Balıq və digər su bioresurslarının sənaye ovu üçün balıqovlama biletlərinin verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament



Yüklə 85,75 Kb.
tarix22.10.2017
ölçüsü85,75 Kb.
#10661

Azərbaycan Respublikası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin

“17 “ aprel 2013-cü il tarixli

01-Q nömrəli Qərarı ilə təsdiq edilmişdir


11 nömrəli əlavə
Balıq və digər su bioresurslarının sənaye ovu üçün balıqovlama biletlərinin verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament
1. Ümumi müddəalar
1.1. Elektron xidmətin adı:

Balıq və digər su bioresurslarının sənaye ovu üçün balıqovlama biletlərinin verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu

1.2. Elektron xidmətin məzmunu:

Bu xidmət balıq və digər su bioresurslarının sənaye ovu üçün balıqovlama biletlərinin verilməsi üçün müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsindən və nəticəsi barədə istifadəçiyə məlumat verilməsindən ibarətdir

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi;

1.3.2. “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 722 nömrəli Fərmanının 2-ci hissəsi;

1.3.3. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 sentyabr tarixli 152 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında balıq ehtiyatlarının mühafizəsi və balıq ovu Qaydaları”nın 10-cu hissəsi;



1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli Qərarı ilə təsdiq edilmiş “Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələr”in 4-cü hissəsi;

1.3.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasında balıq ehtiyatlarından istifadə haqqı və qaydaları”nın 3-cü və 4-cü hissələri;

1.3.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” “Elektron xidmət növlərinin Siyahısı”nın 11.11-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti



1.5. Elektron xidmətin digər icraçıları:

Yoxdur.


1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:

Elektron xidmət qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti:

5 (beş) gün müddətində



1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:
Təqdim edilmiş sənədlər bu reqlamentdə göstərilənlərə uyğun olduğu halda fiziki və hüquqi şəxslərə sənaye balıq ovu üçün balıqovlama biletlərinin verilməsi
2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
2.1. Elektron xidmətin növü:

İnteraktiv.



2.2. Elektron xidmət üzrə ödəniş:

Ödənişli.



2.2.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələr” və 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasında balıq ehtiyatlarından istifadə haqqı və qaydaları”nın 4-cü hissəsinə əsasən aşağıdakı cədvəldə olduğu kimi ödəmə nəzərdə tutulmuşdur:



Balıq və digər su bioresursları

Аzərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri üçün


Хarici dövlətlərin hüquqi və fiziki şəxsləri üçün



1 ton balıq və ya 1 ədəd suitinin ödəniş qiyməti (manatla)

1 ton balıq və ya 1 ədəd suitinin ödəniş qiyməti (manatla)

1

Кilkə

20,00

40,00

2

Siyənək

50,00

100,00

3

Кеfal

40,00

80,00

4

Çapaq

40,00

80,00

5

Кülmə

40,00

80,00

6

Çəki

80,00

120,00

7

Хəşəm

100,00

200,00

8

Sıf

80,00

160,00

9

Кütüm

100,00

200,00

10

Şamayı

100,00

200,00

11

Qarasol

40,00

--

12

Qızılbalıqlar

--

--

13

Хərçəngki-milər

100,00

200,00

14

Bölgə

--

--

15

Nərə

--

--

16

Uzunburun

--

--

17

Digər balıq növləri

40,00

80,00

18

Suiti

20,00

40,00

Balıqovlama bileti verilməsinə görə ödəmə haqları ödəniləcək bank hesabının rekvizitləri:


Alan bank:

Dövlət Xəzinədarlıq Agentliyi

Kod: 210005

VÖEN: 1401555071

Müxbir hesab: AZ41NABZ01360100000000003944

S.W.I.F.T: CTREAZ 22
Alan müştəri:

Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti



Hesab: AZ32CTRE00000000000008297701

VÖEN: 1500139001

Büdcə təsnifatının kodu: 142332

Büdcə səviyyəsinin kodu: 3
  Ödəmə üsulları - bank, poçt, plastik kart, nağd və ya internet vasitəsi ilə.

2.2.2. Təminatçı elektron xidmətin göstərilməsi üçün ödənişin real vaxt rejimində elektron formada həyata keçirilməsi imkanını təmin etməlidir.

2.3. Elektron xidmətin istifadəçiləri:

Hüquqi və fiziki şəxslər.



2.4. Elektron xidmətin təqdim olunma yeri:

www.e-gov.az, http://e-xidmet.eco.gov.az/



2.5. Elektron xidmət barədə məlumatlandırma:

İnternet ünvanı: http:/www.eco.gov.az

Elektron poçt: ekologiya.nazirliyi@eco.gov.az

Telefon: (+994 12) 566 76 75



2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

Elektron xidmətin göstərilməsi üçün ərizə (bu reqlamentə 1 və 2 nömrəli əlavələr) və aşağıdakı sənədlərin skan edilmiş surəti elektron formada təqdim olunur:

2.6.1. vətəndaşlar üçün şəxsiyyət vəsiqəsi;

2.6.2. istifadəçi hüquqi şəxs olduqda dövlət qeydiyyatı haqqında şəhadətnamə;

2.6.3. istifadəçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə;

2.6.4. balıqovlayan gəminin və motorlu qayığın üzgüçülüyə yararlılığı haqqında şəhadətnamə;

2.6.5. gəmi və ya qayıq üzərində mülkiyyət hüququnu təsdiq edın sənəd, gəmi və ya qayıq icarəyə götürüldüyü halda tərəflər arasında bağlanmış müqavilə, həmin nəqliyyat vasitələri etibarnamə əsasında istifadə edildikdə etibarnamə;

2.6.6. balıq ovunda iştirak edəcək balıqçının adı, atasının adı və soyadı barədə məlumat.


3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.2.1. Sorğunun formalaşdırılması:

Ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından (http://e-xidmet.eco.gov.az) yüklənərək doldurulur və istifadəçi tərəfindən bu reqlamentin 2.6-cı bəndində tələb olunan sənədlərin surətləri ilə birlikdə təqdim edilir.



3.2.2. Sorğunun qəbulu:

Sorğu inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olduğu tarixdə qeydə alınır və bu barədə dərhal istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir. Sorğunun sonrakı icrası ilə bağlı istifadəçiyə məlumat (elektron ünvanına bildiriş göndərmək vasitəsi ilə) verilir.



3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:

İstifadəçi tərəfindən təqdim olunmuş sənədlərdə çatışmazlıqlar (ərizə formasının tam doldurulmaması, bu reqlamentin 2.6-cı bəndində göstərilənlərdən birinin və ya bir neçəsinin ərizəyə əlavə olunmaması) aşkar edildikdə, Azərbaycan Respublikasında balıq ehtiyatlarının mühafizəsi və balıq ovu qaydaları kobud şəkildə pozulduqda sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçinin elektron poçtuna dərhal məlumat göndərilir.

Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin balıq və digər su bioresurslarının sənaye ovu üçün balıqovlama biletlərinin verilməsi ilə bağlı elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur.

3.3.2. Sorğunun qəbulu:

İmtina üçün əsaslar olmadıqda sorğunun qəbul edilməsi barədə ərizəçinin elektron poçt ünvanına bildiriş göndərilir.



3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə ünvanlanır.

Sorğunun icrası üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin rəhbəri bilavasitə məsuliyyət daşıyır.

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:

Sorğuya və ona əlavə edilən sənədlərə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə 5 gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan və təkrar sorğu ilə müraciət edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir;



3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat:

Yoxdur.


3.4.4. İnzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:

Çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda ərizəçiyə balıqovlama biletinin verilməsindən imtina edilməməsi barədə bildiriş göndərilir. Ərizəçi bildirişi aldıqdan sonra balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama biletinin verilməsi üçün haqqın ödənildiyini təsdiq edən sənədi təqdim edir. Bundan sonra balıqovlama biletinin verilməsi barədə qərar qəbul edilir və rəsmiləşdirilərək birbaşa və ya poçt rabitəsi vasitəsilə istifadəçiyə təqdim olunur, həmçinin skan edilməklə elektron formada istifadəçiyə göndərilir.



3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti həyata keçirir.



3.5.1. Nəzarət forması:

Kargüzarlıq, daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi.



3.5.2. Nəzarət qaydası:

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.



3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat:

İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.



3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:

Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayət ərizəsi kağız üzərində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin poçt ünvanına, elektron formada isə bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilməlidir.



3.6.3. Şikayətin baxılma müddəti:

Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

Sənaye balıq ovu üçün balıqovlama biletlərinin
verilməsi məqsədi ilə müraciətin və sənədlərin


qəbulu üzrə inzibati reqlament”ə

1 nömrəli əlavə


Fiziki şəxslər üçün
Azərbaycan Respublikası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin

Su Hövzələrində Bioloji Resursların

Artırılması və Mühafizəsi Departamentinə
Balıq ovu üçün balıqovlama biletlərinin verilməsi barədə
Ə R İ Z Ə
__________________________________________________________________

(istifadəçinin adı, atasının adı, soyadı)

__________________________________________________________________

Fəaliyyət növü: __________________________________________________


Su bioresursunun növü: ____________________________________________
Ov limitinin həcmi: _______________________________________________
Su obyektinin adı: ________________________________________________
Ovlama üsulu: ___________________________________________________
Şəxsiyyət vəsiqəsinə dair məlumatlar
Seriya və nömrə: “________”_______________________________________

Nə vaxt və kim tərəfindən verilib: ____________________________________

Ünvan: _________________________________________________________

Tel: ______________________

Faks: ______________________

Təqdim olunan məlumatların həqiqiliyini təsdiq edirik. 

_____________________ “___“____________20__

(istifadəçinin imzası)       


Sənaye balıq ovu üçün balıqovlama biletlərinin
verilməsi məqsədi ilə müraciətin və sənədlərin


qəbulu üzrə inzibati reqlament”ə

2 nömrəli əlavə
Hüquqi şəxslər üçün

(Hüquqi şəxsin blankında)


Azərbaycan Respublikası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin

Su Hövzələrində Bioloji Resursların

Artırılması və Mühafizəsi Departamentinə
Balıq ovu üçün balıqovlama biletlərinin verilməsi barədə
Ə R İ Z Ə

__________________________________________________________________

(istifadəçinin tam adı)



__________________________________________________________________
__________________________________________________________________

(rəhbərin vəzifəsi, adı və soyadı)


Təşkilati-hüquqi forması: __________________________________________

Hüquqi ünvanı: __________________________________________________

Fəaliyyət növü: __________________________________________________

Su bioresursunun növü: ____________________________________________

Ov limitinin həcmi: _______________________________________________

Su obyektinin adı: ________________________________________________

Ovlama üsulu: ___________________________________________________
Hesablaşma hesabının nömrəsi: _____________________________________

Bankın adı: ______________________________________________________

Tel: ____________________________________________________________

Faks: __________________________________________________________

Təqdim olunan məlumatların həqiqiliyini təsdiq edirik. 

_____________________ _________________________

(istifadəçinin imzası)        (rəhbərin adı, soyadı)

“___“____________20__


Qeyd: Ərizə möhürlə təsdiq olunmalıdır.
Yüklə 85,75 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin