4.Publik hüquqi şəxs
publik hüquqi şəxs – dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.
Adi hüquqi şəxs isə o deməkdir ki, onun əmlakı girov qoyula, bu əmlaka qarşı məhkəmə icraatı başlana, bu qurum müflis ola bilər, baxmayaraq ki, bu qurum dövlət əhəmiyyətli funksiyalarını həyata keçirir.
Publik hüquqi şəxs dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən funksiyaları həyata keçirir. Məhz buna görə də adi hüquqi şəxsdən fərqli olaraq, onun kifayət qədər imtiyazları var.
Publik hüquqi şəxs heç vaxt müflis ola bilməz.
İnkişaf etmiş Avropa ölkələrinə nəzər yetirsək görərik ki, uşaq bağçalarından başlamış məktəb və universitetlər, dövlətə məxsus tibb klinikalarından tutmuş böyük korporasiyalar publik hüquqi şəxslərdir.
5.Mərkəzi bankların ümumi xarakteristikası
Mərkəzi Bank publik hüquqi şəxsdir. Onun AR-nın dövlət gerbi təsvir edilmiş və
adı yazılmış möhürü vardır. Mərkəzi Bank müstəqil balansa, nizamanamə
fonduna və digər əmlaka malikdir. Mərkəzi Bankın fondu nizamnamə fondu
və ehtiyat fondlarından ibarətdir. Publik hüquqi şəxs dövlət və bələdiyyə
adından və ya publik hüquqi şəxs tərəfindən ümumi dövlət və ictimai
əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan dövlət və bələdiyyə orqanı
olmayan təşkilatdır. Mərkəzi Bankın nizamnamə fondu 500 mln manat
həcmində müəyyən edilmişdir. Fond ehtiyatları isə tədavülə buraxılmış nağd
milli valyutanın 15% miqdarında müəyyən edilir. Bu məbləğ hesabat ilinin
mənfəəti hesabına formalaşır.
MERKEZI BANKlARiN UMUMI XAREKTERISTIKASI
Bütün ölkələrin bank sistemlərinin əsas hissəsini mərkəzi banklar təşkil edir.
Ayrı - ayrı ölkələrdə isə bu banklar müxtəlif cür adlandırılır: Mərkəzi Bank Bank,
Xalq bankı, Dövlət bankı, Ehtiyat bankı, Emissiya bankı, Federal Ehtiyat Sistemi.
Bəzi ölkələrdə isə sadəcə ölkələrin adı ilə bağlı olaraq, məsələn, İtaliya Bankı,
Yaponiya Bankı və s. adlandırılır.
Müxtəlif ölkələrdə mərkəzi banklar müxtəlif ıllərdə yaranmışdır. Ümumiyyətlə,
onlardan ən birincisi təqribən üç əsr əvvəl İsveçdə 1668-ci ildə yaranmışdır.
İngiltərədə Mərkəzi Bank 1694-cü ildə, Fransada 1880-ci ildə, Almaniyada
Reyxsbank 1875-ci ildə, İtaliyada 1893-cü ildə, Norveçdə 1816- cı ildə, ABŞ-da
Federal Ehtiyat Sistemi 1913-cü ildə, Rusiya Dövlət Bankı 1860-cı ildə,
Azərbaycan Mərkəzi Bank1992-ci ildə yaranmışdır.
6.Mərkəzi banklarin funksiyalari və vəzifələri
Merkezi Banklarin Funksiyalari ve Vezifeleri:
Mərkəzi banklar bank sisteminin əsas və tənzimləyici həlqəsidir. Ona görə də onların fəaliyyəti pul
dövriyyəsinin möhkəmləndirilməsi; Mərkəzi Bank pul vahidinin müdafıəsi, dayanıqlığı və onun digər
xarici valyutalara nisbətən kursunun təmin edilməsi; uğurlu pul - kredit siyasəti aparması ölkənin bank sisteminin inkişaf etdirilməsi və möhkəmləndirilməsi ilə; hesablaşmaların fasiləsiz və səmərəli şəkildə həyata keçirilməsi ilə əlaqədardir.
Mərkəzi bankların hansı ölkədə fəaliyyət göstərməsindən asılı olmayaraq onlar üçün xarakterik və
ümumi olan funksiya və vəzifələr mövcuddur.
Tarixən formalaşmış ənənəyə görə mərkəzi bankların qarşısında vacib vəzifələr durur və öz
xarakterinə görə aşağıdakıları özündə əks etdirir:
Mərkəzi Bank: -
ölkənin emissiya mərkəzidir
banklar bankıdır
hökumətin bankiridir
ölkənin baş hesablaşma mərkəzidir
pul kredit metodları vasitəsilə iqtisadiyyatı tənzimləyən orqandır.
Mərkəzi banklar öz səlahiyyətlərinə aid olan beş mühüm vəzifəni yerinə yetirərkən aşağıdakı üç mühüm ümumi xarakter daşıyan funksiyanı icra edir: tənzimləmə, nəzarətetmə və məlumat-tədqiqat.
Tənzimləmə funksiyasına dövriyyədə olan pul kütləsinin tənzimlənməsi aiddir. Bu
funksiyanın yerinə yetirilməsinə mərkəzi banklar nağd və nağdsiz emissiyanın azaldılması
və ya artırılması yolu ilə, həmçinin diskont, minimum ehtiyatlar, açıq bazar və valyuta
siyasətini həyata keçirmək yolu ilə nail olurlar
Nəzarətetmə funksiyası mərkəzi bankların mühüm fünksiyasıdır. Bu funksiya,
tənzimləmə funksiyası ilə üzvi surətdə bağlıdır. Mərkəzi Bank bu və ya digər siyasəti
(məsələn, minimum ehtiyatlar və ya diskont) həyata keçirərkən öz strukturuna daxil olan bütün banklar haqqında istənilən məlumatı əldə edir. Nəzarətetmə funksiyası özündə keyfıyyət baxımından irəli sürülən tələblərə bank sisteminin uyğunluğunun
müəyyənləşdirilməsini, yəni kredit institutlarının Mərkəzi Bank sisteminə daxil edilməsi qaydasını əks etdirir. Bununla yanaşı, bu funksiya kredit institutları üçün iqtisadi normativlərin, əmsalların işlənib hazırlanmasını və onların vasitəsilə banklarm fəaliyyəti üzərində nəzarəti birləşdirir.
Bütün mərkəzi banklar məlumat-tədqiqat funksiyasını da yerinə yetirirlər. Bu eyni ilə elmi-tədqiqat, məlumat-statistika mərkəzlərinin funksiyaları ilə paralellik təşkil edir.
Bununla yanaşı bu məsələ bir çox ölkələrin qanunvericiliyində öz əksini tapmışdır
Dostları ilə paylaş: |