Bank işi fənni üzrə kollukvium sualları


cu sual:Banklarin Yaradilmasi ve Legvi Qaydalari



Yüklə 367,39 Kb.
səhifə7/18
tarix22.05.2022
ölçüsü367,39 Kb.
#116116
1   2   3   4   5   6   7   8   9   10   ...   18
Bank işi kollukvium 30 cavabları

14cu sual:Banklarin Yaradilmasi ve Legvi Qaydalari

Kredit təşkilatları bank sisteminin ikinci pilləsi olmaqla müasir bank sisteminin


əsasını təşkil edir. Kredit təşkilatı - fəaliyyətinin əsas məqsədi mənfəət əldə etmək
olub qanunçuluq ilə müəyyən olunmuş bank əməliyyatlarının yerinə yetirilməsinə
Maliyyə Bazarlarına Nəzarət Palatasından lisenziyası olan hüquqi şəxsdir. Banklar
haqqında qanuna əsasən kredit təşkilatları banklar və bank olmayan kredit
təşkilatlarına bölünür. Bank - fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər
qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin
verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa
əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir. Bank olmayan kredit
təşkilatı öz vəsaiti və ya cəlb edilmiş vəsait hesabına (depozitlər istisna olmaqla)
yalnız pul formasında kredit verməklə məşğul olan hüquqi şəxsdir.
Kapital mənsubiyyətinə görə banklar üç qrupa bölünür:
a) xüsusi mülkiyyətli banklar
b) dövlət bankları
c) xarici kapitallı banklar.

Bir və ya neçə mülkiyyətçinin nəzarətində olan bank xüsusi


mülkiyyətli bank hesab edilir. Bankın kapitalı dövləti təmsil
edən təşkilatların hesabına formalaşan banklar dövlətin
bankları adlanır. Kapitalında qeyri-rezident fiziki və hüquqi
şəxslərin payı olan banklar xarici kapitallı bank hesab edilir.
Banklar məhdud məsuliyyətli və səhmdar cəmiyyəti
formasında yaradıla bilir.Məhdud məsuliyyətli cəmiyyət formasında yaradılan bank birvə ya bir neçə fiziki və ya hüquqi şəxs tərəfindən təsis edilir.Belə cəmiyyətin nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünür. Belə cəmiyyətin iştirakçıları cəmiyyətin öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayanın dəyəri həddində risk daşıyır.Nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar
cəmiyyəti adlanır. Səhmlər buraxmağa yalnız səhmdar cəmiyyətinin hüququ
vardır. Belə cəmiyyətin əmlakı onun səhmlərinin yerləşdirilməsi, maliyyətəsərrüfat fəaliyyəti nəticəsində, habelə qanunla qadağan edilməmiş digər mənbələr hesabına yaranır. Banklar haqqında qanunun 5-ci maddəsinə əsasən Azərbaycanda bank ən azı 3 hüquqi və ya fiziki şəxs tərəfindən açıq səhmdar cəmiyyəti formasında yaradılır. Açıqtipli səhmdar cəmiyyət kimi bankın iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bilər. Onlar buraxdığı
səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər.
Açıqtipli səhmdar cəmiyyəti formasında yaradılan banklar illik hesabatını və
mühasibat balansını hamının tanış olması üçün hər il dərc etməyə
borcludurlar.Qapalı səhmdar cəmiyyəti formasında yaradılan bankların səhmləri yalnız onun təsisçiləri arasında və ya qabaqcadan müəyyənləşdirilmiş digər şəxslər
dairəsində yayıla bilər və səhmlərə açıq abunə yazılışı apara bilməz. Qapalı
səhmdar cəmiyyəti formasında yaradılan bankların səhmdarlarının sayı
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan həddi keçə
bilməz. Əks halda o, bir il ərzində açıq səhmdar cəmiyyətinə çevrilməlidir.


Yüklə 367,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin