Nizamnamə kapitalı (fondu) - bankın mövcudluğunun iqtisadi əsasını təşkil
elməklə bankın hüquqi şəxs kimi yaranmasının vacib şərtidir. Bankın
nizamnamə kapitalı kredit təşkilatlannm təsisçilərinin payları əsasında
formalaşdırılır.
Nizamnamə fondunun əsas təyinatı bankın sabit fəaliyyəti üçün əsas
yaratmaq və gəlirini artırmaq, potensial zərəri ödəmək, ictimai inam
yaratmaq və müştərilərin, əmanətçilərin etimadını doğrultmaqdır.
Nizamnamə fondunun məbləği qanunçuluqla məhdudlaşdırılmır. Lakin
kredit təşkilatının stabil fəaliyyətini təmin etmək məqsədi ilə Palata
Nizamnamə fondunun minimum həddinə tələb qoyur. Onun ilkin həcmi
Palatanın qanunçuluq aktları ilə müəyyən edilir. Banklar haqqında AR
Qanunun 21.4 maddəsinə əsasən bankın nizamnamə fondu və xarici bankın
yerli filialının nizamnamə fonduna bərabər tutulan vəsaiti səhmdarların və ya
xarici bankın yalnız Azərbaycan Respublikasının milli valyutasında ödədiyi
pul vəsaiti ilə formalaşdırılmalıdır.
Nizamnamə fondunun minimum məbləği 1 yanvar 2015- ci ildən bütün
banklar üçün 50 mln. manat müəyyənləşdirilmişdir
25ci sual:Banklarin Depozit Emeliyyatlari
Kommersiya bankları öz müştərilərinə kredit xidməti göstərmək
üçün müvafiq resurs bsazasına malik olmalıdır ki, bunun da
başlıca mənbəyini depozit və əmanətlər təşkil edir. Buna görə də
depozit əməliyyatı bankın fəaliyyətinin bir növ bünövrəsini təşkil
edən üç əməliyyatdan biri (kredit, depozit, hesablaşma) hesab
olunur
Bir qayda olaraq bank praktikasında
"depozit” anlayışı ilə "əmanət" anlayışı eyni qəbul edilir. Mülki qanunvericilikdən fiərqli olaraq Mərkəzi Bankın normativ aktlarmda bu iki anlayış daha geniş məzmuna malikdir.
Belə ki,"depozit" yalnız pul şəklində qoymluşlan deyil, həm də qiymətli
metalların etibarlı saxlanması ilə bağlı əməliyyatları özündə birləşdirir. Pul
vəsaitlərinin əmanət formasında banklara cəlbi isə aynca bank əməliyyatı
olub yalnız Palata tərəfindən verilən lisenziya əsasında həyata keçirilir.
Depozit əməliyyatının iqtisadi mahiyyəti ondan ibarətdir ki, fiziki və
hüquqi şəxslər öz sərbəst pul vəsaitlərini faiz şəklində əlavə gəlir əldə
etmək məqsədilə banklara yatırırlar. Bu məqsədlə bankla əmanətçi
arasında əmanət müqaviləsi bağlanır. Eyni zamanda əmanət
qoyuluşunu rəsmiləşdirmək üçün müştəriyə əmanət kitabçası və ya
depozit plastik kartı verilir, ya da əmanət və ya depozit sertifikatı
təqdim olunur. Bank praktikasında əmanət sertifikatı fiziki şəxslərə,
depozit sertifikatı isə hüquqi şəxslərə verilir.
Depozit əməliyyatnın subyekti banklar və pulun sahibləri olan kreditorlar
hesab olunur. Depozit əməliyyatnın obyekti isə banka qoyulan pul
vəsaiti hesab olunur
Qaytarilma sertlerine gore
Tələbolunanadək depozitlər
Tələbolunanadək depozitlər ilk tələb
anında qaytarılmaq şərti ilə qəbul
olunur. Tələboluanandək
depozitlərdən fərqli olaraq müddətli
depozitlərdən hesablaşma üçün
istifadə oluna bilməz, çünki bu
hesablardakı vəsaitlər yavaş dövr edir.
Tələbolunanadək depozitlər banklann
fəal resursu sayılır. Hesab sahibləri
vəsaiti istədikləri vaxt götürə bilərlər.
Bununla əlaqədar olaraq banidar
hesab sahiblərinə ən aşağı və yaxud
ümumiyyətlə heç bir faiz ödəmirlər.
Müddətli depozitlər
Müddətli depozitlər isə əmanət
müqaviləsində nəzərdə tuoılmuş müddət
bitdikdən sonra geri qaytanla bilər.
Müddətli depozitlər - hüquqi şəxslərin
müəyyən olunmuş müqavilə müddətinə
təqdim olunan pul vəsaitləridir. Bu
təqdirdə müəyyən olunmuş müddət
müxtəlif ola bilər: bank depoziti üzrə bir
gün və yuxarı digər depozitlər üzrə isə
otuz gün və yuxarı. Müdətli depozitlər
üzrə tələbolunanadək depozitlərdən fərqli
okıraq bank tərəfindən daha yüksək %-lə ödənişlər edilir.