27.Bank kreditinin növləri Kredit latın sözü «creditum» sözündən götürülərək ssuda* borc mənasını
verərək natural və ya pul fonuasında dəyərin bir şəxs, müəssisələr və dövlətlər tərəfindən faiz ödəməklə digərlərinə qaytarılmaq şərti ilə müvəqqəti istifadəyə verilməsini özündə cəmləşdirən iqtisadi münasibətlərdir.
Bazar iqtisadiyyatı şəraitində kreditin zəruriliyi kapitalın dövriyyəsi prosesində bəzi müəssisələrdə sərbəst pul vəsaitlərinin, digərlərində isə bu vəsaitlərə ehtiyacm yaranması ilə əlaqədardır. Belə ki, təkrar istehsal prosesində pul kapitalı sərbəstləşir və kreditin mənbəyi kimi çıxış edir. Kreditin digər mənbəyi kimi dövlətin müvəqqəti pul vəsaitləri və banklar tərəfindən cəlb edilən yığım və əmanətlər çıxış edir. Bazar iqtisikdiyyatı prosesində pul vəsaitlərinin hərəkətsiz qalması bir dəyər kimi kapitalın xarakterinə ziddir, o, daima hərəkət
edərək sahibinə gəlir gətirməlidir.
Bazar iqtisadiyyatında kredit kommersiya krediti və bank krediti fomıalannda çıxış edir.
Onlar iştirakçıların tərkibi, ssuda obyektləri, faiz səviyyəsi və fəaliyyət sferalarına görə fərqlənirlər.
Kommersiya krediti zamanı sahibkarlar bir-birinə mal- material qiymətlilərini ödəniş vaxtı uzadılmaqla satırlar. Kommersiya kreditinin obyekti əmtəə kapitalıdır və məqsədi əmtəələrin reallaşdırılmasmı və mənfəət əldə etməyi sürətləndirməkdir. Kommersiya krediti veksellərlə rəsmiləşdirilir. Bu kreditlər üzrə faizlər malın və vekselin qiymətində əks olunur.Bank krediti banklar və ya xüsusi kredit təşkilatlan tərəfindən borcalanlara verilən pul-ssudasıdır. Bank kreditinin obyekti pul kapitalıdır. Bank krediti istiqaməti, müddəti və məbləğinə görə məhdudiyyət olmadığına görə kommersiya kreditindən geniş fəaliyyət sferasına malikdir. Kommersiya krediti əmtəə dövriyyəsinə xidmət etdiyi halda bank krediti kapital yığımınL cəmiyyətin bütün üzvlərinin pul gəlirləri və yığımlarını kapitala çevirir
28ci sual:Banklarin Kreditlesme Prosesinin Prinsipleri ve merheleleri
müəyyən fərdi məsələlərin həllini təmin edir. Bu mərhələlər isə ümumilikdə
ssuda əməliyyatlarının əsas məqsədini - bank üçün etibarlılıq və mənfəətliliyi
təmin etməyə xidmət edir.
Kreditləşmə prosesi kredit almaq üçün sifarişlərin verilməsindən onların geri
qaytarılmasınadək olan prosesi əhatə edir.
Bank təcrübəsi göstərir ki, kreditləşmə prosesi əsasən 5 mərhələni əhatə edir:
kredit alınmasına sifarişlərin baxılması;
borcalanın kredit qabiliyyətinin müəyyənləşdirilməsi;
kredit müqaviləsinin rəsmiləşdirilməsi:
borcalana ssudaların verilməsi;
kredit sövdələşməsinin icrasına nəzarət
Kreditləşmə prosesinin başlanğıc mərhələsi kredit alınmasına daxil
olmuş sifarişlərə baxılmasından başlanır. Kredit almaq üçün
borcalan banka əsaslandırılmış xahişnamə (sifariş) təqdim etməlidir.
Bu sifariş sənədində: kreditin məqsədli təyinatı, onun məbləği,
kreditdən istifadə müddəti, onun ödənilməsinin dəqiq tarixi,
kreditləşən tədbirin qısa xarakteristikası və onun həyala
keçirilməsindən iqtisadi səmərə göstərilməlidir. Bankın xahişi ilə
müştəri xahişnamə ilə yanaşı digər sənədləri də baxış üçün təqdim
etməlidir.
Qeyd olunmuş sənədlər bankın müvafiq kredit işçisinə daxil olur.
Kredit işçisi bu sənədləri nəzərdən keçirdikdən sonra gələcək
borcalanla ilkin danışıq aparır.
Kreditləşmə prosesinin növbəti mərhələsi müştərinin kredit
qabiliyyətinin öyrənilməsi və ssuda üzrə risk səviyyəsinin
öyrənilməsmi nəzərdə tutur. Kreditləşmə prosesinin ilk mərhələsini
həyata keçirən bank mütəxəssisi və ya digər bank işçisi müştərinin
maliyyə vəziyyətini dərindən və ciddi araşdırır.
Bu məlumat mənbələri aşağıdakılardır:
1. müştərinin bilavasitə özündən alınan məlumat
2. müştəri haqqında bankın arxivindən əldə olunan məlumat
3. müştəri haqqında bankdan kənarda əldə edilən məlumat