Bank işi fənni üzrə kollukvium sualları


cu sual: Pul Kredit Fealiyyetinin Tenzimlenmesi



Yüklə 367,39 Kb.
səhifə5/18
tarix22.05.2022
ölçüsü367,39 Kb.
#116116
1   2   3   4   5   6   7   8   9   ...   18
Bank işi kollukvium 30 cavabları

9cu sual: Pul Kredit Fealiyyetinin Tenzimlenmesi
Mərkəzi Bank ölkə iqtisadiyyatını birbaşa deyil, yəni bilavasitə pul-kredit sistemi vasitəsi ilə tənzimləyir. O, ölkədə fəaliyyət göstərən bütün kredit təsisatlarına müxtəlif vasitələrlə təsir edərək onların fəaliyyəti üçün normal şərait yaradır. Kommersiya banklarının və digər maliyyə təsisatlarının fəaliyyət istiqamətləri məhz bu şəraitdən asılı olur. Son nəticədə isə bu fəaliyyət istiqamətləri ölkə iqtisadiyyatının inkişafına təsir edir. Buna görə də kredit sisteminin Mərkəzi Bank xüsusiyyətləri Mərkəzi Bankın iqtisadiyyatı tənzimləmə dərəcəsini müəyyənləşdirir, eyni zamanda mərkəzi bankların fəaliyyət şərtlərinə təsir edir. Mərkəzi Bank tərəfındən pul- kredit tənzimlənməsinin metod və istiqamətlərinin müəyyənləşdirilməsi, Mərkəzi Bank sisteminin
özünəməxsus xüsusıyyətlərindən asılıdır. Həmçinin bu amil Mərkəzi Banka pul-kredit siyasətinin hansı vasitələrini seçmək imkanı verir.
Tənzimləmənin alətləri:
Uzun müddət bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən inkişaf etmiş ölkələrin bank sistemləri öz ölkələrinin iqtisadiyyatına aşağıdakı təsir alətlərindən istifadə edir:
1. diskont və girov siyasəti;
2. minimal ehtiyatlar siyasəti;
3. depozit siyasəti;
4. açıq bazarda əməliyyatlar;
5. valyuta siyasəti.
Bu vasitələr artıq bazar ölkələrində kifayət dərəcədə formalaşmış şəkildə fəaliyyət göstərir. Onların ayrıayrı ölkələrdə həyata keçirilməsi, tətbiqi metodları müxtəlifdir və bir çox şərt və şəraitdən asıhdır.

10.Mərkəzi Bankın diskont (uçot) və girov siyasəti
Diskont siyasəti çərçivəsində təkrar maliyyələşmə aşağıdakı parametrlərlə müəyyən edilir: təkrar diskont edilmiş veksellərin keyfiyyətinə tələblərlə; təkrar diskontun kontingenti, yəni bir kredit institutu üçün təkrar diskontlanan veksellərin maksimum mümkün həcmi ilə; Mərkəzi Bankın rəsmi diskont dərəcələrilə.
Girov siyasəti çərçivəsində belə parametrlərə girov kimi qəbul olunmuş qiymətli kağızların keyfıyyətinə olan tələblər, girov krediti üzrə dərəcələr, ehtiyac olduqda girov kreditlərin miqdarının məhdudlaşdınlması və ya tam dayandırılması aiddir.
Diskont və lombard siyasətini yeridərkən Mərkəzi Bank bir növ xəbərdarlıq vəzifəsini yerinə yetirir.
Ölkənin kredit institutları və qeyri - bank təşkilatları Mərkəzi Bankın uçot dərəcələrinin aşağı salınmasmı onun tərəfmdən ekspansiya siyasəti aparılması kimi qiymətləndirir. Əksinə uçot dərəcələrinin artırılması kontraktiv pul siyasətinin yeridilməsi üçün xəbərdarlıqdır. Məhz belə «xəbərdarlıq»lar nəticəsində ölkənin bütün kredit institutları və bank olmayan təşkilatları Mərkəzi Bankın həyata keçirdiyi bütün yeni tədbirlərə hazırlaşır.


Yüklə 367,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin