"Balxurma" şirkəti Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin "Qeyri-neft" məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamına əsasən yaradılıb



Yüklə 41,5 Kb.
tarix01.01.2022
ölçüsü41,5 Kb.
#104278

Şirkət haqqında.


"Balxurma" şirkəti 2016-cı il yanvarın 18-də yaranıb. Şirkət Balakəndə- dağlar qoynunda yerləşən,cənnət güşəsi olan Katex kəndində fəaliyyət göstərir. Şirkətin 150-yə yaxın işçi heyəti var.
Hər həftə 20.000 kg quru və yarım-quru meyvə istehsal edən ,avtomatlaşdırılmış texniki avadanlıqla təchiz olunmuş, yuyulma, soyulma, soyutma və qablaşdırılma sexlərindən ibarət müəssisə müasir standartlara cavab verir.
Bal kimi xurma.
Təbiətin bizə bəxş etdiyi hər bir təam dəyərli, faydalı nemətdir. Xurma da ana təbiətin bizə olan qayğı və sevgisinin daha bir nəticəsidir. Gündə bir-iki ədəd şirin və ətirli xurma yeməklə biz yalnız onun dadından həzz almırıq, həm də onun bəhrəsindən faydalanırıq. Bu meyvənin əhəmiyyətini nəzərə alsaq deyə bilərik ki, xurmadan il boyu istifadə etmək məsləhətdir.
Respublikamız ərazisində geniş yayılmış xurma orqanizm üçün faydalı elementlərlə zəngin olan giləmeyvədir. Dünyada 800-dən çox xurma növü mövcuddur. El arasında xurma daha çox "xirnik" kimi tanınır.
Xurmanın şəfası.
Xurmanın tərkibində 13-16 % qlükoza və fruktoza şəkəri, 0,8 %-dək üzvi turşular, aşı maddələri, karotin, C vitamini və yod birləşmələri olduğu üçün onun mühüm müalicəvi əhəmiyyəti var. Bu giləmeyvə eyni zamanda zəiflik, qanazlığı, vitamin azlığı, xroniki mədə-bağırsaq xəstəlikləri zamanı çox faydalıdır. O, həzm prosesinin fəaliyyətini artırır, maddələr mübadiləsini nizama salır, həmçinin triotoksikoz, ürək-damar sistemi xəstəliklərinin müalicəsinə müsbət təsir göstərir.
Orqanizmdə C vitamini azaldıqda halsızlıq yaranır, bədən soyuqdəyməyə qarşı müqavimət apara bilmir. C vitamini ilə zəngin olan xurma antioksidant və antimikrob maddəyə malik olduğundan, bir çox infeksion xəstəlikləri əmələ gətirən mikroorqanizmlərin fəaliyyətini dayandırmaq gücünə malikdir.
Xurmanın tərkibindəki pektin maddələri insanlarda iştəhanın artmasına, mədə-bağırsaq sisteminin normal fəaliyyət göstərməsinə, həzm prosesinin tənzimləməsinə müsbət təsir göstərir.
Xurmada olan fosfor, beynin ehtiyaclarını qarşılayır. Yorğunluğu aradan qaldırır. Xurmanın orqanizmdə müsbət təsir göstərdiyi bir başqa sahə də sinir sistemimizdir. Belə ki, bu meyvənin həm də sakitləşdirici xüsusiyyəti var. Tərkibindəki B1 və B2 vitaminləri zehni və sinir sistemini sakitləşdirir.
Xurma həm də öskürəyin dərmanıdır. Bəlğəmə, nəfəs borusu fəsadlarına və öskürəyə qarşı istifadə olunan şəfaverici nemətdir. Qan damarlarını yumşaldır və damar sərtliyinin qarşısını alır. Bundan əlavə qanı təmizləyir və təzyiqi də nizamlayır.
Qəhvə və yağ qandakı xolesterinin yüksəlməsinə səbəb olur. Onların yanında xurma yemək xolesterinə qarşı mübarizədə effektiv vasitədir.
Xurma böyrəklərin yuyulmasında da rol oynayır və onların fəaliyyətinin daha da yaxşı olmasını təmin edir. Böyrək iltihabına şəfa verir və böyrək daşını əridir. Belə ki, xurmada olan maqnezium böyrəklərdə daş əmələ gəlmə ehtimalını azaldır. Bundan əlavə bu meyvənin suyu böyrək daşlarının parçalanmasında çox faydalıdır.
Mütəxəssislər xurmanın ac qarnına yeyilməsini məsləhət görürlər. Bu meyvənin hətta qabığında və tumunda da bol miqdarda vitamin var. Eləcə də toxumunun sovrulması məsləhət görülür.
Bu meyvədəki A vitamini görmə qabiliyyətini gücləndirir. Xurma xüsusilə gecə korluğu və digər göz xəstəliklərinin qarşısını alir, göz sinirlərinin işini qüvvətləndirir.
Xurma həmçinin çoxlu miqdarda antioksidant daşıyıcısıdır. Bu meyvədə çoxlu miqdarda maye, zülallar, karbohidratlar, üzvi turşular, aşı maddələr var. Xurma həmçinin kalium, kalsium, maqnezium, fosfor və dəmirlə və A, C, P vitaminləri ilə zəngindir.
Qeyd edəki ki, xurmanın tərkibində olan A vitamini orqanizmi xərçəngdən müdafiə edir. C və P vitaminləri damarların zəifliyini azaldır. Sidik qovucu və tonuslayıcı xüsusiyyətləri var.
Gələcəkdə...
“Balxurma” təkcə xurma məhsulları ilə kifayətlənməyəcək. Belə ki, şirkət bundan sonra digər meyvələrin də istehsalına başlayacaq. Bunlar arasında orqanizm üçün faydalı olan zoğal, albalı, çiyələk və başqa meyvələr olacaq.
Bağdan istehsalata.

“Balxurma” müəssisəsində istehsal üçün meyvələr Balakən rayon sakinlərinin şəxsi xurma sahələrindən yığılır və ciddi keyfiyyət nəzarətindən keçirilir. Daha sonra xurma istehsalata daxil olduqdan sonra müasir avtomatlaşdırılmış avadanlıqlar sayəsində meyvələrin bütün xeyirli maddələri qorunub saxlanılır və 100 % bioloji təhlükəsizliklə təmin olunur.


Tam qiqiyenik şəraitdə istehsal prosesinin aparıldığı şirkətdə emal müəssisəsinə gətirilmiş xurmalar əvvəlcə çeşidlənir. Məhsul zədələnmiş, yetişməmiş və yetişmə müddəti ötmüş meyvələrdən təmizlənərək təmiz suda yuyulur. Yuyulmuş və təmizlənmiş xurmaların suyu xüsusi qurğuda, aşağı temperaturda qurudulur. Bu da xurmanın qida dəyərini və bütün faydalı keyfiyyətlərini qoruyub saxlamaqla yanaşı, onun təbii rənginin dəyişməməsinə imkan verir. Xurma məhsulu hazır olduqdan sonra xüsusi qablara yerləşdirilir, soyuducu kamerada 25o c dərəcə temperaturda soyudulur. Hazır məhsul satışa göndərilənə qədər xüsusi şəraitdə anbarlarda saxlanılır.
Mükafatlar.
“Balxurma” məhsulları gigiyena və epidimiologiya üzrə, həmçinin tərkibində qlüten və GMO olmadığını təsdiq edən Dövlət standartlarına uyğunluq setrifikatına malikdir.

“World Food Moscow “2017 sərgisində “İlin Məhsulu” adını qazanıb , sertifikatla və qızıl medalla mükafatlandırılmışdır.


Sonda...
“Balxurma”nın faydalı, keyfiyyətli və rəngarəng məhsulları qida sənayesində, iaşə müəssisələrində müxtəliflik, çay süfrələrində ləziz dad, dostlarınız və yaxınlarınız üçün nəfis tərtibatlı hədiyyədir.
Yüklə 41,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin