Bank işi fənni üzrə kollukvium sualları


cu sual:Kommersiya Banklarinin funksiyalari



Yüklə 367,39 Kb.
səhifə11/18
tarix22.05.2022
ölçüsü367,39 Kb.
#116116
1   ...   7   8   9   10   11   12   13   14   ...   18
Bank işi kollukvium 30 cavabları

19cu sual:Kommersiya Banklarinin funksiyalari

  • Kommersiya bankları ikipilləli bank sisteminin ikinci pilləsini təşkil edirlər. Onlar öz

  • fəaliyyətlərində əsaslandıqları kredit resurslarımn əsas hissəsini toplayır, cəmləşdirir, fiziki və

  • hüquqi şəxslərə maliyyə xidmətləri və geniş əhatəli bank xidrnətləri göstərirlər.

  • Mülkiyyət formasından asılı olmayaraq kommersiya bankları iqtisadiyyatın müstəqil subyektləridir.

  • Onlar paylar-səhmlər əsasında təşkil edilirlər, dövlət, səhmdar, kooperativ, qarışıq və s. formalarda

  • olurlar. Onların fəaliyyətində əsas məqsədi mümkün dərəcədə maksimum mənfəət əldə etməkdir.

  • Kommersiya bankları öz fəaliyyətləri dövründə əsasən aşağıdakı funksiyaları yerinə

  • yetirirlər:

  •  müvəqqəti sərbəst pul vəsaitlərinin səfərbər edilməsi və onların kapitala çevrilməsi;

  •  dövlətin, müxtəlif mülkiyyət formalı müəssisə və təşkilatların, hüquqi şəxslərin-(fırmalar,

  • konsernlər, səhmdar cəmiyyətlər, kiçik müəssisələr, fermer təsərrüfatları və s.) əhalinin-fiziki

  • şəxslərin kreditləşdırilməsi;

  •  kredit pulların buraxılması;

  •  təsərrüfatda hesablaşmaların və ödənişlərin həyata keçirilməsi;

  •  emissiya təsisçilik funksiyasının icrası;

  •  müştərilərə kassa-hesablaşma xidməti;

  •  məsləhətlər, iqtisadi və maliyyə məlumatlarının verilməsi.


  • 20ci sual:Banklarin Passiv Emeliyyatlari


  • Bazar iqtisadiyyatı şəraitində kommersiya bankının bütün əməliyyatlarını şərti

  • olaraq üç əsas qrupa bölmək olar:

  • passiv əməliyyatlar;

  • aktiv əməliyyatlar;

  • aktiv-passiv əməliyyatlar.

  •  Passiv əməliyyatlar - bank kapitalının yaradılması, tamamlanması və

  • resurs bazasının formalaşması əməliyyatıdır.

  •  Hər bir bankın fəaliyyətində passiv əməliyyatlar çox mühüm əhəmiyyətə

  • malikdir. Passiv əməliyyatlann nəticəsi kimi passiv hesablardakı pul

  • vəsaiti qalığı artır, aktiv-passiv hesablardaka passiv hissə aktiv hissəni

  • üstələyir. Passiv əməliyyatlar nəticəsində dövriyyədə olan pul vəsaitləri

  • banka cəlb edilir



    • Kommersiya banklarının passiv əməliyyatları əsasən dörd formada həyata

    • keçirilir:

    • 1. bankın qiymətli kağızlarının ilkin emissiyası;

    • 2. yeni fondların yaradılması və mövcud fondlann genişləndirilməsinə bank

    • mənfəətindən ayırmalar;

    • 3. digər hüquqi şəxslərdən kreditlərin alınması;

    • 4. depozit əməliyyatları.



    • Passiv əməliyyatların birinci iki forması vasitəsilə bankların xüsusi

    • vəsaiti formalaşır. Sonrakı iki forması vasitəsilə kredit resursları cəlb

    • olunmuş və borc vəsaiti hissəsi formalaşır. Bankın passiv

    • əməliyyatlarının mahiyyəti ondadır ki, onların vasitəsilə banklar

    • əmanət və depozit əməliyyatları çərçivəsində müxtəlif növ

    • qoyuluşları cəlb edir, digər banklardan kreditlər alır, müxtəlif

    • qiymətli kağızlann emissiyasını həyata keçirir və kommersiya

    • bankları balansının passivindəki pul vəsaitlərinin artırılması üçün

    • tədbirləri həyata keçirir.

    •  Bank resurslarının yaranma mənbələrini araşdırmaq üçün onlan

    • təsnifləşdirmək lazımdır.

    •  Öz iqtisadi məzmununa görə kommersiya banklarının resursları

    • cürbəcürdür. Kommersiya bankları nizamnamə fondu və bank

    • fəaliyyəti prosesində yaradılan ehtiyat və digər fondlardan ibarət

    • xüsusi vəsaitlərə malikdirlər.


  • 1   ...   7   8   9   10   11   12   13   14   ...   18




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin