Baki şƏHƏRİ, NƏSİMİ rayon məHKƏMƏSİNƏ



Yüklə 11,91 Kb.
tarix22.10.2017
ölçüsü11,91 Kb.
#10612

BAKI ŞƏHƏRİ, NİZAMİ RAYON MƏHKƏMƏSİNƏ

.
İddiaçı:  ___________ oğlu



Ünvan: Bakı şəhəri, ___________________________

(Əlaqə telefonu: _______________)


Cavabdehlər:

  1. _______________________oğlu

Ünvan: Bakı şəhəri, Nizami rayonu, __________


  1. __________ qızı

Ünvan: Bakı şəhəri, Nizami rayonu, __________


  1. __________oğlu

Ünvan: Bakı şəhəri, Nizami rayonu, __________

İDDİA ƏRİZƏSİ

(yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair)


__ _____ 201_-cü il tarixli AN - İ № __________ saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən iş üzrə cavabdeh __________ oğlunun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, __________ – də yerləşən yaşayış evini Bakı şəhəri 3 saylı DNK-da iddiaçı _____________ oğluna satmışdır.

Azərbayjan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş __.__.201_-cü il tarixli, seriya RX № ________ saylı Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 42 saylı evin 13 saylı mənzili iddiaçının tam mülkiyyətimdədir.

İddiaçının mülkiyyətində olan mənzildə əvvəllər qeydiyyatda olan cavabdehlər _________ oğlu, ________ qızı və ______________ oğlu mənzili iddiaçıya satdıqdan sonra 90 (doxsan) gün müddətində qeydiyyatdan çıxacaqlarını bildirsə də lakin onlar, əsassız olaraq pasport qeydiyyatından bu günə kimi çıxmamışdırlar ki, bu da iddiaçının mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Hazırda cavabdehlərin harada yaşamaları da bizə məlum deyil.

Bakı şəhəri __ saylı Mənzil İstismar sahəsinin __ ___ 2015 - ci il tarixli ___ saylı arayışından görünür ki, cavabdehlər hazırda Bakı şəhəri, Nizami rayonu, ______küçəsi, _______________ ünvanında qeydiyyatda qalmışdırlar.

«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbayjan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələblərinə görə, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmədən,



XAHİŞ EDİRİK

Cavabdehlər _________ oğlunun, ___________ qızının və ______________oğlunun Bakı şəhəri, Nizami rayonu, _______________mənzilinə istifadə hüquqlarına xitam verilməklə, onların həmin mənzildən pasport qeydiyyatından çıxarılmalarına dair qətnamə qəbul edəsiniz.


QOŞMA:   


  1. İddia ərizəsinin surətləri;

  2. __.___.201_-cü il tarixli AN - İ № ________ saylı alğı-satqı müqaviləsinin notarial qaydada təsdiqlənmiş surəti;

  3. __.__.201_-cü il tarixli, seriya RX № _______ saylı Dövlət Reyestrindən Çıxarışın notariala qaydada təsdiq edilmiş surəti;

  4. Bakı şəhər ____ saylı mənzil istismar sahəsinin ___ fevral 2013 - cü il tarixli ___ saylı arayışı;

  5. Etibarnamə;

  6. Dövlət rüsumunun ödənilməsi barədə qəbz.


İddiaçının Nümayəndəsi:
_____________ oğlu __________________

___” sentyabr 20__-ci il
Yüklə 11,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin