Bank işi fənni üzrə kollukvium sualları
1.Bank sistemi və elementləri
Bank - fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir
Bank olmayan kredit təşkilatı - qanunla bank olmayan kredit təşkilatı statusuna malik olan hüquqi şəxsdir
Bank holdinq şirkəti - bank lisenziyasına malik bir və ya bir neçə törəmə bankı olan, fəaliyyəti baş ofisinin yerləşdiyi ölkənin bank tənzimləməsi orqanları tərəfindən tənzimlənən və nəzarət olunan şirkətdir;
Törəmə bank - nizamnamə kapitalında səsvermə hüququ verən səhmlərin əllidən çox faizi təsisçi banka və ya bank holdinq şirkətinə məxsus olan bankdır, yaxud elə bankdır ki, onunla təsisçi bank və ya bank holdinq şirkəti arasında bağlanmış müqaviləyə əsasən təsisçi banka və ya bank holdinq şirkətinə onun qərarlarının qəbul edilməsinə mühüm təsir göstərmək imkanı verilir;
Həmçinin qeyd olunmahdır ki, banklar öz tabeliklərində qanunvericilik əsasında öz fıliallarını və nümayəndəliklərini yarada bilərlər ki, onlar da bank sisteminin strukturları sayılırlar.
Bankın filialı - hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, banka icazə verilmiş bank fəaliyyətinin hamısını və ya bir hissəsini həyata keçirə bilən bankın ayrıca bölməsidir;
Bankın nümayəndəliyi - hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, bank fəaliyyəti ilə məşğul olmağa hüququ olmayan, yalnız onun mənafelərini təmsil və müdafiə edən bankın ayrıca bölməsidir;
2.Bankların növləri
Bankların üç növü mövcuddur:
Kommersiya bankları
Azərbaycanda ən çox yayılmış bank növü - bizim bildiyimiz depozitləri qəbul edən və kredit verən banklara kommersiya bankları deyilir.
Başa düşdüyünüz kimi, depozit almaq və kredit vermək - kommersiya bankçılığının əsas funksiyasıdır. Kommersiya bankı adlanmaq üçün bir təşkilatın təkcə depozit almaq və kredit vermək hüququna malik olması kifayətdir. Lakin banklar yarandığı vaxtdan bu günə təkamül edərək bir çox digər yan xidmətləri də təklif etməyə başlamışdır. Bu yan xidmətlərə cari hesabların açılması, pul köçürmələri, valyuta mübadiləsi və s. kimi xidmətlər daxildir.
Dostları ilə paylaş: |