Bank işi fənni üzrə kollukvium sualları


cu sual: Beynelxalq Valyuta Sistemleri



Yüklə 367,39 Kb.
səhifə18/18
tarix22.05.2022
ölçüsü367,39 Kb.
#116116
1   ...   10   11   12   13   14   15   16   17   18
Bank işi kollukvium 30 cavabları

29cu sual: Beynelxalq Valyuta Sistemleri

Valyuta sistemi Milli valyuta, valyuta kursu qaydası, ölkənin valyuta


likvidliyi vəziyyəti, milli valyuta bazar qaydası milli valyuta sistemini təşkil edən elementlərdir. Bu sistemdə dövlət valyuta tənzimlənməsi orqanları,
xüsusən ölkənin Mərkəzi Bankı başlıca rol oynayır.
Milli valyuta sistemi ölkənin pul kredit sisteminin bir
hissəsi olmaqla əsasən malların, xidmətlərin,
kapitalların xarici iqtisadi dövriyyəsinə xidmət
göstərir. İqtisadiyyatı güclü inkişaf etməyən ölkələrdə
milli valyuta sistemi daxili dövriyyəyə də xidmət
göstərə bilər. Belə ki, dayanıqsız pul tədavülü
şəraitində valyuta sistemi tənzimləşdirici funksiyanı
yerinə yetirə bilər.
Beynəlxalq valyuta sistemləri özündə ehtiyat valyutanı,
beynəlxalq hesablaşma vahidlərini və onların qarşılıqlı dönərliliyini, valyuta kurslarının sadələşdirilmiş rejimini,
dünya valyuta bazarlarının qaydasını əks etdirir.
Beynəlxalq valyuta sistemi müvafiq beynəlxalq kredit
təşkilatları, xüsusən də bu və ya digər beynəlxalq valyuta
sisteminə daxil olan mərkəzi banklar tərəfindən idarə
olunur. Regional valyuta sistemi, bir qayda olaraq, milli
pul valyuta sistemləri təxminən eyni səviyyədə olan və
inkişaf edən ölkələri birləşdirir. Qarşılıqlı sərfəli
nəticələrin əldə edilməsi məqsədi ilə belə valyuta
inteqrasiyası çərçivəsində müasir sərfəli müştərək valyuta
siyasəti işlənib hazırlanır və vahid hesablaşma vahidi
yaradılır (məsələn, Avropa valyuta sistemində «Avropa
valyuta vahidi» - ekü) və ya bu sistemə daxil olan ölkələrin
valyutalarının qarşılıqlı dönərliliyi qaydası
müəyyənləşdirilir.

30.Valyuta bazarı və onun təşkili prinsipləri
Valyuta bazarı ölkənin maliyyə bazarının tərkib hissəsi olmaqla rəsmi maliyyə bazarı hesab edilir. Funksional baxımdan valyuta bazarı bir mexanizm kimi fəaliyyət göstərir. Bu mexanizm vasitəsilə tələb və təklif əsasında valyuta kursunun formalaşması, beynəlxalq hesablaşmaların vaxtlı-vaxtında həyata keçirilməsi, valyuta risklərinin sığortalanması, aktivlərin diversifıkasiyası təmin ediliı. Valyuta bazarından eyni zamanda dövlətin pul-kredit və bütövlükdə iqtisadi siyasətinin həyata keçirilməsi mexanizmi kimi istifadə edilir. Valyuta bazarı eyni zamanda valyuta əməliyyatlarını həyata keçirən müxtəlif iqtisadi subyektlərin məcmusudur. Valyuta bazarı maliyyə bazarının tərkib hissəsi olmaqla o digər maliyyə bazarlarından fərqli xüsusiyyətlərə malikdir: Bu bazann coğrafi sərhədləri olmadığı kimi məkanı da yoxdur və onun fəaliyyəti vaxt baxımından məhdudlaşmamışdır. O bütün sutka ərzində fəaliyyət göstərir və onun iştirakçılarına məhdudiyyət qoyulmur.

Valyuta bazarının əsas iştirakçıları qismində banklar, maliyyə institutları, mərkəzi banklar, marketinq və digər iqtisadi subyektlər çıxış edə bilirlər.


Kommersiya bankları valyuta bazarının iştirakçısı olmaq üçün Mərkəzi Bankın lisenziyasına malik olmalıdırlar.. Bu lisenziya banklara xarici valyutada olan vəsaitlərlə əməliyyat aparmaq hüququ verir. Müəyyən olunmuş qaydada xüsusi lisenziya əsavsmda valyuta ilə əməliyyat aparmaq hüququ verilmiş, qanunçuluqla kredit təşkilatı hesab edilən maliyyə institutları, eləcə də bank olmayan kredit təşkilatları valyuta əməliyyatı subyekti hesab edilir. Banklar və digər subyektlər üçün öz ölkələri bazarları daxilində valyuta əməliyyatlarının aparılma qaydalarını müəyyənləşdirən, eləcə də bazarda sərbəst valyuta əməliyyatlarını həyata keçirən Mərkəzi banklann özləri valyuta bazarının iştirakçısı kimi çıxış edirlər. İqtisadi subyektlərin nazirlik və idarələrin valyuta bazarında iştirakı banklar və digər maliyyə idarələri vasitəsilə təmin olunur.
Yüklə 367,39 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin