı bədii film)

  16. Sən niyə susursan? (film, 1966) film səsləndirən - milis mayoru (tammetrajlı bədii film)

  17. Yaşamaq gözəldir, qardaşım! (film, 1966)

  18. Dağlarda döyüş (film, 1967) film səsləndirən - sərhədçi (tammetrajlı bədii film)

  19. Əzim Əzimzadə (film, 1967)

  20. İnsan məskən salır (film, 1967) film səsləndirən (tammetrajlı bədii film)

  21. Mən ki gözəl deyildim (film, 1968) film səsləndirən - Çingiz (Eldar Əliyev) (tammetrajlı bədii film)

  22. Bir cənub şəhərində (film, 1969) film səsləndirən - Cahangir (Hacımurad Yegizarov) (tammetrajlı bədii film)

  23. Bizim Cəbiş müəllim (film, 1969) film səsləndirən - Əsgər (tammetrajlı bədii film)

  24. Dəli Kür (film, 1969)film səsləndirən - Çernyayevski (Vyaçeslav Kovalkov) (tammetrajlı bədii film)

  25. O qızı tapın (film, 1970) film səsləndirən - Xosrov (Hacımurad Yegizarov) (tammetrajlı bədii film)

  26. Sevil (film, 1970) aktyor - Rüstəmov (tammetrajlı bədii film)

  27. Yeddi oğul istərəm... (film, 1970) aktyor - Gəray bəy (tammetrajlı bədii film)

  28. Axırıncı aşırım (film, 1971) aktyor - Xəlil (tammetrajlı bədii film)

  29. Çay daşının göz yaşı... (film, 1971)

  30. Ən vacib müsahibə (film, 1971) film səsləndirən - Zaur (Hacımurad Yegizarov) (tammetrajlı bədii film)

  31. Gün keçdi (film, 1971) film səsləndirən - Oqtay (Həsən Məmmədov); aktyor - Oqtayın iş yoldaşı (tammetrajlı bədii film)

  32. Nəsimi (film, 1971)

  33. Qızıl qaz (film, 1972)aktyor - Fazilov (tammetrajlı bədii film)

  34. Xatirələr sahili (film, 1972) aktyor - Kamran (tammetrajlı bədii film)

  35. Skripkanın sərgüzəşti (film, 1972) aktyor - Ştandartanfürer (tammetrajlı bədii film)

  36. Var olun, qızlar... (film, 1972) aktyor - Şəmsi (tammetrajlı bədii film)

  37. Yollar (film, 1972)

  38. Ömrün ilk saatı (film, 1973) aktyor - Mehdi (tammetrajlı bədii film)

  39. Səmt küləyi (film, 1973) aktyor - Biçeraxov (tammetrajlı bədii film)

  40. Bakıda küləklər əsir (film, 1974)

  41. Çarvadarların izi ilə (film, 1974) aktyor - Adil (tammetrajlı bədii film)

  42. Qatır Məmməd (film, 1974) aktyor - Səlimov (tammetrajlı bədii film)

  43. Dörd bazar günü (film, 1975) aktyor - Nicat (tammetrajlı bədii film)

  44. Fransa qəhrəmanı (film, 1975)

  45. Tütək səsi (film, 1975) kadrarxası mətni oxuyan (tammetrajlı bədii film)

  46. Çətirimiz buludlardır (film, 1976) aktyor - sədr (tammetrajlı bədii film)

  47. Dərviş Parisi partladır (film, 1976) aktyor - Rəşid bəy (tammetrajlı bədii film)

  48. Ürək... Ürək... (film, 1976) aktyor - Murad (tammetrajlı bədii film)

  49. De ki, məni sevirsən! (film, 1977) film səsləndirən - rayon prokuroru (Oqtay Mirqasımov) (tammetrajlı bədii film)

  50. Qərib cinlər diyarında (film, 1977) kadrarxası mətni oxuyan (tammetrajlı bədii film)

  51. Sevinc buxtası (film, 1977) aktyor - Əlizadə (tammetrajlı bədii film)

  52. Bayquş gələndə... (film, 1978) aktyor - Rəşid (tammetrajlı bədii film)

  53. Dantenin yubileyi (film, 1978) aktyor - Kəbirlinski (tammetrajlı bədii film)

  54. Od içində (film, 1978) film səsləndirən - Xoşev (Muxtar Maniyev) (tammetrajlı bədii film)

  55. Alov (film, 1979) (tammetrajlı televiziya tamaşası)

  56. Babək (film, 1979) aktyor - Afşin (tammetrajlı bədii film)

  57. İstintaq (film, 1979) aktyor - General (tammetrajlı bədii film)

  58. Qəribə adam (film, 1979) aktyor - Arif (tammetrajlı bədii film)

  59. Mən mahnı qoşuram (film, 1979) aktyor - Xudayar (tammetrajlı bədii film)

  60. Qızıl uçurum (film, 1980) aktyor - Usta Bağır (tammetrajlı bədii film)

  61. Anlamaq istəyirəm (film, 1980) aktyor - Həsən (tammetrajlı bədii film)

  62. Buxarlanan vədlər (film, 1980)

  63. Gözlə məni (film, 1980) aktyor - Böyük bəyfilm səsləndirən - Çekist (tammetrajlı bədii film)

  64. Xeyir və Şər (film, 1980)

  65. Onun bəlalı sevgisi (film, 1980) film səsləndirən - Sabirov (Tofiq Mirzəyev) (tammetrajlı bədii film)

  66. Yeganə çıxış yolu (film, 1980)

  67. Əlavə iz (film, 1981) aktyor - Əli (tammetrajlı bədii film)

  68. Qorxma, mən səninləyəm (film, 1981) aktyor - Cəfər (tammetrajlı bədii film)

  69. Üzeyir ömrü (film, 1981) film səsləndirən - aparıcı (Tofiq Mirzəyev) (tammetrajlı bədii film)

  70. Yalançını evinəcən qovarlar (film, 1981)

  71. İşgüzar səfər (film, 1982) film səsləndirən - dəfndəki adam (tammetrajlı bədii film)

  72. Qaladan tapılan mücrü (film, 1982) aktyor - "Qəyyum" (tammetrajlı bədii film)

  73. Nizami (film, 1982) aktyor - Müzəffəri (tammetrajlı bədii film)

  74. Sübut (film, 1982)

  75. İlıq dənizdə buz parçası (film, 1983) aktyor - təqaüdçü (tammetrajlı bədii film)

  76. Park (film, 1984) aktyor - mədən müdiri (tammetrajlı bədii film)

  77. Gümüşgöl əfsanəsi (film, 1984) aktyor - Ağazəki (tammetrajlı bədii film)

  78. Qoca palıdın nağılı (film, 1984) aktyor - Nurcabbar (tammetrajlı bədii film)

  79. Tənha narın nağılı (film, 1984) quruluşçu rejissoraktyor - Əli (tammetrajlı bədii film)

  80. Dayan, doldurum (film, 1985)

  81. Əbədi mühərrik (film, 1985)

  82. Qanlı zəmi (film, 1985) quruluşçu rejissoraktyor - Nəbi (tammetrajlı bədii film)

  83. Məsələ yerdə deyil... (film, 1985)

  84. Sizi dünyalar qədər sevirdim (film, 1985) - kadrarxası mətni oxuyan (tammetrajlı bədii film)

  85. Soyuq münasibət (film, 1985)

  86. Bəyin oğurlanması (film, 1985) aktyor - Əsəd (tammetrajlı bədii film)

  87. Hərc-mərclik (film, 1986)

  88. İşarəni dənizdən gözləyin (film, 1986) aktyor - baş nazir (tammetrajlı bədii film)

  89. Qəm pəncərəsi (film, 1986) aktyor - Mirzə Cəlil və Cəlilin atası (tammetrajlı bədii film)

  90. Nəticə (film, 1986) (I)

  91. Özbaşınalıq (film, 1986)

  92. Şəhərli biçinçilər (film, 1986) aktyor - Səlim (tammetrajlı bədii film)

  93. Özgə ömür (film, 1987) film səsləndirən - Fariz Əmiroviç Rzayev (Aleksandr Kalyagin) (tammetrajlı bədii film)

  94. Gənc qadının kişisi (film, 1988) aktyor - Rauf (tammetrajlı bədii film)

  95. Yaramaz (film, 1988) aktyor - Qəzənfər (tammetrajlı bədii film)

  96. Doğma sahillər (film, 1989) film səsləndirən - Yaşlı əcnəbi (Algimantas Masyulis) (tammetrajlı bədii film)

  97. Gecə qatarında qətl (film, 1990) aktyor - Nağıyev (tammetrajlı bədii film)

  98. Girişmə, öldürər! (film, 1990) aktyor - Həsən (tammetrajlı bədii film)

  99. Şahid qız (film, 1990) aktyor - Polkovnik (tammetrajlı bədii film)

  100. Nakəs (film, 1991) aktyor (tammetrajlı bədii film)

  101. Təhminə (film, 1993) aktyor - Dadaş (tammetrajlı bədii film)

  102. Sən həmişə bizimləsən (film, 1997)

  103. Ailə (film, 1998) aktyor - İsmayıl (tammetrajlı bədii film)

  104. Həsən Əbluc (film, 1999)

  105. Nə gözəldir bu dünya... (film, 1999) aktyor - müstəntiq (tammetrajlı bədii film)

  106. Bizim qəribə taleyimiz (film, 2005)

  107. Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)

  108. Papaq (film, 2007)

Haqqında məqalələre:\maxresdefault.jpg

Oğul dərdinə yenilən əfsanə - Həsənağa Turabov haqda bilmədikləriniz

Həsənağa Turabov. Yəqin ki, bu ad və soyad bəs edir ki, tamaşaçı onun kinoda və teatrda oynadığı yüzlərlə obrazı xatırlasın. Amma bu yazıda sənətkarın obrazlarından daha çox, faciəli həyatı barədə danışacağıq.
 

Qəhrəmanımız 1938-ci il aprelin 24-də Bakıda dünyaya göz açıb. Əslən Cənubi Azərbaycandan idi. Bakının "Zərgərpalan" adlanan məhəlləsində böyüyən gələcəyin sənətkarı 1955-ci ildə daxil olduğu Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsini 1960-cı ildə bitirir. Mehdi Məmmədovun kursunda təhsil alan Həsənağa ali məktəbi bitirdiyi ildən Akademik Milli Dram Teatrında işə başlayır. Teatrda işlədiyi son on dörd ili (1987-2001) isə bu mədəniyyət ocağına rəhbərlik edir.


Deyilənə görə, H.Turabov tələbəlik illərində elə də parlaq gələcək vəd etmirmiş. Düzdür, "Azdrama"da müxtəlif rollar oynayıbmış. Amma onu yaşıdları olan digər gənc aktyorlardan heç nə fərqləndirmirdi. Ələsgər Ələkbərov, Hökumə Qurbanova, Möhsün Sənani, Ələsgər Ələkbərov, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı, Ağadadaş Qurbanov, Leyla Bədirbəyli kimi sənətkarlarla çiyin-çiyinə çalışdıqca Turabovun daxilindəki böyük potensial üzə çıxmağa başlayır.


 

Turabovun yaradıcılığının ən məhsuldar dövrü isə Tofiq Kazımovun "Azdrama"nın baş rejissoru olduğu illərə təsadüf edir. Daha rejissor teatrın, demək olar ki, bütün repertuarını onun üzərində qurur.


 

1987-ci ildə isə qeyd etdiyimiz kimi, böyük aktyor uzun illər işlədiyi Akademik Milli Dram Teatrının direktoru seçilir. Direktor seçiləndən sonra daha çox inzibati işlərlə məşğul olur və əksər rollarını güvəndiyi gənc həmkarlarına "bağışlayır".


 

Çoxları onu həddən artıq əzazil, rəhmsiz biri kimi təsəvvür edirlər. Əslində isə o, göründüyü kimi deyilmiş. Sadəcə, nizam-intizamı çox sevirmiş və öz işində də yetərincə məsuliyyətliymiş. Akademik Milli Dram Teatrının tanınmış aktyoru, əməkdar artist Füzuli Hüseynov Həsənağa Turabov barədə xatirələrini danışır. Deyir ki, onunla ilk tanışlığı təhsil aldığı Azərbaycan Dövlət İncəsənət İnstitutunun bufetində olub. Turabov bufetdən siqaret almaq istəyirmiş, amma xırdası olmayıb. Tələbə Füzuli Hüseynov Turabovun siqaretinin pulunu ödəmək istəyəndə sənətkar buna etiraz edib:

"O, bizdən yuxarı kursa dərs deyirdi. Bufetdə oturmuşduq, bufetə girib siqaret almaq istəyirdi. Bufetçi dedi ki, Həsən müəllim, xırda pulumuz yoxdur. Mən də nəsə almalıydım. Cibimdən pul çıxartdım, dedim ki, Həsən müəllim, məndə var. Mənə tərəf dönüb dedi ki, "ala, "student" adamsan, puluvu qoy cibivə". Razı olmadı və dönüb getdi. Onunla ilk tanışlığımız belə oldu".
 

Füzuli Hüseynov ikinci dəfə Həsənağa Turabovla qarşılaşmasını belə xatırlayır:

"1985-ci ildə ali məktəbi yenicə bitirmişdim, "Bəyin oğurlanması" filminə dəvət olundum və orada çəkildik. Hərbi xidmətdən qayıdandan sonra isə Akademik Milli Dram Teatrında işə başladım. Həsən Turabov yeganə adam idi ki, seçki yoluyla Akademik Milli Dram Teatrına direktor seçildi. O, teatrın qapısından içəri girəndə Səyavuş Aslandan tutmuş, ən cavan aktyorlara, texniki işçilərədək hər kəs özünü yığışdırırdı. O, sonuncu belə direktor idi. Amma eyni zamanda uşaq kimi ürəyi vardı".
 

Həmsöhbətim deyir ki, əslində, Turabov nə cüssəli, nə boy-buxunlu biri idi. Amma çox qəribə xarizması və cəlbediciliyi var idi:

"Aktyorları inzibati metodlarla cəzalandırmaqdan ümumiyyətlə qaçırdı. Deyim ki, çox vaxt ona düzgün informasiya vermirdilər. Bir baxışıyla hər şeyi yerbəyer edirdi. Bəli, o, cüssəli insan deyildi, balacaboy idi. Amma "Azdrama"nın səhnəsinin qəribə möcüzəsi var. Burada hər adam parlaya bilmir. Çox cüssəli aktyorlar olub ki, heç biri görünməyib. Turabov isə o balaca boyu ilə sanki səhnəni doldururdu. Həddən artıq cəlbedici aktyor idi, zalda canlanma yaratmağı bacarırdı. Bu, hər aktyora nəsib olmur".
 

F.Hüseynovun sözlərinə görə, Həsənağa Turabov nə qədər xarizmatik, zəhmli insan olsa da, bəzən ona verilən yalan məlumatlara inanırmış:


 

"Onun yan-yörəsində lazımsız insanlar olurdu. Bir az da sözə tez inanan idi və düşünürəm ki, bu, Turabovun ən zəif cəhətiydi. Ona səhv məlumat verirdilər, hirslənirdi. Məsələn, kimsə məndən nəsə deyirdi. Kabinetinə çağırırdı. Qapını döyürdün, "gəl" deyirdi, "otur" demirdi və dərhal "hücuma" keçirdi. Amma izah edəndə ki, əslində, ona çatdırılan xəbərlər doğru deyil, o dəqiqə deyirdi ki, sən Allah, bağışla. Nə qədər təzadlı olsa da, bununla yanaşı, teatrın içini çox yaxşı bilirdi. Yaşar Nurini çox istəyirdi. Neçə dəfə gəlib Yaşardan şikayət etmişdilər. Deməli, bir dəfə Yaşar Nuri teatra içkili halda gəlib, deyilənə görə, yeriyə bilmirmiş. Tez Turabova xəbər veriblər, inanmayıb, deyib ki, ola bilməz. Aparıb göstərəndə deyib ki, ala, o, dəm deyildi, yorulub "prosto". Çox mərd və mövqeyində prinsipial adam idi. Məni teatra özü qəbul etdi və bir cümlə dedi. O sözlər indiyə kimi qulağımdadır. Dedi ki, mən dost olduğumla sonadək dostam, düşmən olduğumla sonadək düşmənəm".

Bir çoxlarına elə gəlir ki, Həsənağa Turabov "Azdrama"nın ondan sonrakı direktoru, mərhum xalq artisti Əlabbas Qədirovla qatı düşmən imiş. Doğrudur, müəyyən məqamlarda bu iki sənətkar arasında söz atışmaları olubmuş, hətta Turabov bir dəfə Qədirovu işdən də çıxardıbmış. Amma sonradan bir qrup aktyorun müraciəti ilə Ə.Qədirov işə bərpa olunur. F.Hüseynovun dediklərindən:

"Əlabbas Qədirov teatra içkili gəldiyinə görə Turabov onu teatrdan uzaqlaşdırmışdı. Sonradan Teatr Xadimləri İttifaqında iclas oldu və bir neçə aktyor Qədirovun işə bərpa olunmasıyla bağlı Turabovdan xahiş etdi. Turabov aktyorların xahişini yerə salmadı. Amma aktyor kimi bəyənmədikləri də çox idi. Üzlərinə deyirdi ki, sən heç aktyor deyilsən. Onlardan bəziləri indi də sağdır".


 

Deyirlər ki, böyük sənətkarlar övladlarının onların yolunu davam etdirməsinə razı olmurlar. Çünki səhnə həyatı kənardan nə qədər cazibədar görünsə də, həddən artıq çətindir, hətta deyərdim ki, məşəqqətlidir. Bəzən səhnədə iki ayrılmaz, sadiq, vəfalı dostu oynayan aktyorlar kulisdə bir-birinə düşmən də kəsilə bilirlər. Nə qədər qəribə olsa da, Turabov övladlarının onun yolunu davam etdirməsinə razılıq veribmiş. Belə ki, onun hər iki oğlu - həm Yalçın, həm də Daşqın Mədəniyyət və İncəsənət Universitetini bitirmişdi. Bəlkə də sənətkar Daşqının gələcəkdə hansı faciə ilə üzləşəcəyini hiss etdiyindən onun aktyor olmasına razı olmuşdu.

Füzuli Hüseynovun fikirlərindən sitat:

"Böyük oğlu Daşqın mənimlə yaşıd idi, Yalçın isə bizdən bir-iki yaş kiçik olardı. Sonradan Daşqın əlavə təhsil aldı və polisdə işləməyə başladı. Təyinatla Siyəzənə göndərildi. Orada balıq mafiyasını zərərsizləşdirəndə güllə dəyib dünyasını dəyişmişdi. Həmin ərəfədə mən Bakıda deyildim. Gələndə baş verənləri eşitdim, girdim kabinetinə. Gördüm ki, çox sınıxıb. Bir balaca zarafat elədi. Ümumiyyətlə, çoxdanışan adam deyildi. Sonra qayıtdı ki, Daşqının məsələsindən xəbərin oldu? Üzünə baxdım ki, lap yumağa dönüb. Dedim, Həsən müəllim, xəbərim var idi, özüm yada salmadım ki, yaranızı təzələməyim. Hiss elədim ki, kiçilir... Dərindən nəfəs aldı və dedi: "Nə isə... Necəsən e?" Heç vaxt kiçilmədi, xırdalanmadı. Şahmat oynamağı da çox xoşlayırdı. Daha çox kinostudiyada oynayırdı. Həmişə Firəngiz Mütəllimovaya simpatiyası olub. Deyirdi ki, Fira, səni çox istəyirəm. Bəziləri Yaşarla Firəngizin münasibətləri barədə danışırlar. Amma mən inanmıram. Onlarda hər şey platonik idi".

Deyilənə görə, YUĞ və Pantomima teatrları da məhz Həsənağa Turabovun səyi nəticəsində yaranıb.
 

Qayıdaq yenidən Əlabbas Qədirovla münasibətlərinə. Turabovdan sonra teatra məhz Qədirov direktor təyin olunur. Turabov isə teatrdan gedir və gününün çox hissəsini Teatr Xadimləri İttifaqında keçirir. İçində Ağa Məhəmməd Şah Qacar oynamaq istəyi varmış sənətkarın, amma bu, ona qismət olmur.

Turabov nə qədər zəhmli olsa da, gənc aktyorlarla dostluq etməyi bacarırmış. Onların problemlərinə biganə qalmazmış. Hətta bir dəfə gənc aktyor Füzuli Hüseynovun mənzil problemiylə bağlı Milli Məclisin sədriylə də görüşüb:
 

"Bir dəfə evlə bağlı problemim var idi. Dedi ki, filan vaxtda olarsan Milli Məclisin qarşısında. Getdik, spikerlə görüşdü. Hər halda, problem həll olunmasa da, o, buna cəhd etdi. Bir dəfə də kimsə 2-3 min pul ayırıbmış ki, bunun haqqında kitab yazılsın. Kitabı yazacaq adamla otağında söhbət edirmişlər. Fəhlələrdən biri gəlib ki, uşağım xəstədir, pul lazımdır. Soruşub, fəhlə də deyib ki, 3 min dollar lazımdır. Çıxardıb pulun hamısını vermişdi fəhləyə. Kitabı yazacaq adam deyib ki, bəs kitab? Deyib, kitab qaçmır ki, əsas uşaqdır. Rəhmətlik Səməndər Rzayevin oğlu Rəşid də çox kömək edirdi. Bir də görürdün ki, cavan aktyorlara 5-10 "şirvan" hörmət elədi. Praktiki onun yanında pul olmurdu. Amma güclü nüfuzu var idi və bir zəngi hər şeyə bəs edirdi".

Sənətkar ömrünün son illərini böyük oğlu Daşqının dərdiylə yaşayır. Kiçik oğlu Yalçın Turabovun dediklərindən:
 

"Atamı Daşqının dərdi öldürdü. Qardaşım polis əməkdaşı idi, cavan yaşında həlak oldu. Tutmaq istədikləri cinayətkarın əlindəki güllə açılıb ona dəymişdi. Atam onu hamıdan çox sevirdi. Onun ölümündən sonra atamın daxilində elə bil nəsə qırıldı. O vaxta qədər sağlamlığından heç vaxt şikayət etməmişdi. Amma bu hadisədən sonra səhhəti kəskin surətdə pisləşməyə başladı. Həkimlər müayinə etdikdən sonra məsləhət gördülər ki, tezliklə əməliyyat olunmalıdır, bir gündən sonra gec ola bilər. Xəstəxanada isə həkimlər əməliyyat etməyi boyunlarına götürmürdülər, deyirdilər, ürəyi çox zəifdir, sağ qalma şansı 5-6 faizdir. Nəhayət, əməliyyat olundu. Həkimlər demişdilər ki, bundan sonra 10 il də yaşaya bilər. Amma heç 4 il də yaşamadı".

Beləliklə, sənətkar 2003-cü il fevralın 23-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişir.

İntiqam Valehoğlu

“Məşhur tələbə yoldaşım”: “Həsənağa Turabovu oğlunun xiffəti öldürdü” - Mərhum xalq artistinin dostu

Modern.az saytının “Məşhur tələbə yoldaşım” rubrikası bu dəfə Azərbaycan teatr və kino tarixində iz qoymuş sənətkar Həsənağa Turabov haqqındadır. “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Qızıl qaz”, “Qatır Məmməd”, “Dərviş Parisi partladır”, “Ürək... Ürək...”, “Dantenin yubileyi”, “Babək”, “İstintaq”, “Mən mahnı qoşuram”, “Qızıl uçurum”, “Anlamaq istəyirəm”, “Gümüşgöl əfsanəsi”, “Qoca palıdın nağılı”, “Qanlı zəmi”, “Bəyin oğurlanması”, “Qəm pəncərəsi”, “Gecə qatarında qətl”, “Təhminə”, “Nə gözəldir bu dünya...” və s. filmlərdə yaddaqalan obrazlar yaratmış aktyor barədə onun tələbə yoldaşı, dostu, aktyor, kinorejissor, ssenarist Əbdül Mahmudov xatirələrini bölüşür.

“Aktyor olmaq üçün gedib o institutda vaxt itirmək lazım deyil”

“Həsənağa Turabov Bakıda Zərgərpalan məhəlləsində doğulub, boya-başa çatıb və orta məktəbi də orada qurtarıb. Orta məktəbi qurtarandan sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə, böyük professor Mehdi Məmmədovun sinfinə daxil olub. Biz Turabovla o teatr mühitində çox yaxınlıq, dostluq etmişik. O məndən 5-6 yaş böyük idi. Onlar institutu qurtaran ili biz qəbul olunmuşuq. O dövr üçün bu teatr, kino mühiti çox dar çərçivədə olan bir məkan idi. İstər teatra, istərsə də instituta kim ayağını qapıdan içəri qoyurdusa, 5-10 gündən sonra hamı bir-biriylə qaynayıb qarışırdı. Çünki oranın qəribə ab-havası var idi. Biz də Həsənağa Turabovla o cür bir-birimizi tanıyırdıq.

Həsənağa Turabov tələbəlik illərində orta səviyyəli bir tələbə olub. O, özü də həmişə danışırdı. Deyirdi, “mən hiss edirdim ki, aktyor olmaq üçün heç gedib o institutda vaxt itirmək lazım deyil”. Çünki Həsən Turabov orada oxuya-oxuya Akademik Milli Dram Teatrında ikinci, üçüncü dərəcəli rollar oynayırdı. Əsas vaxtını teatrdakı işinə sərf etdiyi üçün institutda göz qabağında olan tələbələrdən olmayıb. Bu adam artıq teatrın içində idi, o bilirdi teatr mühiti nədir, aktyor sənəti nədir. Çünki o vaxt teatrda çalışan Mövsüm Sənani, Ələsgər Ələkbərov, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı, Ağaddaş Qurbanov, Hökümə Qurbanova, Leyla Bədirbəyli canlı məktəb idilər. İnsititut heç kəsə istedad vermir, böyük artist etmir, sadəcə savad, diplom verir və imkan yaradır. Sonra hər şey insanın özündən asılıdır.

Bizim rejissor sənətində klassik romantik teatr məktəbi Adil İsgəndərovla başlamışdı. Sonra ikinci mərhələdə həmin bu teatrın müasir realistik teatr məktəbi Tofiq Kazımovla başlamışdı və Həsənağa Turabov da Tofiq Kazımovun ən istəkli aktyorlarından idi. O, bütün repertuarını demək olar ki, Həsənağa Turabovun üstündə qururdu. Realistik teatrımızda realistik aktyor məktəbinin banilərindən biri və birincisi Həsənağa Turabov idi. Hətta klassik əsərlərdə də onun üçün o pafos yad idi. Turabov heç vaxt təbiilikdən, realistik oyun məktəbindən kənara çıxmırdı. Və böyük Tofiq Kazımovun müəllimliyi altında Həsənağa Turabovun gətirdiyi realistik aktyor məktəbinin sonradan davamçıları yetişdi. Bu gün də bir neçə aktyor məktəbi, realistik ifa məktəbi yetişdi ki, onun da başında bütün məsuliyyətimlə deyirəm ki, Həsənağa Turabov dururdu”.

“O vaxt kinostudiyada azərbaycanlılar yox dərəcəsində idi”



“Həsənağa Turabovla yaxın dostluğumuz kinostudiyadan başladı. Biz 1966-cı ildə Mirzağa Əliyev adına Teatr İnstitutunu, dahi sənətkarımız Adil İsgəndərovun sinfini qurtardıq. Bu o vaxta təsadüf etdi ki, Adil İsgəndərov Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına baş direktor təyin olundu. Adil müəllimin də arzusu, bütün milli-mənəvi, vətənpərvərlik ruhlu milli kinomuzu yaratmaq idi. O, milli romantik teatr məktəbinin nəhəng və əvəzolunmaz banilərindən idi. Adil müəllim həmin ab-havanı kinostudiyaya gətirirdi. Təbii ki, bundan ötrü kinostudiyaya müasir ruhlu, dili, mənəviyyatı, əxlaqı, adət-ənənəni, mədəniyyətimizi, tariximizi bilən təpədən dırnağa kimi azərbaycanlı uşaqlar lazım idi. Bu da o vaxt kinostudiyada yox dərəcəsində idi. Olan 3-4 nəfər də qaynayıb qarışmışdı, hamı rus dilində danışırdı, rusbaşlı olmuşdu, kinostudiyanın bütün işləri demək olar ki, birmənalı şəkildə rus dilində idi və onu idarə edənlər də yəhudilər, ermənilər, rus mənşəli, qarışıq olan şəxslərdi. Hətta o vaxt baş rolların böyük əksəriyyətinə onları çəkirdilər. Ssenarist, operator, aktyor kimi dəvət olunurdular. Adil müəllimin gəlişi ilə bu işlərə çox amansızcasına “dur!” deyildi. O, çox böyük işlər gördü. Amma çox təəssüflər olsun ki, özü də elə həmin işlərin qurbanı oldu. Çünki o vaxt Sovet hökuməti, Sovet ideologiyası idi. Və təbii ki, bu nəhəng Sovet kino ideologiyası içində balaca bir müsəlman ölkəsi, türk ölkəsi nə idi ki, burada bir Adil İsgəndərov at oynatsın, meydan sulasın. Sözsüz ki, ermənilər, yəhudilər, rus mənşəli adamlar, südü bizdən, qanı onlardan olanlar bu işin başında durdular. 10 illik mübarizədən sonra nəhayət ki, Adil müəllimin o gözəl başlatdığı iş özünün işdən çıxarılması ilə nəticələnsə də, artıq həm aktyor, rejissor, ssenarist, operator, rəssamlıq məktəbi, həm də texniki personajlar baxımından oturuşmuş bir məktəb qoymuşdu. Yəni kinoya lazım olan bütün sənət növlərindən bizim çox dəyərli, çox məşhur kadrlar yetişmişdi. Rəssamlıq sahəsində Kamil Nəcəfzadə, Elbəy Rzaquliyev, Fikrət Bağırov, operatorluqda Rasim İsmayılov, Toğrul Nərimanbəyov, ssenaristlikdə Yusif Səmədoğlu, İsi Məlikzadə, Fərman Kərimzadə, Eyvaz Borçalı, Ramiz Rövşən, rejissor məktəbində Kamil Rüstəmbəyov, Arif Babayev, o cümlədən içində milli ruhu olan Tofiq Tağızadə, Hüseyn Seyidzadə, Həsən Seyidbəyli, Kamil Mahmudbəyov kimi adamlar artıq çox aktiv şəkildə öz milli kinomuzu milli kadrlarımızla işləməyə başladılar. Bunun nəticəsi olaraq o vaxt “Axırıncı aşırım”, “Dəli Kür”, “Yeddi oğul istərəm”, “Bizim Cəbiş müəllim” kimi filmlər yarandı. Burada Həsənağa Turabov, Həsən Məmmədov, Şahmar Ələkbərov, Səməndər Rzayev, Rasim Balayev, Əliabbas Qədirov, Həmidə Ömərova kimi aktyorlar rol aldı. O böyük bir mərhələ, məktəb idi. Ümumiyyətlə, XIX əsrin axırı XX əsrin əvvəlindən Azərbaycanın bütün sahələrində başlayan intibah dövrü bizim qızıl bir dövrümüz idi. Və çox təəssüflər olsun ki, bu gün onu itirmişik. Biz bunu etiraf etməliyik. Hərçənd mən deyirəm, bəzi adamların xoşuna gəlmir. Deyirəm, biz yaxşıdan niyə narahatıq ki, gəlin pisimiz haqqında düşünək, onları yoluna qoyaq.

Azərbaycan kinosunun tarixində ilk dəfə olaraq Teatr İnstitutunu qurtarıb rəsmi dövlət təyinatı ilə və sözsüz ki, Adil müəllimin diqqəti, qayğısı ilə, biz 5 nəfər (Xamis Muradov, Elxan Qasımov, Fikrət Əliyev, Tofiq Məmmədov və mən) milli kadrların hazırlanması məqsədi ilə kinostudiyaya gəldik. O vaxt bizə “qızıl beşlik” deyirdilər. Və kinostudiyada bizə düşmən olan kənar millətlər adımızı “xunveybin”, yəni mədəni inqilabçılar qoymuşdular. O vaxt da bu söz çox pis hallanırdı. Mao Tsedunun vaxtında Çində yaranan belə bir qrup vardı. Bu vaxt artıq Oqtay Mirqasımov, Eldar Quliyev kimi gənc rejissorlarımız fəaliyyətə başlamışdı. Artıq göstəriş belə idi ki, ssenari Moskvada təsdiq olunub gəlibsə, ora mütləq bir Azərbaycanlı müəllif əlavə olunmalı idi, yəni təmiz müəlliflikdən başqa orada bir azərbaycanlı soyadı olmalı idi (bu Adil müəllimin istəyi idi). Ssenari hazır olandan sonra mütləq filmi azərbaycanlı rejissor çəkməli idi və şərt də belə idi ki, baş rollarda azərbaycanlılar oynamalı idi. İstisna hal kimi baş rol rus, ingilis, fransız və s. rolu idi. Adil müəllim dedi ki, “ondan ötəri bizim Rus Dram Teatrımız, Gənc Tamaşaçılar Teatrımızın rus bölməsi var”. Orada işləyən başqa millət olsa da, milli kadr idi. O vaxt dəvət edirdik, çəkilirdilər. Və bu dönəmdə Həsənağa Turabovun sözsüz ki, kinoda artıq yeri var idi. Hansı bir filmdə mən ikinci rejissor kimi, ya assent kimi işləyirdimsə, birinci növbədə Şahmar Ələkbərovu, Həsənağa Turabovu, Həsən Məmmədovu axtarıb tapıb dəvət edirdik, Adil müəllim də baxıb bəyənirdi və çəkilirdilər.

Bizim Həsənağa Turabovla kinoda başlayan böyük dostluğumuz sonra ailəvi dostluğa keçdi. O mənim bütün elçiliyimə, toyuma ağsaqqallıq etdi. Onun balalarının da xeyir işinin hamısını mən etdim. Eyni zamanda ikimiz bir yerdə bir neçə filmlər işlədik: “Qaçaq Nəbi”, “Gecə qatarında qətl” və s.

Həsənağa Turabov çox xarakterik aktyor idi. Həm də onda çox qəribə bir yumor var idi. Komediya aləminə yatımlı adam idi, o ciddiyyatın üstündə onda çox gözəl yumor da var idi. Turabovun ən çox sevdiyim rollarından biri “Dantenin yubileyi” filmində yaratdığı Kəbirlinski obrazı idi (“Dantenin yubileyi” filmində az istedadlı lakin sənətə qəlbən bağlı olan qocaman teatr aktyorundan bəhs edilir). Bütün ruhu, həyatı ilə bizim teatr, kino sənətində fanatik aktyorlar var. Yəni bunlar fanatikdirlər, heç böyük bir iş görməsələr də, 50, 100 il teatr, kino ilə nəfəs alıblar və elə də ölüb gediblər. O sənətə, teatra, aktyorluğa xəyanət etməyiblər. Yüzlərlər belə adamlar var, onlardan onunun adını mən çəkə bilərəm ki, bütün peşəkar kino, teatr mühiti məhz həmin insanları çox istəyirdik və onlara xüsusi diqqət, qayğı göstərirdik. Həsənağa Turabov sonradan özü çox dəyərli, layiqli bir dövlət adamı oldu, rəhbər vəzifələrdə işlədi, bu işlərə rəhbərlik etdi deyə, o fanatik adamların qədrini, qiymətini çox yaxşı bilirdi. Həmişə ondan danışanda kövrəlirdi. Yadımıza Daş Məcid, Əli dayı, Ağbaş Kazım və s. düşürdü. Həsənağa Turabov Kəbirlinski obrazı ilə elə bil ki, bunların hamısının ümumiləşdirilmiş obrazını yaratmışdı. Çünki o insanları, o psixologiyanı daxildən bilir, tanıyırdı”.

“Həsənağa Turabov oğlunun xiffətini çəkirdi”

“Həsənağa Turabov şəxsiyyətini qoruyan adam idi. Onun yanında özümüzü çox rahat hiss edirdik. 40-70-cı illərdə göz qabağında olan müğənnilər, aktrisalar xalq arasında çox ciddi qəbul olunmurdu. Buna qismən də olsa imkan verənlər oldu. Çünki aktyorlar çox sərbəst idilər, ailə onlar üçün bir o qədər maraqlı deyildi. Onlar üçün ən əsası yaradıcılıq, kino, daha rahat həyat idi. Üzr istəyirəm, axı bir az zəncirlər qırılanda, adam azad olanda əvvəl bilmir neyləsin. Bax, elə bir mərhələdə mən sizə bütün səmimiyyətimlə, məsuliyyətimlə deyirəm ki, Azərbaycanın teatr və kino mədəniyyəti aləmində barmaqla sayılası 4-5 nəfər kişi vardı ki, bunlar həm gözəl aktyor, gözəl sənətkar, həm də çox böyük şəxsiyyət və ailə başçıları idi. Onların biri və birincisi Həsənağa Turabov, Şahmar Ələkbərov, Həsən Məmmədov, Rasim Balayevidi. Həsən Turabov - biz ona əsasən “Həsən” deyirdik - bu sahədə də böyük göstəricilərə malik, artıq oturuşmuş, formalaşmış, qonaq qabağına yüksək səviyyədə çıxarılmağa layiq olan bir sənətkar idi.

Əvvəla, Turabov çox qayğıkeş, diqqətli, özünə çox böyük hörmət edən, şəxsiyyətini qoruyan bir adam idi. Biz onunla rayonlara, başqa respublikalara çəkilişlərə gedəndə, ali məktəblərə, təsərrüfatlara, böyük idarə və təşkilatlara görüşlərə gedəndə, hara gedirdiksə, Turabov orada ağsaqqal, aparıcı idi. Hamımız onun yanında özümüzü çox rahat hiss edirdik. Bilirdik ki, Həsənağa Turabov olan yerdə artıq bizə ikinci dərəcəli və pis mənada artist kimi, bizlə görüşlərə, çəkilişlərə gedən qızlara pis gözlə baxmaq mümkün olan şey deyildi. Həsənağa Turabov həddindən artıq ağır təbiətli bir kişi idi. Çox qəribə idi ki, cavan yaşından belə idi. Bu adam 25-30 yaşında elə bil ki, bir ağsaqqal idi. Həqiqətən xarakteri elə idi. Eyni zamanda həddindən artıq səxavətli, əliaçıq adam idi. Kinostudiyanın öz mühiti var. Orada gün ərzində çəkiliş arası, çəkilişdən sonra, gözəl uğur qazanandan sonra gedib yeyib-içirdik. Kinostudiyanın yaxaınlığında bufetlər var idi, və yaxud imkanımız çox olanda şəhərə düşüb daha böyük restoranlarda yeyib- içirdik. O vaxt insanlarda çox böyük pul yox idi. İndiki kimi gen-bol yeməkxana, kafe, restoranlar da yox idi. Təkəm-seyrək idi. Uşaqlar 3-5 nəfər yığılırdıq, bir də görürdün, kimsə deyir ki, “bağışlayın, mənim imkanım yoxdur, gedə bilmirəm”. Turabov o saat: “xeyir ola, nədir ki? Qələt eləmə. Sənin hesabın məndə. Gəl, otur maşına, gedək”. Bax, belə qəribə diqqətcil, qayğıkeş insan idi.

Həsənağa Turabovun iki oğul, bir qız övladı var idi. Onun böyük oğlu Daşqın polisdə işləyirdi. Onu qətlə yetirmişdilər. Turabovun xəstələnməsinin səbəbi bu idi. Oğlunun çox böyük xiffətini çəkirdi. Özü də çox istəyirdi, böyük oğlu idi. İkinci oğlu Yalçın maşallah, hazırda durur, polis sistemində, pasport (şəxsiyyət vəsiqəsi) qeydiyyatı sahəsində işləyir. Qızı Sevinc də bizim gözəl bir müəlliməmizdir. Yoldaşı ingilis dili müəlliməsi Solmaz xanım da balalarının, nəvələrinin üstündədir”.



Ölümü ayaq üstündə qarşılayan Həsənağa Turabov – İradə İsaq yazır 

http://hafta.az/thumb/200x0_1/201503/1903043_1.jpg

Oğlunun faciəli ölümünə dözə bilməyən böyük sənətkar ömrünün son anında “Daşqın!” deyə keçinib

İnsan həyatın mənasını anlamağa başlayanda həyat qurtarır” deyirlər. Azərbaycanın ən məşhur aktyorlarından biri, Xalq artisti, "Şöhrət" ordeni laureatı Həsənağa Turabov da artıq ömrünün müdrik çağına çatmışdı. 67 yaş əslində böyük rəqəm deyil, amma o, dolu bir ömür yaşamışdı. Tamaşaçı məhəbbəti, filmlərdəki və tamaşalardakı baş rollar, Milli Dram Teatrdakı 14 illik hakimiyyəti və heç nə onu təbindən çıxara bilməmişdi.

Şəxsiyyətində də bir ağayanalıq vardı Həsənağa Turabovun. Buna görə dostları ona sadəcə “Ağa” deyə müraciət edirdilər. Əslində isə onun adı heç Həsənağa deyil, Həsəndir. “Ağa”nı tay-tuşları böyük hörmət mənasında əlavə etmişdilər.

O, komik rolları da, dramatik rolları da eyni ustalıq və təkrarsızlıqla oynayardı. Məsələn, “Yeddi oğul istərəm” filmindəki Gəray bəy obrazı. Bu məşhur filmə 1970-ci ildə çəkiləndə Həsən Turabovun 32 yaşı vardı. Cavan idi, amma bu çətin rolun öhdəsindən uğurla gəlmişdi. Azsaylı aktyorlardan idi ki, teatrda da kinodakı kimi uğurla çıxış edirdi.

Yaxın dostu kinorejissor Eldar Quliyev deyir ki, Həsənağanı özbək, qırğız, qazaxfilm çox dəvət edirdi. Amma getmirdi. Yəqin o daha çox tanınardı: “Onu bütün filmlərimdə, hətta epizodda da olsa oynadardım. Məsələn, “Gümüş göl əfsanəsi”. Ssenarini gətirirdim ki, bax özün seç, hansını xoşlasan səni çəkəcəyəm. O qədər böyük aktyor idi ki! Daha çox komediyada oynamağı arzulayırdı. Heç qəbul etməzdi ki, mən dramatik aktyoram. “Bəyin oğurlanması”na öz arzusu ilə çəkilib və əla da obraz canlandırıb. “Nə gözəldir bu dünya” filmində kiçik müstəntiq rolunu seçdi. Dedi artıq əvvəlki Həsənağaya deyiləm. Yaşlanmışam və xəstəyəm, bu obraz balaca da olsa, 2 günə çəkiləcəyəm. Razılaşdım. Amma bilirsiniz, o aktyor idi və sənətkar idi, bütün xəstəliyini unutdu, bircə günə çəkilişi bitirdi”.

Turabov o qədər nəhəng aktyor idi ki, ona ağır dramatik rol olan Gəray bəyi də, fağır Kəbirlinskini də, qoçaq Qaçaq Nəbini də, filosof Mirzə Cəlili də və özündən razı rejissorun komik rolunu oynamaq da, ümumiyyətlə hər dəfə yeni obraz, yeni şəxsiyyət yaratmaq çətin deyildi. Hər bir rolda tamaşaçını inandırmaq, Turabov olsa da, bu rolda daha fərqli bir personaj olduğunu göstərmək, usta aktyor işini görmək, bununla bərabər öz çəkisini saxlamaq hər insanın işi deyildi.

Bir aktyor kimi o, öz sənətinin zirvəsinə çıxmışdı. Amma onun taleyində aktyorluqdan başqa, direktor olmaq da vardı. Onu bu vəzifəyə layiq görsələr də, əslində, çoxlarının həsəd apardığı bu ağır, məsuliyyətli rəhbər iş onun sağlamlığını geri saldı.

Rejissor Mərahim Fərzəlibəyov deyir ki, Qorbaçov yenidənqurma sistemində hər şeyi dəyişdi. Artıq rəhbəri kollektiv özü seçirdi. Teatrda da direktor vəzifəsinə 2 namizəd vardı. Həsənağa Turabov və Məlik Dadaşov. Kollektiv Turabovu seçdi: “Düşünürəm ki, bu onun yaradıcılığına dəyən zərbə idi. İnzibati iş onun vaxtı və səhhətini əlindən alırdı. Şəfiqə xanım, Amaliya xanım, Fuad Poladov onu qəbul etmədi deyə başqa teatrlara getdilər”.

http://hafta.az/upload/20150331/6631597_3.jpg

Eldar Quliyev: – Yaxşı ki, o teatra gəldi, o an o gəlməsə idi teatr dağıla bilərdi. Çünki aktyor aləmində Həsənağanın böyük nüfuzu vardı. O qoymadı teatrı dağılmağa. Kinoda çəkilirdi, amma teatrın aşiqi idi. «Öz ərizəsi” ilə teatrdan, işdən azad olunması ona yer eləsə də, o, özünü tox tutdu. Turabov bu zərbəni uddu. Həzm edə bilməsə də. Vaxtilə belə münasibət milli teatr və kino sənətimizin inkişafında misilsiz xidməti olan Adil İsgəndərovdan və 10-larla aktyordan yan keçməmişdi. Növbə artıq Turabova çatmışdı. Özü də deyirdi ki, aktyor kimi teatrdan uzaqlaşmaq onun üçün çox çətin idi. O etiraf edirdi ki, “mənə heç kim get deməyib. Özüm inciyib ərizəmi yazıb getmişəm.

Tanrı Həsənağa Turabova hər şey vermişdi: gözəl ailə, Daşqın, Yalçın və Sevinc adlı 3 övlad. Qızı Sevinc Turabova Fuad Poladovun baş rolda oynadığı “Hamlet” tamaşasına atası ilə birgə getdiyini xatırlayır: “Atamla anam bir məktəbdə oxuyub, o vaxtdan bir-birilərini sevib, 26 yaşında evləniblər. Anamı verməyiblər əvvəl ona ki, artistdir. Anam qısqanc deyildi, qısqanc mən idim. Qadınların ona salam verməyinə dözə bilmirdim. Atamı dəhşət sevmişəm”.

Məşhur aktyorun şəxsi həyatında da hər şey yaxşı gedirdi, ta 1997-ci ilin mart ayınadək. 59 yaşının girəcəyində dəhşətli xəbər dolu zəng onun həyatını məhv etdi. Atası ilə birgə “Mənim ailəm, mənim uşaqlarım” filminə çəkilmiş Daşqın Turabov öldürülmüşdü. Sevinc Turabova bu hadisəni belə xatırlayır: “Daşqın 8 Mart günü anamla məni təbrik edib dedi ki, Siyəzənə gedir. Narkomaniyaya qarşı Mübarizə İdarəsinin həmin rayonda rəisi idi. Polis kapitanı idi. Dedi ki, martın 17-də mənim ad günümə gələcək. Atamın ad günü isə aprelin 4-ü idi. Martın 10-da səhərə yaxın zəng elədilər ki, Daşqını güllə ilə vurublar, tez Siyəzənə həkim göndərin. Bu səksəkə indi də bizdə qalıb, saat 4-də səksənib oyanırıq. Atam dostlarına zəng vurmaq istəyəndə dedilər ki, keçinib. Biz səhəri ümidlə gözləyirdik ki, məlumat səhv olsun. Əmimgil səhəri atamı getməyə qoymadılar, halı pis idi. İş başında narkomanı tutmağa gedəndə güllə ilə vurmuşdu, o adama 15 il verdilər. O gündən atam sanki yox oldu, kimsə ona təsəlli verə bilməzdi. Daşqının ölümü bizi dayandırdı. Atam ağlaya da bilmirdi, ürək xəstəsi oldu, İranda ürəyində şuntlama əməliyyatı apardılar. Bizdən gizli qəbir üstünə gedirdi. Nitqi yox idi, gözləri ilə danışırdı. Elə ağır dərd idi ki!”.

Mərahim Fərzəlibəyov: –Mən Turabovun son günlərini susmuş xatırlayıram. O donmuşdu, sanki daşa dönmüşdü. Oğlunun faciəli şəkildə ölümü sındırdı onu. Ürəyində gəzdirə bilmədi dərdi, ürək dözmədi.

Bir tərəfdən alan Allah digər tərəfdən pay verir. Yaradan Həsənağanın yaralı ürəyini ovutmaq üçün elə həmin 1997-ci ildə ona təsəlli göndərdi.

Sevinc Turabova: –Atama Allah mənim oğlumu hədiyyə göndərdi. Oğlumun soyadını Turabov, adını Daşqın qoyduq. O, yer üzündə nə istəsəydi atam ona alırdı. O, nə edirdi onun xoşuna gəlirdi.

Eldar Quliyev: –Kimi görürdü cibindən çıxarıb nəvəsinin rəsmlərini göstərirdi ki, o, böyük rəssam olacaq.

Turabovu görəndə, ömrünün son illərini yaşayan bu böyük sənətkarın çuxura düşmüş gözlərinə baxanda Ramiz Rövşənin “Dünyayla barışmaq ona boyun əymək deyil, onu bağışlamaqdır” fikri yadıma düşürdü. Əslində dərdlinin təbəssümü bizə göz yaşından çox əzab verir. Xüsusən bu insan bir zamanlar olduqca yaraşıqlı, kadrlarda, gözümüz önündə yaşlanan böyük sənətkardırsa, bu əzab ikiqat olur. Ən böyük bədbəxtlik ona dözə bilməməkdir. Artıq sınmış ürəyə heç nə kömək edə bilməzdi. Onun ürəyi tamamilə tutulmuşdu. Müalicə üçün isə pul lazımdır. Əqidəsinə, ağalığına xələl gəlməsin deyə ürəyində aparılan əməliyyata pul tapmaqdan ötrü o, heç kimə, nə dövlətə, nə dostlarına ağız açmadı. Sakitcə elə ağayana şəkildə ozünəməxsus olan bağını satdı.

Dostu Maqbet Bünyadov: - İrandakı əməliyyat çox təhlükəli idi. Özü dilindən kağız yazıb əməliyyata girdi. Qardaşı Aydın, mən, özü və səfirimiz Abbas müəllim o kağıza qol çəkdik. Uşaqlarını getməyə qoymamışdı. 16 gün qaldıq orada. Əməliyyat çətin keçdi, 8 saat çəkmişdi. Burada işbaz adamlar onu aldatmışdı, 6000 dollar almışdılar, amma əməliyyat 3400 manata başa gəldi. Məndən çox xahiş eləmişdi ki, bu barədə heç kimə heç nə deməyim. Rasim Ocaqov, Eldəniz Zeynalov ona baş çəkməyə gəldi. Ürəyi 4 yerdən tutulmuşdu - 70 faiz. Amma əməliyyat uğurlu alındı, bu əməliyyatdan sonra 4 il yaşadı. İçməyi ona qəti şəkildə qadağan etmişdilər, amma o, tərgitmədi. Depressiyada olanda içirdi. Yalandan deyirdi ki, çaxıra icazə veriblər, 100 qramla heç nə olmaz. Siqareti azaltmışdı, amma çəkirdi. Özünü sındırmazdı.

Hindlilərdə belə bir məşhur məsəl var. Deyirlər ki, sən dünyaya gələndə hər kəs sevinirdi, təkcə sən ağlayırdın. Həyatını elə yaşa ki, sən həyatdan köçəndə hər kəs ağlasın, qəmlənsin. Sən isə üzündə təbəssüm, rahatlıqla həyatdan gedə biləsən. Bu qəbildən olan insanların siyahısında Həsən Turabov da var. Ölüm onun nurlu simasına sonuna qədər ümidsizlik və kədər cizgiləri hopdura bilmədi. O, bütün filmlərində ayaq üstündə dayanaraq dünyasını dəyişib. Həyatda da belə oldu. O, elə ağayana şəkildə də dimdik, ayaq üstündə ölümü

Maqbet Bünyadov: –Onun nəbzini tez-tez ölçürdüm. Axırıncı dəfə dedi ki, lazım deyil.

Sevinc Turabova: - Fevralın 23-də məndən hədiyyə gözləyirdi. Ayın 22-də dedim ki, sabah açılsın, gedib hədiyyə alacağam. Oturmuşdu kresloda. Anamı çağırdı ki, ölsəm məni Fəxri Xiyabanda yox, Daşqının yanında dəfn etsinlər. Qalxdı ayağa, Daşqın deyə çağırdı. Elə bildik oğlumu çağırır. Divara söykənmişdi, ayaq üstündə idi. Oğlum yanına qaçdı ki, “nədi baba?”. Sonra babasının tərpənmədiyini görüb qışqırdı. Yaxınlaşdım ki, ayaq üstə divara söykənmiş vəziyyətdə keçinib. Amma üzündə təbəssüm vardı. Hələ də anlamıram ki, atam o məqamda oğlum Daşqını çağırdı, yoxsa öz oğlu Daşqını?!

 

https://az.wikipedia.org/wiki/H%C9%99s%C9%99na%C4%9Fa_Turabov



http://hafta.az/index2.php?m=yazi&id=150790
Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin